İxtisas: Tarix və Coğrafiya müəllimliyi Tədris ILI : 020 – 2021 Qrup : tcm – 1801 Semestr : Payız Fənn : Türk Xalqları Tarixi II



Yüklə 43,47 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü43,47 Kb.
#36339
1   2   3   4
Togrul TXT imtahan işi

1)Dövlət vergiləri

2)Zemstvo mükəlləfiyyətləri

3)Daxili mükəlləfiyyətlər.

1822-ci il Nizamnaməsi XIX əsrdə “özgələrin” həyatını müəyyənləşdirən əsas hüquqi sənəd olub Oktyabr çevrilişinə qədər qüvvədə olmuşdur. 1822-ci il Nizamnaməsi bir çox cəhətdən məntiqsiz xarakterə malik idi. Burada Sibir xalqlarının iqtisadiyyatını müdafiə etmək meyli duyulmurdu. “Özgələrin” torpaqlarını zorla tutmaq, məmurlara onlarla ticarət etmək qadağan edilir, “köçərilərin” işçi qüvvəsini məcburi işə yönəltməyə icazə verilmirdi və s. Nizamnamədə belə məsələlərin öz əksini tapması mahiyyətcə başa düşüləndir. Çünki “Özgələrin” təsərrüfatının xeyli ziyan çəkməsi nəticəsində tez-tez aclıq baş verirdi. Bu özünü 1810, 1811, 1814, 1816 və 1817-ci illərdə aydın göstərdi.Hökumətin gəliri azalmışdı.“Özgələrdən” toplanan vergilərin yığılmasını təmin etmək üçün onları ticarət asılılığından qorumaq lazım idi. Lakin bütün bunlarla yanaşı, 1822-ci il Nazamnaməsi nəzərdə tutulan işlərin həyata keçirilməsinə təminat vermirdi. Belə ki, Nizamnamədə yerli əhalinin mülklərinin mühafizəsi, torpaqların özbaşına tutulması əleyhinə konkret tədbirlər nəzərdə tutulmurdu. Bütün bunların nəticəsi idi ki, Nizamnamənin elan edilməsindən sonra bütün Sibirdə, o cümlədən Yakutiyada yerli əhalinin torpaqsızlaşması prosesi xeyli genişləndi. Torpaqsızlaşma özbaşına tutmaq, çox vaxt müddətsiz icarə, alqı-satqı vasitəsilə (1822-ci il Nazamnaməsində bu barədə heç nə deyilmirdi) baş verirdi.

1822-ci il Nizamnaməsi “özgələrin” daxili həyatına, onların məişət və ənənələrinə toxunmurdu. “Köçəri özgələr” çöl qanunları və ənənələri əsasında idarə edilir, onların etiqad azadlığı saxlanılırdı. Bütün bunlarla yanaşı, Nizamnamə “özgələrin” yuxarı dairələrini müdafiə edirdi: «Özgələr öz qəbilə rəisləri və hörmətli adamları tərəfindən idarə edilir ki, Çöl Dumasının tərkibi də bunlardan müəyyənləşdirilirdi. Beləliklə, Nizamnamə yerli əhalinin hakim təbəqəsi ilə öz əlaqəsini rəsmi olaraq qanuniləşdirirdisə, onlara tam inanmadığı üçün bunların üzərində ciddi nəzarət qoymuşdu. Bu cəhətdən zemstvo polisi xüsusilə seçilirdi, onun üzərinə “özgə idarələrə və qəbilə idarələrinə nəzarət etmək” vəzifəsi qoyulmuşdu. 1822-ci il Nizamnaməsinin işlənib hazırlanması ilə eyni vaxtda Sibirxalqlarının etiqadları və adətləri barəsində məlumatların toplanılması da aparılırdı. Alınmış məlumatlar imperator dəftərxanasının ikinci şöbəsinə daxil olurdu və nəzərdə tutulurdu ki, bu materiallar əsasında Sibir «özgələri» nin yerli qanun və adətlərinin külliyyatı tərtib edilsin. Bu iş Sibir komitəsi işlərinin rəhbəri A.P. Veliçkoya tapşırılmışdı.

40-cı illərin əvvəllərinədək ikinci şöbə kodeks layihəsini hazırladı və 1841-ci ildə elan edildi. Kodeks “Şərqi Sibirin köçəri özgələrinin çöl qanunları külliyyatı” adını daşıyırdı. 802 maddə, 6 bölmədən ibarət Kodeksin 11 maddəsi xüsusilə yakutlara aid idi. 1822-ci il Nazamnaməsini həyata keçirmək üçün İrkutsk qubernatoru 1823-cü ildə Yakut vilayət rəisindən tələb etdi ki, oturaq və sərgərdan “özgələr” və “idarəetmənin xüsusiyyətləri” barəsində məlumatlar versin. 1825-ci il oktyabrın 20-də İrkutsk quberniya idarəsi 1822-ci il Nizamnaməsinin Yakutiyada tətbiq edilməsinə dair qanunu təsdiq etdi.

Qanuna əsasən Yakutiyada ali “Çöl idarəsi” orqanı kimi Çöl Duması tətbiq edildi. 1827-ci il yanvarın 27-də Çöl Duması və özgə idarələrinin yaradılması elan edildi. Fevral ayında baş qəbilə rəisi və müvəqqəti iclasçıların seçilməsi başlandı. Çöl Duması 1827-ci il martın 11-də açıldı. Çöl Duması üzvləri seçkisində yalnız toyonlar iştirak edirdi. İlk Yakut Çöl Dumasının tərkibi bütövlükdə qədim toyon qəbilələrinin nümayəndələrindən ibarət idi. 1838-ci ildə bağlanan bu dumanın fəaliyyəti toyonların, eləcə də hökumətin “Step idarəsinə” münasibətini aydınlaşdırmağa kömək edir. Yakut Çöl Dumasından özünün maliyyə siyasətini həyata keçirmək üçün istifadə etməyə çalışan hökumət Şərqi Sibir general-qubernatoru Lavinski və Yakut vilayət rəisi Myaçki qarşısında yakutlar arasında torpaqların bərabər bölüşdürülməsini həyata keçirmək vəzifəsini qoymuşdu. Çünki torpağın toyonların əlində cəmləşməsi dövlətin maraqlarına uyğun gəlmirdi və maddi ziyan vururdu. Torpağın yakutlar arasında bölüşdürülməsini tələb edən hökumət 1827- ci ildə bütün yakut əhalisinin yenidən müxtəlif dərəcələr üzrə qeydə alınmasına göstəriş verdi. İlk iki dərəcəyə samur xəzi və tülkü dərisi vergisi ödəyənlər, 3-cü dərəcəyə bütün usta və müəssisə sahibləri, 4-cü dərəcəyə fəhləlik edənlər, 5-ci dərəcəyə yoxsular, zəiflər və əlillər daxil olurdu. Birinci iki dərəcə yasak və vergiləri ödəyir, bütün mükəlləfiyyətlərdə iştirak edir, 3-cü və 4-cü dərəcəyə daxil olanlar yasak vermir, digər vergilərin ödənilməsində və mükəlləfiyyətlərin daşınmasında iştrak edirdi, 5-ci dərəcə mükəlləfiyyət daşımır və vergi ödəmirdi.

Yakut Çöl Duması öz fəaliyyətində toyonların mənafeyini əsas tuturdu. Çar hökuməti onun işindən narazı idi. Onun bağlanması üçün formal əsas da var idi. Baş və qəbilə rəislərinin seçilməsi yakut toyonları içərisində düşmənçilik yaratmışdı. Çöl Dumasının əhalisi çox olan şəhərdə təsis edilməsi qanuni deyildi.

Yakut Çöl Dumasının ləğvi yakut uluslarında toyonların hakimiyyətini sarsıtmasa da, toyonların siyasi nüfuzuna güclü zərbə vurdu. Toyonlar özlərinin təşkilat mərkəzini, yaxın vaxtlarda rus zədaganları ilə hüquqlarını bərabərləşdirmək ümidlərini itirdilər. Lakin toyonların iqtisadi üstünlüyü və hüquq toxunulmazlığı qalırdı.




Yüklə 43,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin