İxtisas: Tarix və Coğrafiya müəllimliyi Tədris ILI : 020 – 2021 Qrup : tcm – 1801 Semestr : Payız Fənn : Türk Xalqları Tarixi II



Yüklə 43,47 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü43,47 Kb.
#36339
  1   2   3   4
Togrul TXT imtahan işi


Fakültə: Pedaqoji

İxtisas: Tarix və Coğrafiya müəllimliyi

Tədris ili : 2020 – 2021

Qrup : TCM – 1801

Semestr : Payız 5

Fənn : Türk Xalqları Tarixi II

Tələbə : Musayev Toğrul

Tarix: 12.01.21

Müəllim: Baxışov Vüsal

İmtahan tapşırığı: Sibir XIX - XX əsrin əvvəllərində.

Sibirdə idarəetmə sistemi. İctimai munasibətlər: I Aleksandr hökuməti XIX əsrinəvvəllərində Sibirin idarə edilməsinin mərkəzləşdirilməsinə dair bir sıra tədbirlər həyata keçirdi. 1801-ci ildə Sibirə göndərilən general Selifantova Sibirin inzibati cəhətdən daha əlverişli sürətdə bölüşdürülməsini aydınlaşdırmaq tapşırıldı. 1803-cü ildə mərkəzi İrkutskda yerləşən Sibir general-qubernatorluğu yaradıldı. Ona rəhbərlik edən Selifantova öz tabeliyində olanların vəzifədən azad edilərək məhkəməyə verilməsi, işə can yandırmayan məmurların hətta sürgün edilməsi kimi səlahiyyətlər verildi. Sibir böyük qəzalara bölündü və burada komissarlıqlar yaradıldı. İnzibati dəyişikliklər Yakutiyaya da toxunurdu. İrkutsk quberniyasının tərkibinə daxil olan Yakut dairəsi 1805-ci ildə Yakut vilayəti kimi təşkil edildi. Vilayətin mərkəzi Yakutsk şəhəri idi. Burada yerləşən vilayət idarəsi polis, məhkəmə və xəzinə bölmələrindən ibarət idi. Vilayətlərə vilayət rəisi, dairələrə (komissarlıqlara) zemstvo komissarları rəhbərlik edirdi. Yerli əhali volostlarda (XVIII əsrin axırlarından kənd icması-tayfa) birləşirdi. Qonşu icmalar birləşərək iri inzibati birlik-uluslar təşkil edirdi.

Qeyri kənd icmalarının idarə edilməsinə dair Senatın 1797-ci ildə təsdiq etdiyi «Əsasnamə» XIX əsrin əvvəllərindən Yakutiyada da tətbiq edilməyə başladı. Yakutiyada yerli əhali üzərinə qoyulmuş əsas hökumət vergisi yasak (natural vergi) idi. XIX əsrin əvvəllərində bir sıra daha ağır vergilər tətbiq edildi. Dövlət yolunun saxlanılması, su qurğularının tikilməsi, zemstvo ehtiyaclarını ödəmək üçün vergilər toplanmağa başlandı. XIX əsrin 20-ci illəri Sibir tarixinə Speranski islahatları kimi düşmüşdür. Gözdən düşmüş dövlət xadimi, liberal islahatlar tərəfdarı Speranski 1819-cu il martın 22-də I Aleksandrın fərmanı ilə Sibir general-qubernatoru təyin edilmiş və ona geniş səlahiyyətlər verilmişdi. Çarizmin Sibirə ciddi fikir verməsi təsadüfi deyildi. Sibir generalqubernatoru Pesteldən və onun köməkçisi Treskindən şikayətlər gəlirdi.Tacirlər, xırda çinovniklər, kəndlilər, bəzi din xadimləri, Sibir ziyalıları narazılıq edirdi. Hökuməti daha çox dövlət gəlirlərinin azalması və aclıq hallarının artması narahat edirdi. Bütün bunlarla əlaqədar olaraq hökumət dairələrində inzibati quruluşda və Sibirin idarə edilməsi sahəsində islahatkeçirilməsi meyili yaranırdı.

Sibirdə islahat barəsində Daxili İşlər Naziri Kozodavlevin təqdim etdiyi layihədə qeyd edilirdi ki, idarəetmədə yerli şəraiti nəzərə almaq lazımdır ki, bu da general-qubernatorun özbaşınalığını məhdudlaşdırmağa kömək edər. Nazirlər Komitəsinə tabe olan Sibir işlərinə dair xüsusi komitə yaradılması nəzərdə tutulurdu. Speranski Sibirdə 2 il inzibati aparatı araşdırdı. Araşdırma zamanı xeyli sui-istifadə halları aşkara çıxdı. Bir çox məmurlar işdən azad edildi, bəziləri, ocümlədən Treskin məhkəməyə verildi. İnzibati islahatların hazırlanması ilə eyni vaxtda Sibir xalqlarının adətlərinin öyrənilməsinə başlandı. Speranskinin sərəncamı üzrə Sibirin hər bir xalqının adət və inamlarının aydınlaşdırılmasına dair komissiyalar yaradıldı. Speranskinin hesabat və layihələrinə baxmaq üçün 1821-ci ildə Peterburqda Xüsusi Sibir Komtəsi təşkil olundu. İslahatlar 1822- ci ildə elan edildi, yanvarın 26-da Sibir Qərb və Şərq hissələrinə bölündü, Tobolsk və İrkutsk general-qubernatorluğu təsis edildi. Yakut vilayəti İrkutsk general-qubenatoluğunun sərəncamında qaldı. 1822-ci il iyunun 22-də Sibir quberniyalarının idarə edilməsinə dair dərc edilən fərmanda özgə xalqların, qırğız-kaysakların idarə edilməsi, sürgünlər barəsində, zemstvo mükəlləfiyyətləri, taxıl ehtiyatları və s. məsələlər barəsində məsələlər öz əksini tapdı.

Sibir quberniyalarının idarə edilməsinə dair müəssisə” Sibirdə inziabti orqanların yeni strukturunu müəyyən etdi. Tobolsk və İrkutskdaBaş idarə (Qərbi və Şərqi Sibir üçün) təsis edildi ki, buraya general -qubernator və onun yanında məşvərətçi orqan olan Sovet daxil oldu. General-qubernatorla fikir birliyi olmadığı hallarda Sovet öz fikrini Senata bildirmək hüququna malik idi. Quberniyalarda qubernator idarəsi, dairə və şəhərlərdə dairə və şəhər dairələri, kəndlərdəkənd starşinası və onbaşıdan ibarətkənd idarəsi yaradıldı. Yakutiya və eləcə də digər Sibir xalqları üçün 22 iyul 1822-ci ildə təsdiq edilən “Özgə xalqların idarə edilməsi haqqında Nizamnamə” mühüm əhəmiyyətə malik idi. «Nizamnamə» yə görə Sibirdə yaşayan bütün özgə tayfalar 3 dərəcəyə: oturaq, köçəri və sərgərdan (daim yerini dəyişən) dərəcələrinə bölünürdü. Birinci dərəcəyə şəhər və kəndlərdə yaşayanlar, ikinci dərəcəyə köçəri torpaq sahibləri (buryatlar),cənub heyvandarları və sənayeçiləri (cənub tunquslarının bəzi qrupları, saqaylar) və şimal heyvandarları və sənayeçiləri daxil idi. Yakutlar da köçəri özgə xalqlar dərəcəsinə aid edilmişdi. Nizamnamədə sərgərdan özgə xalqları müəyyən edən əlamətlər göstərilmirdi. Yakut vilayətlərinin qeyri-xalqlarına koryaklar, yukaqirlər, lamutlar və b. daxil idi.

1822-ci il Nizamnaməsinə görə köçəri qeyri-xalqlar hər bir tayfanın özünəməxsus çöl qanunları və adətləri üzrə idarə edilirdi. Yalnız cinayətişlərinə görə ümumi qaydalar əsasında mühakimə olunurdular. Onlar rekrut mükəlləfiyyətlərindən azad idilər, dini etiqad azadlığı saxlanılırdı. 1822-ci il Nazamnaməsi «köçəri özgə-xalqların» iqtisadi vəziyyətini də müəyyən edirdi. “Köçəri özgə-xalqlar” hər bir nəsil üçün mülkdə müəyyən edilmiş torpağa malik idi. Bu torpaqların sahələrə bölünməsi köçərilərin özlərinin püşkatma və yaxud digər adətlərindən asılı idi. Ruslara icazə verilmirdi ki, “köçəri özgə xalqlara” ayrılmış torpaqlarda özbaşına yerləşsin, lakin onlar bu torpaqları «töycü məzmunlu» sahələr kimi ala bilərdi. Şəxsi adamlara muzdlu əməkdən istifadə etməyə qəbilə rəisinin icazəsi oldugu halda onlara şərabdan başqa bütün məhsullara sərbəst ticarət etməyə icazə verilirdi.Məmurlara “köçəri özgə xalqlar” la alver etmək qəti qadağan idi.

1822-ci il Nizamnaməsinə əsasən “sərkərdan qeyri-xalqların” hüquqi vəziyyəti “köçəri” lərinkindən fərqlənirdi. Nizamnamədə göstərilirdi ki, “köçərilər” üçün nəzərdə tutulan hüquqlar “sərgərdan özgə-xalqlar” a da aiddir. Fərqli cəhət onda idi ki, “tayfalar üzrə müəyyən edilən torpaqlar” və onların sahələrə bölünməsi sərgərdan özgə xalqlara aid edilmirdi. Sərgərdanlar quberniya zemstvo pul mükəlləfiyyətlərindən azad idi.

1822-ci il Nizamnaməsində “köçəri” və “sərgərdan özgə xalqlar” ın idarəetmə sisteminə görə bir ailədən az olmayan hər bir ulusun özlərinin xüsusi qəbilə idarəsi yaradılması nəzərdə tutulurdu. Həmin qəbilə idarəsistarosta və bir, yaxud iki köməkçidən ibarət olurdu. Starosta adətə uyğun olaraq ya seçilir, ya da bu vəzifəni irsən alırdı. O, öz nəsildaşları içərisində “knyaz, zaysan” və s. titulu daşıya bilərdi. Lakin hökumət orqanları ilə münasibətdə həmişə starosta adlanırdı. Sərgərdanların qəbilə idarəsi yalnız starosta ilə məhdudlaşırdı. “Köçəri özgələrin” ali idarə orqanı olan Çöl Duması baş qəbilərəisindən, seçikili iclasçılardan ibarət idi. Çöl Dumasının vəzifəsinə əhalinin qeydə alınması, vergilərin qoyulması, bütün ictimai əmlakın və gəlirin düzgün qeydə alınması, əkinçilik və xalq sənayesinin genişlənməsi və s.daxil idi. Bütün məsələlər üzrə Çöl Duması özgə idarələrə sərəncam verirdi və dairə idarəsinə tabe idi.

Qəbilə idarələrinin starostaları, özgə idarə başçıları və Çöl Duması iclasçıları qubernator, yaxud vilayət rəisi tərəfindən, Çöl Dumasının baş rəisi general-qubernator tərəfindən təsdiq edilirdi. 1822-ci il Nizamnaməsində «özgələr» dən vergilərin toplanması qaydası da müəyyən edilirdi. Vergi və mükəlləfiəyyətlərin aşağıdakı növləri müəyyən edilmişdi:




Yüklə 43,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin