Sual 1. İctimai şüur və onun strukturu
Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətlər ictimai inkişafın əsasını təşkil edir.
Lakin bu inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların
qanunauyğunluqlarını təhlil etmək kifayət deyil. Axı insanların istehsal fəaliyyətindən
başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını təşkil edən ictimai şüur kimi
mühüm bir sahə vardır.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar
tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız
bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar
tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi
sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı
şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur
dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə
etibarilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi müstəqilliyə
malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət
haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun
strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturu, yəni onun ayrı-ayrı elementləri maddi münasibətlərdən
asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə özünü ictimai
şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu adi şüur, ideologiya və
Dostları ilə paylaş: |