Sərbəst işlər İxtisas: 050107 İbtidai sinif müəllimliyi Qrup


Cəmiyyətdə müəllimlik peşəsi



Yüklə 90,36 Kb.
səhifə4/5
tarix25.12.2023
ölçüsü90,36 Kb.
#196075
1   2   3   4   5
pedaqoji ustalıq 3

3.Cəmiyyətdə müəllimlik peşəsi
Bu gün müstəqil Azərbaycanda təhsilin yenidən əsaslı şəkildə qurulması, təhsildə keçirilən islahatların qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin elmi-pedaqoji, metodiki, psixoloji hazırlığından, onun peşəsinə fəal və yaradıcı münasibətindən, pedaqoji ustalığından, səriştəliliyi və peşəkarlığından çox asılıdır.Cəmiyyətin inkişafı, insanların rifah halının yüksəlişi, təhsili, tərbiyəsi, mədəni davranışı, müdrik fəaliyyəti, xoş rəftarı bir çox cəhətdən müəllimin pedaqoji fəaliyyətindən, onun fədakar əməyindən asılıdır. Müəllimlik cəmiyyətin ən şərəfli peşəsidir. İnsanlar müəllimlərin vasitəsilə elm, bilik qazanır, şüuru formalaşır, sosiallaşır, tərbiyə olunur, inkişaf edir, dünyanı dərk edir, ətrafda baş verənləri düzgün qiymətləndirə bilirlər.Müəllim ərəb mənşəli sözdür – “elm öyrədən”, “təlim edən” mənalarını ifadə edən علم)elm) kökündən törəmişdir.Мüəllim cəmiyyətimizdə gеdən tərəqqinin, yеni dövlət quruculuğunun önündə addımlayan və yеtişən nəsli ən yеni biliкlərlə silаhlаndırаn, tərbiyələndirən, inkişaf etdirən fəаl bir ziyаlıdır. Мüəllim əməyi оnа görə şərəfli və dəyərlidiir ki, о insаnın özünü yeniləşdirir, şüurunu fоrmаlаşdırır, böyük həyata hazırlayır.Həyаtdа fəhlə və yа аlim, mühəndis yа sürücü pеşəsindən аsılı оlmаyаrаq hаmı müəllimin əlindən кеçir və оnlаr özlərinin ilк müəlli-mini unutmur, həmişə onları minnətdаrlıqla хаtırlаyırlar.Cəmiyyəti bir binaya bənzətsək, müəllim bu binanaın ən böyük ustası və qurucusu olar. Bu binaya qoyulan daşlar ilk öncə müəllimin əlindən keçər və divara qoyulmadan son şəklini onun əlindən alar. Sağlam, möhkəm bina qurmaq istəyiriksə, yaxşı ustalara sahib olmalıyıq. Cəmiyyətdə yaxşı nəslə sahib olmaq istəyiriksə yaxşı müəllim yetişdirməliyik. Elə müəllim ki, o hər şeydən əvvəl, yüksək mənəviyyata, nəcib əxlaqi keyfiyyətlərə sahibdir, vətənini, millətini dərin məhəbbətlə sevir, öz biliyini xalqının yüksəlişinə, ölkəsinin qüdrətlənməsinə sərf edir.Cəmiyyətimizdə yetişən nəsil əsasən müəllimlər vasitəsilə tərbiyə və təlim alır, hərtərəfli inkişaf edir, təhsil alıb elmlərlə silahlanır, geniş dünyagörüşə malik olur, əxlaqi keyfiyyətləri özündə cəmləşdirir və ləyaqətli ölkə qurucusu kimi ictimai həyata hazırlanır. Onlar cəmiyyətdə xüsusi peşə, ixtisas, təcrübə və qabiliyyət sahibi olub həyata vəsiqə, alır müəyyən ictimai vəzifə daşıyaraq xalqa xidmət edirlər.Pedaqoji peşə yarandığı vaxtdan müəllimin əsas vəzifəsi bilik vermək, tərbiyə etmək, inkişaf etdirmək və cəmiyyətə layiqli vətəndaşlar yetişdirmək olmuşdur.Müəllim keçmişlə gələcək arasında canlı bir bağ, əlaqələlər yaradır. Müəllim keçmişdən öyrənir, bu günü dəyərləndirir, gələcəyi görərək onları birbirilə əlaqələndirərərək gənc nəslə dövrün ən zəruri, müasir biliklərini öyrədir, bu günün problemləri ilə tanış edir, gələcəyə hazırlayır.Müəllim əməyinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, şair əməyinin nəticəsini yaratdığı əsərlərində, rəssam gözəl tablolarında, memar ucaltdığı yaraşıqlı, gözəl binalarda, həkim sağaldıb həyata qaytardığı insanlarda, mühəndis yaratdığı müxtəlif maşınlarda, fəhlə hazırladığı alətlərdə, kəndli becərdiyi taxıl zəmilərində görürsə, müəllim də o peşə sahiblərinin özünü yetişduirmiş, onların əməyinin yetişdirdiyi məhsulların keyfiyyəti də müəllim əməyi ilə ölçülür. Bu cəhətdən müəllim bütün peşələrin anasıdır. O öz peşəsi, əməyi ilə şərəf duyur, iftixar və qürur hissləri keçirir.Həyatda aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, insanın yaxşı mütəxəssis, vətənpərvər vətəndaş xeyirxah bir insan kimi yetişməsində əvəzsiz xidmətləri olan müəllimdir. Müəllim ilk növbədə milli-mənəvi, ümumbəşəri dəyərləri qoruyan, elmi, biliyi yayan, hər yerdə maarifçilik fəaliyyəti göstərən, geniş dünya görüşünə malik olan, elmi-nəzəri biliyə, praktik bacarığa yiyələnən məntiqi və yaradıcı təfəkkürlü, müstəqil düşüncəli, rəqabətqabiliyyətli, hörmətli şəxs, dəyərli mütəxəssisdir.Müəllim gələcək ailə başçısı, Vətən üçün müdafıəçi, cəmiyyət üçün layiqli vətəndaşlar yetişdirir. Müəllimin yeri, “rütbəsi” hər yerdə ən yüksək yerdədir. Nizami Gəncəvinin dediyi kimi: “Hər uca rütbədən biliniz fəqət/Alimin rütbəsi ucadır əlbət”.
Türkiyə cümhuriyyətinin qurucusu, dahi şəxsiyyət Mustafa Kamal Atatürk müəllimlərə müraciətlə deyirdi: “Müəllimlər! Yeni nəsli siz – cümhuriyyətin qabaqcıl müəllimlər ordusu yaradacaqdır, bu sizin əsəriniz olacaqdır.Müəllimdən, maarifçidən məhrum olan bir millət hələ millət adını daşımağa layiq deyildir, ona adi kütlə deyilir. Bir kütlə millət ola bilmək üçün yalnız və yalnız müəllimlərə möhtacdır”.Cəmiyyətin firavan, xoşbəxt yaşayışını və sürətli inkişafını təmin etmək üçün müəllimlərin yüksək dərəcədə hazırlıqlı, geniş elmi məlumatlı, bilikli, mənəvi cəhətdən sağlam, saf, nəcib əxlaqlı, yüksək mədəniyyətli, humanist bir insan olması zəruridir.Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş, onu dəyərləndirmiş və müəllimliyi cəmiyyətin ən şərəfli, müqəddəs peşəsi hesab etmişlər.Dahi şairimiz Nizami Gəncəvi müəllimi günəşə bənzətmiş və demiş ki, günəş yer üzünə həyat bəxş etdiyi kimi, müəllim də öz yetişdirmələrini həyata hazırlayır. Böyük filosof şair Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama bənzədərək demiş ki, bir şam o biri şamı yandırarsa atəşi azalmaz, bəlkə artar. Məhəmməd Füzuli müəllimi gənc qəlbin memarı, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmış, Firudin bəy Köçərli bəşəriyyətin müəllimsiz keçinə bilmədiyini söyləmiş, Məhəmməd Tağı Sidqi isə müəllimi dadlı meyvələr yetişdirən bağbana bənzətmişdir. Görkəmli şair Hüseyn Cavid özü də bir müəllim olaraq müəllimlik peşəsinə yüksək qiymət verərək müəllimə nəzərən demişdir:
Bəxtiyarsan əgər çəkdiyin əmək
Versə cahan süfrəsinə bir çiçək.
Bu müdrik fikirlər sırasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi müdrik sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Bu qiymətli sözlər şübhəsiz Ulu Öndərin müəllimlik peşəsi ilə sıx bağlı olmasından, bu peşəyə yaxından bələd olmasından, ilk peşə ixtisasının müəllimlik olmasından və ilk vəzifə təyinatının da müəllimlik olmasından irəli gəlməkdədir.Bu cəhətdən Ulu Öndər Heydər Əliyevin nəzəri irsində müəllimlik peşəsinin tutduğu yer, ona verdiyi yüksək dəyər, fəaliyyətinə verdiyi böyük qiymət daim öyrənilməli və nümunə götürülməlidir.Pedaqoji peşə yarandığı vaxtdan müəllimin əsas vəzifəsi bilik vermək, tərbiyə etmək, inkişaf etdirmək və cəmiyyətə layiqli vətəndaşlar yetişdirmək olmuşdur.Müəllimin mənəvi təmizliyi, daxili zənginliyi, yaradıcı fəaliyyəti ilə həmişə diqqət mərkəzindədir. Astronoma teleskop, laboratoriya işçisinə mikroskop lazım olduğu kimi, müəllimə də yaradıcılıq, axtarıcılıq, yenilikçilik düşüncəsi lazımdır. Belə olduqda müəllim elmlə tədris etdiyi fənni bir-birinə birləşdirə bilər.Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında qoyduğu sosial sifarişi həyata keçirə bilməz.Müəllim gənc qəlbin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini-uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini” bir müqqəddəs vəzifəsi kimi pedaqoji fəaliyyət prosesində həyata keçirir, cəmiyyət üçün layiqli, yararlı, milli ruhlu, vətənpərvər vətəndaşlar, layiqli insan formalaşdırır.Müəllimin qarşısında duran vəzifələr haqqında Ulu öndərimiz Heydər Əliyev 1998-ci ildə Azərbaycan Müəllimlərinin Qurultayında müraciətində demişdir: “Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbayca-nımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”. Bu müdrik sözlərdə müəllimin qarşısında duran vəzifələr aydın ifadə olunmuşdur.

4.Pedaqoji prosesin qanunauyğunluqları


Pedaqoji prosesin əsasında duran qanunauyğunluqlar nə qədər çox aşkara çıxarılırsa və əməli işdə nəzərə alınırsa, təlim-tərbiyənin səmərəsi bir o qədər artır, subyektivlik halları bir o qədər azalır. Bu həqiqəti hər kəs gündəlik pedaqoji təcrübəsində aydın şəkildə hiss edir. Pedaqoji elmin yetkinlik dərəcəsi həm də onun müəyyənləşdirdiyi qanunauyğunluqlarla ölçülür.Təlim, tərbiyə, təhsil və inkişaf obyektiv prosesdir. Onlara xas olan qanunauyğunluqlar da obyektivdir. Pedaqogika elmi obyektiv proses olan təlim, tərbiyə, təhsil və inkişafın qanunauyğunluqlarını öyrənir, üzə çıxarır, ifadə edir. Qanunauyğunluq anlayışı pedaqoji hadisələr arasındakı obyektiv səbəb-nəticə əlaqələrinin mahiyyətini geniş və dəqiq ifadə edir.Pedaqoji ədəbiyyatda pedaqoji prosesin qanunauyğunluğu anlayışını “pedaqogikanın qanunauyğunluğu” və ya “metodikanın qanunauyğunluğu” anlayışları ilə eyniləşdirmək hallarına da rast gəlmək olur. Halbuki, pedaqoji prosesin qanunauyğunluqları, yəni təlim, tərbiyə, təhsil və inkişaf qanunauyğunluqlarını bir elm kimi pedaqogikanın qanunauyğunluqları ilə eyniləşdirmək olmaz. Çünki birincilər obyektiv prosesə, ikincilər isə bu proses haqqındakı elmə aiddir. Pedaqogikanın və ya metodikanın bir elm kimi öz inkişaf qanunauyğunluqları vardır və onlar heç də həmişə pedaqoji prosesin qanunauyğunluqları ilə üst-üstə düşmür.
Pedaqoji prosesin ümumi qanunauyğunluqları vardır ki, onlar aşağıdakılardır:
Pedaqoji prosesin dinamikasının prosesdə baş verən dəyişikliklərin kəmiyyətindən asılılığı. Müəlliflər bu asılılıqla bağlı şərh verirlər ki, pedaqoji prosesdə bütün sonrakı dəyişikliklərin kəmiyyəti əvvəlki dəyişikliklərin kəmiyyətindən asılıdır. Bu o deməkdir ki, pedaqoji proses müəllimlərlə şagirdlər arasında inkişaf edən qarşılıqlı təsir kimi tədrici, “pilləli” xarakter daşıyır, pillələr arasında qazanılan nailiyyətlər nə qədər yüksək olarsa, son nəticə bir o qədər yüksək olar
Pedaqoji prosesdə şəxsiyyətin inkişafının ona təsir edən amillərdən asılılığı. Şəxsiyyətin inkişaf sürəti və çatdığı inkişaf səviyyəsi
1) irsiyyətdən,
2) təhsil-tərbiyə və təlim mühitindən,
3) təlim, təhsil-tərbiyə fəaliyyətinə cəlb edilməsindən,
4) tətbiq edilən pedaqoji təsir vasitələri və metodlarından asılıdır.
Pedaqoji təsirin səmərəliliyinin təlim, təhsil-tərbiyə prosesinin idarə olunmasından asılılığı. Pedaqoji təsirin səmərəliliyi
1) şagirdlərlə müəllimlər arasında əks əlaqənin intensivliyindən,
2) şagirdlərə göstərilən təsirlərin kəmiyyətindən, xarakterindən, idarəçiliyindən asılıdır.
 Pedaqoji prosesin məhsuldarlığının stimullaşdırma vasitələrindən asılılığı. Pedaqoji prosesin məhsuldarlığı
1) təlim-tərbiyə fəaliyyətinə daxili stimulların (motivlərin) təsirindən,
2) xarici stimulların (ictimai, pedaqoji, əxlaqi, maddi və b.) intensivliyindən, xarakterindən və vaxtında tətbiqindən asılıdır.
 Pedaqoji prosesin səmərəliliyinin hissi idrakın, məntiqi idrakın və praktikanın vəhdətindən asılılığı. Təlim, təhsil-tərbiyə prosesinin səmərəliliyi
1) hissi qavramanın intensivliyindən və keyfiyyətindən,
2) qavranılan materialın məntiqi dərk olunmuş materialın praktikada tətbiqindən asılıdır.
 Pedaqoji prosesin səmərəliliyinin xarici (pedaqoji) və daxili (idraki) fəaliyyətin vəhdətindən asılılığı. Pedaqoji prosesin səmərəliliyi
1) pedaqoji fəaliyyətin keyfiyyətindən,
2) şagirdlərin şəxsi təlim, təhsil-tərbiyə fəaliyyətinin keyfiyyətindən asılıdır.
 Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbatlarından asılılığı.
Təlim-tərbiyə prosesinin gedişi və nəticələri
1) cəmiyyətin tələbatından,
2) cəmiyyətin imkanlarından (maddi-texniki, iqtisadi və b.),
3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psixoloji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.
Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən qanunauyğunluqlarla bitmir.
Tədqiqatçılar yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını davam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauyğunluqları nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.

Yüklə 90,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin