Terror hücumlarından müdafiə olunmaq və beynəlxalq terrorizmə qarşı mübarizədə qalib gəlmək;
Beynəlxalq narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq;
Dünyada demokratiya və insan hüquqlarının dəstəklənməsi;
Kütləvi Qırğın Silahlarının yayılmasının qarşısının alınması;
İsrail-Fələstin münaqişəsinin sulh yolu ilə həll edilməsi;
Müttəfiqlərlə əlaqələrin inkişaf etdirilməsi;
Qlobal istiləşməyə qarşı tədbirlər görmək;
Yoxsul ölkələrin yaşayış səviyyəsinin yüksəldilməsi.
AZƏRBAYCAN-ABŞ DİPLOMATİK ƏLAQƏLƏRİNİN QURULMASI
ABŞ Azərbaycanın mustəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, iki olkə arasında diplomatik munasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur.
1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın ABŞ-da səfirliyi acılmışdır.
Bu gunə kimi, iki olkə arasında 73 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq ucun muvafiq normativ-huquqi baza yaradılmışdır.
AZƏRBAYCAN-ABŞ İQTİSADİ TƏRƏFDAŞLIQ KOMİSSİYASI
Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və Azərbaycanın ABŞ-ın regionda vacib tərəfdaşı olduğunu nəzərə alaraq, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilmişdir.
Bu xususda iki olkə arasında yaradılmış birgə iqtisadi komissiyanı (Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası (İTK)) xususilə qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda, ikinci iclası isə 14 noyabr 2008-ci ildə Vaşinqtonda kecirilmişdir.
İTK-nın ikinci iclasına Azərbaycan tərəfdən Maliyyə Naziri S.Şərifov, Amerika tərəfdən isə Dovlət Katibinin köməkcisi D.Sallivan həmsədrlik etmişdir.
AZƏRBAYCAN-ABŞ İQTİSADİ ƏMƏKDAŞLIĞININ ƏSAS İSTİQAMƏTLƏRİ
Azərbaycanda neft və qaz sektorunun inkişafı,
Yeni boru kəmərlərinin tikintisi və istismarı,
Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrin həyata kecirilməsi,
Ölkəmizin qeyri neft sektorunun inkişafı və qarşılıqlı ticarətin diversifikasiyası sahəsində əməkdaşlıq,
İqtisadi yardım:
ABŞ-ın Azərbaycana iqtisadi sahədə yardımı bir sıra ixtisaslaşmış təşkilatlar vasitəsilə aparılır. Bu təşkilatlar sırasında Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Ticarət və İnkişaf Agentliyinin rolunu (USTDA) xususilə qeyd etmək olar.
AZƏRBAYCAN-ABŞ TİCARƏT DÖVRİYYƏSİ
MƏNBƏLƏR
www.mfa.gov.az – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
www.economy.gov.az – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
www.customs.gov.az – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi