Fənn: Multikulturalizmə giriş Qrup: mq2-19 Müəllim


Din ictimai şüurun forması kimi.Dinin mahiyyəti



Yüklə 491,24 Kb.
səhifə2/5
tarix10.05.2022
ölçüsü491,24 Kb.
#57133
1   2   3   4   5
AbdullazadəGülgün Multi

Din ictimai şüurun forması kimi.Dinin mahiyyəti.

Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, Fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər. İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhvalruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir.

Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar. Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan fəaliyyətinin zənginliyini yaradır. İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir.

Bu cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında “sərt əlaqələrin” istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.

İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq özünü ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai varlıq özündə öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva edir. Bu üzvi sistemli asılılıq ictimai şüura fəallıq verir. İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır. Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:

1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara (əxlaq, siyasi və hüquqi şüur);

2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm). İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq, elm, incəsənət, din, fəlsəfə.

Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. Dinin mahiyyətini və meydana gəlmə səbəblərini cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsini analiz etmədən açmaq olmaz. İbtidai insanların təbiət qüvvələri qarşısındakı acizliyi, onlara tə'sir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur. Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir. Dinlərin tarixi göstərir ki, heç bir xalqda din bəzi teoloqların iddia etdikləri kimi monoteizmdən, yəni vahid allah təlimindən başlanmamışdır, monoteizmdən əvvəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur. Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad öz əsas aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər. Din öz göstərişlərini Allahın adı ilə əbədiləşdirən ideoloji vasitəyə çevrilir. Fəlsəfə, əxlaq, incəsənət, hüquq da bu ideoloji təsir dairəsindən kənarda qalmır. Bununla bərabər tarixi inkişaf sübut edir ki, cəmiyyətdə baş verən sosial təbəddülatların, çevrilişlərin tə'siri altında dinlər dəyişilmiş, onlarda müəyyən islahatlar aparılmışdır. Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristianlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk xristianlığın bəzi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi münasibəti və i.a. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir. Dünya dinlərinin meydana gəlməsi müxtəlif ölkələr və xalqlar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uzunmüddətli inkişafının nəticəsidir. Qədim dinlərə xas olan kosmopolit xarakter onlara milli sərhədləri aşaraq Yer üzərində geniş yayılmağa imkan vermişdir.

Hazırda bütün dinlərdə elmin və texnikanın inkişafı ilə, cəmiyyət həyatındakı dərin inqilabi proseslərlə əlaqədar olan yeni şəraitə uyğunlaşmaq prosesi gedir. Lakin müasir dünyada din mahiyyəti etibarilə özünü sosial yeniləşmə, quruculuq qüvvəsi kimi deyil, ancaq adət-ənənə və mərasimlərin toplusu kimi təzahür etdirir.


Yüklə 491,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin