Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək
Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir-birinə sərbəst təsiri üçün şərait yaratmaq
Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş və tarazlı mədəni münasibətləri təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək
Mədəni özünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi ilə inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və.s
Konvensiyanın 2-ci maddəsində ondan irəli gələn mühüm prinsiplər öz əksini tapmışdır.Bu prinsiplər rəhbər başlanğıclardır və aşağıdakılardır:
1)İnsan Hüquqları və əsas Azadlıqlarına hörmət prinsipi
2)Suverenlik prinsipi
3) Bərabər ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi
4)Beynəlxalq həmrəylik və əməkdaşlıq prinsipi
5)İnkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini tamamlaması prinsipi
6)Davamlı inkişaf prinsipi
7)Bərabər imkan prinsipi
8)Açıqlıq və tarazlıq prinsipi
Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi Konvensiyasının mühüm oraqnları, Tərəflərin Konfransı və Hökumətlərarası Komitədir.Tərəflərin Konfransı bu konvensiyanın plenar və ali orqanı hesab olunur.Bu orqanın sessiyası iki ildə bir dəfə və ya üzv dövlətlərin ən azı üçdə birinin Hökumətlərarası Komitəyə müraciəti əsasında fövqəladə sessiyası keçirilir.Hökumətlərarası Komitə isə 18 dövlətin nümayəndərindən ibarət tərkibdə fəaliyyət göstərir.Onun üzvləri 4 ildən bir olmaqla, Tərəflərin Konfransı tərəfindən seçilir.Hökumətlərarası Komitə, Tərəflərin Konfransı orqanının rəhbərliyi altında fəaliyyət göstərir və onun qarşısında hesabat verir.UNESCO-nun Katibliyi isə Konvensiyanın oraqanlarına onların fəaliyyətləri zamanı sadəcə köməklik göstərir.Katiblik Tərəflərin Konfransının və Hökumətlərarası Komitənin sənədlərini, habelə onların iclaslarının gündəliyini hazırlayır, qərarlarının həyata keçirilməsinə kömək göstərir və buna dair məruzə edir
32)Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin əsas istiqamətləri.
Azərbaycan xalqının ictimai-fəlsəfi fikir tarixində multikultural əhvalın, tolerant durumun əsrlər boyu formalaşan və konkret nümunələrdə yaşayan təzahürü çoxşaxəli olmuşdur.Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri aramaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ictimai fikir tariximizin dərin qatda pərvaz edən ruhunun göstəriciləridir. Qədim tarixə malik ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın və ümumiyyətlə ictimai fikir tariximizin hər bir nümayəndəsi bu Dəyərləri nəinki qəbul etmiş, hətta onları öz dünyagörüşünə çevirmiş və hər elmi-fəlsəfi, ədəbi yaradıcılığın arxasından öz dövrünə xas ictimaisiyasi mühitin nəfəsini, ritmini, nəbzini hiss etməmək mümkün deyil. Bu elmi-fəlsəfi, ədəbi nümunələr bizə Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə multikultural əhval və tolerant münasibətlərin necə “hakimi-mütləq” olmasından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, Lakin mahiyyəti dəyişməyib” . Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, incəsənətimizə Və mədəniyyətimizə multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlarından biridir.
Ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara qarşı hörmət duymaq
Və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sevgi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və İntibah dövrü Şairlərimizin,maarifçi-demokrat yazarlarmızın yaradıcılığında xüsusi Və önəmli yer tutur;
Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə – İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətləMüraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının Sehirli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr qurulması, İstər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti Cəlb edir;
Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona, Aristotelə, Evklidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz ehtiramın təsviri də bir qədər yuxarıda qeyd Edilən eyni əhvalın göstəricisidir;
Ayrı dinə və millətə mənsub olan gözəllərin vəsfi, onlara saf,
Coşqun məhəbbət izharı, bu yoldakı məhrumiyyətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində, gözəlləşdirmiş, hətta bəzən bədii faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi simfoniyalarının əzəmətinə kölgə sala bilməmişdir;
Ədəbiyyatımızda başqa dillərə və məkanlara (ölkələrə, vilayətlərə, şəhərlərə) içdən gələn, səmimi münasibət hissinin təsviri öz
Dövrünün ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni zamanda,
Öz dövrünün ictimai fikrini yönləndirmək cəhdinin təzahürüdür. Bütün bu sadalanan ilkin ümumiləşdirmələr xalqımızın psixologiyasında, dünyagörüşündə tarixən yer alan milli və bəşəri dəyərlərin Bir-birilə necə çulğalaşıb doğmalaşdığını göstərir. Bu nəhəng mənəvi Xəzinə bu gün də eyni şəkildə yaşamaqdadır
Dostları ilə paylaş: |