16.Müasir Azərbaycanda dövlət din münasibətləri. Hər bir dövlətin dini etiqad və vicdan azadlığının təmin olunmasına, dövlət-din münasibətlərinin tənzimlənməsinə öz yanaşma tərzi mövcuddur. Tarix boyu Azərbaycan çoxmillətliliyi, öz tolerantlığı ilə seçilmiş, müxtəlif dinlərin nümayəndələri burada sülh şəraitində, dinc, yanaşı fəaliyyət göstərmiş, milli dini və irqi ayrı-seçkilik qabardılmamış, münaqişə yaradacaq həddə çatdırılmamışdır. Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudiliyin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamış, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma müşahidə olunmamışdır. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə həm səmavi dinlərin ardıcılları tərəfindən, həm də dövlət tərəfindən qorunub saxlanılaraq uğurla davam etdirilir, bütün dinlər cəmiyyətin ahəngdar inkişaf prosesinə öz imkanları çərçivəsində töhfələrini verir. Sövet dönəmini Azərbaycanın din tarixinin ən ağrılı və acılı dövrlərindən biri kimi təsvir edən müəllif həmin illərdə bir çox ibadət yerlərinin dağıdılmasına, din xadimlərinin həbs edilməsinə, hətta qətlə yetirilməsinə dair tarixi faktlardan iqtibaslar gətirir. Əsrlərin sınağından süzülüb gələn milli-mənəvi dəyərlərin insanlara təsirini azaltmaq və əhalini dindən uzaqlaşdırmaq məqsədilə islam dininə qarşı kütləvi hücumların edildiyi qeyd olunur. Həmin dövrdə vicdan və etiqad azadlığı prinsipləri dövlətin əsas qanununda öz əksini tapsa da, din xadimləri üçün bütün imtiyazlar ləğv edilmiş, məscid və kilsələrin dövlətdən ayrıldığı barədə qərarlar qəbul edilmiş, dinə, xüsusilə, islam dininə qarşı ciddi mübarizə planı reallaşdırılmışdır.Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə qoyulmuş qadağalar aradan qaldırılmış, baxımsızlıqdan uçub-dağılmış dini ibadət ocaqlarının tam əksəriyyəti təmir və bərpa olunmuş, gənc nəslin sağlam ruhda, dini inkar etmədən milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Bu vacib iş hazırda da davam etdirilir.
17 və 56. Etnik – milli müxtəliflik və multikulturalizm.
“Multikulturalizm” məfhumu iki sözün Birləşməsindən əmələ gəlmişdir- “multi” və “kultura” (latın dilindən Tərcümədə çoxmədəniyyətlilik deməkdir). Multikulturalizmin Azərbaycan xalqının Həyat tərzinə çevrilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış Mərasimində aşağıdakıları söyləmişdir: “Azərbaycanda multikulturalizm dövlət Siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm İdeyaları hər zaman ölkəmizdə mövcud olmuşdur.Etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı Çoxmədəniyyətlilik mənasında işlədilən multikulturalizm termininə kişi, qadın bərabərliyi, cinsi azlıqların hüquqları kimi məsələlər də daxildir. Müasir dövrdə, xüsusilə də qloballaşma şəraitində, etnik, irqi, dini və ya mədəni müxtəlifliklərin mövcud olmadığı ölkəni tapmaq qeyri mümkündür. Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklərin ən azı birinə, bir neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın həyatında əhəmiyyətli rol oynayır. Belə ki, müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Belə ki, müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Sözün geniş mənasında işlədilən multikulturalizm məhfumunun əsasında biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikultural cəmiyyət adlandıra bilərik. Buna görə də sözün geniş mənasında müasir dövrdə, demək olar ki, bütün dövlətlər multikulturaldır.
18 və 55..Multikulturalizm və sosial iqtisadi inkişaf. Məlum olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı onun mənəvi-mədəııi inkişafına səbəb olan əsas amiliərdən biridir. Digər tərəfdən, tarixi təcrübə göstərir ki, yüksək mənəvi-mədəni inkişaf səviyyəsinə malik olan hər bir ölkədə onun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaranır.İqtisadi inkişaf ictimai dəyişikiərin təkamülündə başlıca rol oynayaraq, insanların yaşayış səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. Müasir dünyada maddi dəyərlər qeyri-maddi dəyərlərlə qarışaraq, iqtisadi inkişafın istiqamətlərini müəyyən edir. Zaman keçdikcə cəmiyyətin iqtisadi vəziyyətinin mənəviyyat səviyyəsindən asılı olduğunu təsdiqləyir.Hazırda çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi istifadə edilən multikulturalizm, sözün dar mənasında o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti əks etdirir. Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb etməkdədir. Bu gün artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar və insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıq və qarşılıqlı anlaşmadır.Azərbaycan Respublikası dünyada multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Qədim dövrlərdən multikulturalizmin Azərbaycanda geniş yayılması, onun xalqımızın həyat tərzinə çevrilməsi və müasir dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olması ölkəmizin multikultural təhlükəsizliyinin yüksək səviyyədə olmasını təmin etmişdir. Hazırda ölkənin bütün regionlarında heç bir diskriminasiya tətbiq edilmədən tarazlı inkişafın təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu da regionlarda yaşayan əhalinin sosial rifah vəziyyətinin davamlı olaraq yaxşılaşdırılmasına hesablanılmış uğurlu daxili siyasətin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşınm həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir.