Sərbəst işlər İxtisas: 050107 İbtidai sinif müəllimliyi Qrup



Yüklə 90,36 Kb.
səhifə1/5
tarix25.12.2023
ölçüsü90,36 Kb.
#196075
  1   2   3   4   5
pedaqoji ustalıq 3


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti




Filalogiya Fakültəsi
Psixologiya və pedaqogika
Pedaqogika fənnindən
Sərbəst işlər
İxtisas:050107 İbtidai sinif müəllimliyi
Qrup:951
Kurs:2
Tələbə: İsmayıllı Elnarə
Fənn müəllimi: T.Misirli
Kafedra müdiri: A.Məmmədova


1.Pedaqoji elmin mənbələri
Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır. Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları anlayışlarını şərh edək.
Pedaqoji elmin mənbələri aşağıdakılardır:
Dövlət sənədləri.
Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Azərbaycan Respublikası Konstitusiyası (Əsas Qanunu), təhsil sahəsində dövlət qanunvericiliyinin əsasları,təhsillə əlaqədar qəbul olunan qanunlar, sərəncamlar və digər rəsmi sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq edən şəxslər, təhsil işçiləri əsaslı bir mənbə kimi öyrənməlidirlər.
Pedaqoji sənədlər.
Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər tədqiqatçıya zəngin məlumat verir. Bura əsasən məktəb sənədləri daxil olurmetod şuraların, metod birləşmələrin iclas protokolları, monitorinqlərin nəticələri,şagirdləri qiymətləndirmə cədvəlləri, dərs cədvəli, dərnəklərin, fakültətivlərin plan və proqramları, müəllimlərin icmalları, şagirdlərin yoxlama yazı işləri, keçirilən tədbirlərin qeydiyyat kitabları, çıxış mətnləri, fotolar, ssenarilər və s. daxildir.Arxiv sənədləri məktəblərimizin, tədris müəssisələrimzin, pedaqoji mətbuat tariximizin, qədim yazı, oxu mədəniyyətinin, keçmiş əsrlərə, illərə dair pedaqoji əsərlərin, fakt və hadisələrin öyrənilməsində, habelə klassiklərin həyat və fəaliyyətinin, pedaqoji fikirlərinin aaraşdırılmasında arxiv sənədləri əvəzəedilməz əsaslı mənbələrdir.
Klassik pedaqoqların təlim,tərbiyə, təhsil haqqında fikirləri pedaqoji elmin inkişafında mühüm rol oynadığı kimi, təlim-tərbiyə işlərinin düzgün təşkiində, pedaqoji prosesin təkmilləşdirilıməsində mühüm pedaqoji mənbələrdir.Müasir pedaqoqların pedaqoji yaradıcılığı onların tədqiqat əsərləri və pedaqogika dərslikləri pedaqoji elmin tadqiqatçıları,müəlimlər, təhsil alan pedaqoji təmayüllü tələbələr, magistr və doktorantlar üçün dəyərli mənbələrdir. “Pedaqogika” dərslikləri xüsusilə müəllim və tələbələr, tədqiqatçılar üçün daim əsaslı mənbə olmuş və bu gün də bu dərslikdən səmərəli istifadə olunmaqdadır.
Pedaqoji mövzuda yazılar. Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübəsini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən kitablar, məqalələr, tezislər,dəyərli pedaqoji mənbələrdir.

Yüklə 90,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin