Kafedra: «İctimai elmlər»



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   2   3   4   5   6   7   8   9   ...   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

Nəzəri  şüur  adi  şüurun  mühüm  əlaqələrinin  və  qanunauyğunluqlarının  inikası 

olaraq, öz ifadəsini elmdə və başqa şüur formalarında tapır. Adi və nəzəri şüurun belə 

bölgüsü müəyyən psixoloji müqəddəm şərtlərə əsaslanır. Belə ki, insanın şüurunda adi 

"həyati"  anlayışlar  onun  gündəlik  həyat  fəaliyyətində  yaranır.  Elmi  anlayışlar  isə 

"həyati"  bazaya  malik  olmasına  baxmayaraq,  özünün  formalaşması,  təşəkkül  tapması 

üçün  xüsusi  təlim,  müəllimlə,  kitablarla  ünsiyyət  tələb  edir.  O  həm  də  alimlərin 

tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s. fəaliyyəti nəticəsində formalaşır. 

Real  həyatda  nəzəri  və  adi  şüur  bir-biri  ilə  üzvü  surətdə  bağlıdır.  Lakin  fəlsəfi 

analiz üçün şüurun bu səviyyələrinin tədqiqi ayrı-ayrılıqda zəruridir. Nəzəri və adi şüur 

biri-birini  əvəz  edə  bilmir,  lakin  bir-birinə  qarşılıqlı  tə'sir  göstərir,  bir-birini 

zənginləşdirir.  Nəzəri  şüur  adi  şüuru  formalaşdırmağa  qadirdir.  Nəzəri  fikrin,  elmin 

necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur həmişə 

mövcuddur.  Adi  şüurun  mövqeyindən  istənilən  sosial  proseslər  və  təbiət  hadisələri 

haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düzgün olmur. 

Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır. 

İctimai-iqtisadi  münasibətlər,  insanların  sosial  həyat  şəraiti,  onların  gündəlik 

fəaliyyəti  və  toplanan  təcrübəsi  insan  psixikasında  müəyyən  hisslər,  əhval-ruhiyyə, 

fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı təşkil 

edir. 

İctimai  psixologiya,  əsasən,  insanların  sosial  varlığının,  onların  yaşadığı  və 



fəaliyyət  göstərdiyi  şəraitin  təsiri  altında  formalaşır.  O,  ümumiləşdirilmiş  baxışlar 

sistemi  şəklində  meydana  çıxmır,  mühakimələrdə,  emosiyalarda,  hisslərdə,  əhval-

ruhiyyələrdə,  iradə  aktlarında  və  i.a.  təzahür  edir.  İctimai  psixologiya  sadəcə  olaraq 

insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, burada 

intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya insanların adi 

şüuru ilə sıx bağlı olub əslində onun bir hissəsini təşkil edir. 




 

İctimai  psixologiyanın  mühüm  təzahürlərindən  biri  sinifli  cəmiyyətdə  onun  hansı 



sinfə,  sosial  qrupa  məxsusluğudur.  Bundan  əlavə  hər  hansı  millətin,  xalqın  və  ya 

professional qrupun və kollektivin psixologiyası mövcuddur. İqtisadi münasibətlərdə baş 

verən  dəyişikliklər  insan  psixologiyasında  avtomatik  olaraq  dərhal  əks  olunur.  Amma 

uzun müddət davam edən gərgin bir proses olaraq, köhnə stereotiplərdən azad olmaqla 

bağlıdır.  Lakin  bu  proses  cəmiyyətdə birmənalı qəbul olunmur.  Buradan  belə  nəticəyə 

gəlmək  olar  ki,  ictimai  psixologiya  nisbətən  sabit  hadisədir,  belə  ki,  ictimai  varlığın 

dəyişməsi ilə insanların psixologiyası dərhal dəyişmir.  

Hər  hansı  bir  ölkənin,  millətin  tarixinə  aid  olan  xüsusiyyətlər  bu  ölkədə  yaşayan 

bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir. Bəzən milli 

psixologiya  nəzərə  alınmadan  aparılan  sosial-iqtisadi  və  milli  siyasət  öz  neqativ 

nəticələri ilə qarşılaşmalı olur. 

Millətin  psixik  cəhətləri,  onun  ayrı-ayrı  təbəqələrinin  məişət  və  əxlaqının 

xüsusiyyətləri onun tarixən yaranmış estetik zövqünü ifadə edən incəsənətdə də təzahür 

edir. 


İctimai şüurun yüksək səviyyəsi olan ideologiya, müəyyən sinfin, millətin mənafe 

və  maraqlanın  ifadə  edən  fəlsəfi,  dini,  etik,  estetik  görüşlərin  nəzəri  səviyyədə 

rəsmiləşdirilmiş  məcmusudur.  Hər  hansı  sinif  və  millət  öz  sosial  rolunu  dərk  edərək 

ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologiya daha 

geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şüur insanların 

həyat  fəaliyyəti  prosesində  öz-özünə,  kortəbii  surətdə  təşəkkül  tapır,  ideologiya  isə 

başlıca olaraq ideoloqların xüsusi səylərinin, şüurlu fəaliyyətinin məhsulu kimi meydana 

çıxır. 



Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin