Fənn: Multikulturalizmə giriş Qrup: mq2-19 Müəllim



Yüklə 491,24 Kb.
səhifə1/5
tarix10.05.2022
ölçüsü491,24 Kb.
#57133
  1   2   3   4   5
AbdullazadəGülgün Multi




Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Qızlar Universiteti

Fakültə: Sosial-pedaqoji

İxtisas: Məktəbəqədər təlim və tərbiyə

Fənn: Multikulturalizmə giriş
Qrup: MQ2-19

Müəllim: Umudlu Vidadi

Tələbə: Abdullazadə Gülgün

Bakı 2022



Mövzu 1. Multikulturalizamə giriş fənninin predmeti və obyekti.

2. Din ictimai şüurun forması kimi.Dinin mahiyyəti.

3. Yəhudilik.

4. Müasir Azərbaycanda dövlət-din münasibətləri.

5. Multikulturalizm və tolerantlığa dair beynəlxalq sənədlər.

Multikulturalizamə giriş fənninin predmeti və obyekti.

“Multikulturalizm” termini və onunla əlaqədar anlayışlar müasir humanitar-siyasi leksikonda ən çox işlənilən neologizmlər kimi özünü təsdiq etmişdir. Bununla əlaqədar olaraq, bu terminə, eləcə də onun arxasında duran daha geniş sosialfəlsəfi və etnik-mədəni məzmuna aydınlıq gətirmək olduqca vacibdir. Hərfi mənada “multikulturalizm” çoxmədəniyyətlilik deməkdir. Latın dilindən tərcümədə “multi” “çox” mənasını ifadə edir. Mürəkkəb sözlərin əvvəlində yazılır və predmetlərin çoxluğunu, eynicinsli hərəkətlərin, funksiyaların çoxhədliliyini bildirir.

“Kultura” isə ilkin mənada torpağı becərmək, məskən salmaq, oturaq həyat tərzi, sonrakı mənalarda tərbiyə, təhsil, iqtisadi inkişaf, dil, elm, din, incəsənət, davranış, etiket və s. kimi anlayışlarla assosiasiya olunur. O, ilk dəfə e.ə.160-cı ildə Qədim Roma siyasətçisi və yazıçısı Böyük Mark Porsiy Katon (lat. Marcus Porcius Cato - e.ə. 234-149) tərəfindən əkinçilik haqqında traktatda (lat. “De Aqri Cultura”) işlədilmişdi.

“Multikulturalizm” termini müasir dövrün leksikonuna II Dünya müharibəsindən sonra nüfuz etməyə başlamışdır. 1947-ci ildə Hindistan B.Britaniyadan asılılığını ləğv etdikdən sonra, 1950-ci il yanvar ayının 26-da qəbul edilmiş Hindistan konstitusiyasında Hindistan cəmiyyətinin fövqəladə tərzdə polietnik olması və müstəqillik ərəfəsində hinduslarla müsəlmanlar arasında ölkənin parçalanması (Hindistan, Qərbi Pakistan, Şərqi Pakistan (Banqladeş) respublikaları) ilə nəticələnən etnik-siyasi hadisələrlə bağlı “multimədəni cəmiyyət” prinsipləri öz əksini tapmışdı.

XX əsrin 60-cı illərinin sonlarından etibarən Kanadada multikulturalizm siyasətinin dövlət səviyyəsində həyata keçirilməsi ilə əlaqədar bu termin siyasi sənədlərin, elmi ədəbiyyatların və KİV-lərin predmetinə çevrildi. Keçmiş Sovet ittifaqı məkanına daxil olan respublikalarda, o cümlədən Azərbaycanda “multikulturalizm” termini əsasən XX əsrin 90-cı illərinin sonlarından başlayaraq, ilk növbədə professional, daha sonra isə kütləvi leksikonun elementinə çevrildi.

XX əsrin 60-70-ci illərində multikulturalizm Avropada və Şimali Amerikada çağdaş etnik-siyasi münasibətlərin bir tələbi kimi adi termin çərçivəsindən çıxaraq əsl fəlsəfi-siyasi konsepsiyaya çevrilməyə başladı. Sözügedən dövrdə multikulturalizm təkcə ayrıca götürülmüş bir ölkənin etnik-mədəni, irqi və dini müxtəlifliklərinin mövcud vəziyyətini ifadə etmək üçün işlədilən adi termin deyildi. O, artıq cəmiyyətin təhlükəsiz gələcəyinə hesablanmış mədəni inqilab kimi təzahür edirdi. Multikulturalizm ilk dəfə rəsmi şəkildə 1971-ci ildə parlament tipli monarxiya olan Kanadada, ölkə hökumətindən siyasi müstəqillik tələb edən Kvebek separatizminə cavab olaraq fransız mənşəli baş nazir Pyer Elliot Tryudonun (fransız. Jozeph Philippe Pierre Yves Elliot Trudeau - 1919-2000) hakimiyyəti dövründə (1968-1979 və 1980-1984) qəbul edilmişdir [2]. Əslində isə Kanadada multikulturalizm haqqında hüquqi aktın qəbul edilməsi, indiyədək dünyanın bir çox ölkələrində, o cümlədən Kanadada həyata keçirilən, eləcə də ölkə əhalisinin mədəni baxımdan homogenləşdirilməsinə (lat. homogeneus - eyni mənşəli və ya eyni tipli) yönəlmiş assimilyasiya siyasətinin mənasız və faydasız olmasının dövlət institutları tərəfindən tamamilə tanınması demək idi. Separatizmlə bağlı dövlətin ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qalması şəraitində Kanadada multikulturalizmin dövlət səviyyəsində qəbul edilməsi iki əsas məqamı ön plana çəkdi:

1. Özündə ən yüksək humanist dəyərləri təcəssüm etdirən mədəni siyasət kimi özünü təsdiq etdi.

2. Polietnik tərkibi olan bir millətin və dövlətin birliyini və davamlı inkişafını nəzərdə tutan ideoloji zəmanət kimi tanındı.

ABŞ-ın Yel universitetinin (ing.YaleUniversity) məşhur professoru, politoloq S. Benhəbib (1950) 2002-ci il tarixdə yazdığı “Mədəniyyətin iddiaları” (“The Claims of Culture”) adlı yeni kitabında multikulturalizm fenomeni ilə əlaqədar ən dərin təhlillər aparmış və maraqlı nəticələr əldə etmişdi. O, iddia edirdi ki, “multikulturalizm müasir mədəni siyasət kimi, mədəniyyətin müxtəlif formalarının legitimliyini nəzərdə tutur və lakonik şəkildə ifadə olunan - “assimilyasiya etmədən inteqrasiyaya cəlb etmək” düsturunda ifadə olunur.

Bu, bir dövlətin sərhədləri daxilində etnik, milli və dini özəlliklərini, spesifik həyat tərzini tam qoruyub saxlamaq hüququ olan ən müxtəlif etnik-mədəni və konfessional qurumların birgəyaşayışı kimi bir anlama gəlir. Lakin bütün bu sadalanan vacib vəzifələri həyata keçirmək üçün dövlət institutlarının fəaliyyəti kifayət deyil. Məhz bu səbəbdən multikulturalizm eyni zamanda multikultural ekzistensializmi ciddi sosial mexanizmlər vasitəsi ilə tənzimləməyi və ona nəzarət altında saxlamağı nəzərdə tutur.




Yüklə 491,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin