1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Multikulturalizm və xarici siyasət



Yüklə 89,96 Kb.
səhifə11/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
multikulturalizmin imtahan cavablarıı..

27.Multikulturalizm və xarici siyasət.
Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim etmişdir.Azərbaycan Respublikasının multikulturalizm siyasətindən danışarkən belə bir mühüm qanunauyğunluğa diqqət yetirmək lazımdır: multikulturalizmin ölkənin daxili siyasətində özünü göstərməsi onun xarici siyasətində də yaranmasına səbəb olur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir və multikulturalizmin ölkənin daxili siyasəti ilə bərabər onun xarici siyasətində də özünü büruzə verməsindən xəbər verir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.Məlum olduğu kimi, daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Bu qanunauyğunluğa əsaslanaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurlarının səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.Müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının uğurla apardığı xarici siyasətin, o cümlədən ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində artdığı nüfuzun məntiqi nəticəsi olaraq 2011-ci il 24 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. 155 ölkənin dəstəyi ilə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi “aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.”Beləliklə, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixi və coğrafi şəraitin mövcudluğu, müasir dövrdə onun dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi onun ölkənin daxili və xarici siyasətinə müsbət təsir göstərməsində büruzə verir. Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri özünü cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında özünü büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.
28.Milli,etnik,dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə.
Milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında bu Bəyannaməni elan edir:Dövlətlər onların müvafiq ərazilərində milli, yaxud etnik azlıqların varlığını və özünəməxsusluqlarını qoruyurlar və bu bənzərsizliyin inkişafı üçün şəraitin yaradılmasını təşviq edirlər.Dövlətlər bu məqsədlərə nail olmaq üçün lazımi qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər.Milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin (bundan sonra azlıqlara mənsub şəxslər adlandırılacaq) şəxsi həyatda və açıq şəkildə sərbəst surətdə və müdaxilə olmadan, yaxud hər hansı bir formada ayrıseçkiliyə yol verilmədən öz mədəni nailiyyətlərindən faydalanmaq, öz dininə etiqad bəsləmək və dini adətlərini icra etmək, eləcə də, öz dilini işlətmək hüququ var.Azlıqlara mənsub şəxslərin mədəni, dini, ictimai, iqtisadi həyatda və dövlət həyatında fəal iştirak etmək hüququ var.Azlıqlara mənsub şəxslərin milli səviyyədə, zəruri halda isə milli qanunvericiliyə zidd olmamaqla, mənsub olduqları azlıqlara, yaxud yaşadıqları bölgəyə dair bölgə səviyyəsində qərarların qəbul edilməsində fəal iştirak etmək hüquqları var.Azlıqlara mənsub şəxslərin öz şəxsi assosasiyalarını yaratmaq və onların fəaliyyətini təmin etmək hüququ var.Azlıqlara mənsub şəxslərin heç bir ayrı-seçkilik olmadan öz qrupunun digər üzvləriylə, başqa azlıqlara mənsub şəxslərlə, eləcə də, sərhəd əlaqəsi vasitəsilə digər dövlətlərin milli, etnik, dini, yaxud dil bağları ilə bağlı olduğu vətəndaşları ilə sərbəst və dinc əlaqə yaratmaq və davam etdirmək hüququ var.Azlıqlara mənsub şəxslər heç bir ayrı-seçkiliyə yol verilmədən öz hüquqlarını, o cümlədən, bu Bəyannamədə ifadə edilən hüquqlarını istər fərdi qaydada, istərsə də öz qrupunun digər üzvləri ilə birgə həyata keçirə bilər.Bu Bəyannamədə ifadə edilən hüquqlardan istifadə etmə və ya etməmə azlıqlara mənsub istənilən şəxsin durumu üçün heç bir mənfi nəticəyə gətirib çıxarmır.Dövlətlər zəruri halda azlıqlara mənsub şəxslərin özünün bütün insan hüquqları və azadlıqlarını heç bir ayrı-seçkiliyə yol verilmədən və qanun qarşısında tam bərabərlik əsasında, tamamilə və səmərəli şəkildə həyata keçirə bilmələrini təmin etmək üçün tədbirlər görürlər.Dövlətlər azlıqlara mənsub şəxslərin konkret fəaliyyətinin həyata keçirilməsi milli qanunvericiliyi pozduğu və beynəlxalq normalara zidd olduğu hallar istisna olmaqla, öz xüsusiyyətini ifadə etməsinə, öz mədəniyyətini, dilini, dinini, adət və ənənələrini inkişaf etdirməsinə imkan verən əlverişli şərait yaratmaq üçün tədbirlər görürlər.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin