İxtisas: Tarix və Coğrafiya müəllimliyi Tədris ILI : 020 – 2021 Qrup : tcm – 1801 Semestr : Payız Fənn : Türk Xalqları Tarixi II



Yüklə 43,47 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü43,47 Kb.
#36339
1   2   3   4
Togrul TXT imtahan işi

Sibir XX əsrin əvvəllərində : Stolıpinin aqrar islahatları qolçomaqların

simasında çarizm üçün kənddə dayaq yaratmaq,çarizmin sosial bazasını genişləndirməyə yönəldilmişdi. 9 noyabr 1906-cı il qanununun mahiyyəti də məhz bundan ibarət idi. İnqilabdan sonrakı illərdə yerli mətbuat üzərində senzura kəskinləşdirildi, inqilabın gedişi dövründə yaranan liberal təşkilatlar təqibə məruz qaldı, çarizmin qatı düşmənləri olan bolşeviklərə qarşı geniş hücum başlandı.1907-ci ilin sentyabrında “Yakutlar ittifaqı” təşkilatının təmsil- çilərinin məhkəməsi oldu.

Yakutiya tarixində ilk leqal demokratik qəzet olan “Yakut diyarı” təqiblərə məruz qaldı. 1908-ci ilin yanvarında qəzet bağlandı. Qəzet sonralar müxtəlif adlarla yenidən bir neçə dəfə nəşrə başlasa da, tezliklə bağlanırdı. S ər t cəza tədbirlərinə və təqiblərə baxmayaraq sosial-demokrat təşkilatları inqilabi ideyaları təbliğ edirdi. Kitabxanalardan yerli əhali də istifadə edirdi. Hakimiyyət orqanları kitabxanalarda qeyri-leqal ədəbiyyatın olması ilə əlaqədar onları bağlayırdılar.

Y a k utiya ərazisində fəaliyyət göstərən müxtəlif siyasi cərəyanlar arasında ciddi mübarizə gedirdi. Sosial-demokrat “Mayak” təşkilatı eserlərə, onların ideologiyası və taktikasına, “Mayak” rəhbərləri anarxist kommunistlərə qarşı çıxırdı. Lakin bu təşkilatın öz tərkibində də fikir ayrılığı var idi. Bəzi məsələlərdə “Mayak” ın bolşevik hissəsi menşeviklərlə üzləşirdi. Stolıpinin aqrar siyasəti kəndli hərəkatını dayandırmadı. Yakut uluslarında yenə də torpaqların bölüşdürülməsi uğrunda mübarizə gedirdi. Yoxsullar torpağın bərabər surətdə bölüşdürülməsini tələb edirdilər.



1910-cu ildən Yakut vilayətində kəndlilərin vergiləri verməkdən imtina etməsi halları müşahidə olunurdu. Vilayətin müxtəlif yerlərində müxtəlif vaxtlarda polis kəndlilər içərisində qeyri-leqal ədəbiyyat aşkara çıxarırdı. 1912-ci il fevralın 29-da (18 mart) Andreyev mədənində başlanan tətilə hərəkatına tezliklə digər mədənlərin işçiləri də qoşuldu.Mərkəzi tətil komitəsinin başçılıq etdiyi bu hərəkat silahlı qüvvə ilə yatırıldı. 250 nəfər öldürüldü, 270 nəfər fəhlə həbs edildi. Onların içərisində yakut fəhlələri də var idi. XX əsrin əvvəllərində Yakutiya vilayətində siyasi sürgünlərin sayı xeyli artdı. 1908-ci ildə Yakutiyaya 194 siyasi sürgün gəlmişdi. Birinci dünya

müharibəsi ərəfəsində Yakutiyada 500 siyasi sürgün var idi. 1912-1914-cü illərdə sürgünlər içərisində bolşevik “Pravda” tərəfdarları ilə menşevik “Luç” qəzeti tərəfdarları arasında ciddi mübarizə gedirdi.
Yüklə 43,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin