Yaponiyada sintoizm cərəyanı və yazı mədəniyyəti
Yapon ənənəvi incəsənəti özünəməxsus mahiyyət kəsb edir. Onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Bu fərqin izahına ehtiyac var. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.
Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar tərəkəmə halında yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır.
Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar Gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir.
İlahi başlanğıc kimi təbiətə hörmət və etiqad qədim yaponların milli dini olan sintonu – «allahların yolu»nu yaratdı. Sintoist inamlar şaman ayinlərinə çox yaxındır: burada göy cisimlərinin hərəkətini idarə edən mələklərə sitayiş başlıca yer tuturdu. Bu sitayiş təbiət hadisələrində, dağ, dəniz, çay, çəmənlik, ağac və daşlarda da təzahür tapırdı. Qədimlərdə hər bir tayfa və qəbilənin fərdi himayəçi allahları vardı. Sintoist təsəvvürlərinə görə yapon imperatorlarının nəsli nəhəng günəş ilahəsi Amaterasu –no Oomikamidən irəli gəlir. Bu allahın nəticəsi Yamato ölkəsini idarə etməyə göndərilən ilk əfsanəvi imperator Dzimmu Tennadır. Ona sehrli simvollar əxz edilmişdir. Bunlar aşağıdakılardır: İlahə Amaterasuya xas olan sehrli güzgü; Susanoo-no mikoto allahı tərəfindən kəsilmiş qılınc, yaşma qaşlarından ibarət olan boyunbağı (maqatama).
Sintoist allahlarının şərəfinə çoxsaylı ehram və məbədlər tikilirdi. Adətən bu tikililər meşə və dağ başında inşa edilirdi. Hər bir tikili, məbəd kiçik su hövuzu olan bağla əhatələnirdi. Burada dualardan əvvəl xüsusi təmizlik işlərini həyata keçirmək üçün bulaçlar da tikilirdi. Məbədləri müqəddəs darvaza – torilər əhatə edirdi. Sintoist memarlığının gözəl nümunəsi kimi ilahə Amaterasunun şərəfinə İsedəki kömpleksi göstərmək olar. Yaponiyanın əfsanəvi tarixi, allah və ilahi qəhrəmanların şücaəti yapon incəsənətinin əsas süjetini təşkil edirdi.
Konfutsiçilik də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur. Bu din altında adətən qədim Çin dini– fəlsəfi doktrinası başa düşülür ki, bu da estetik prinsiplərin formalaşmasına şərait yaradır. Konfutsi qanunlarına görə kainatı idarə edən başlıca prinsip ahəngdarlıq və nizamın mənbəyi olan Aydır. Ayın Yer üzərindəki fövqəladə nümayəndəsi imperatordur. Onun fəaliyytindən bütün dövlətçilik asılıdır. Ona görə imperator Aydan göndərilən qanun və ritualların, əxlaqi prinsiplərin nəzarətinə diqqətli olmalı, bütün bu müqəddəs məqamlara hörmətlə yanaşmalıdır. Çünki bütün bunlardan ailə və dövlətin çiçəklənməsi bilavasitə asılıdır. Əgər insan cəmiyyət və Ay-Səma qarşısındakı öhdəliklərini yerinə yetirmirsə, nəzərdə tutulan məqamlara diqqətli deyilsə, o, Səma hakiminin cəzasına məruz qalır. Yaxud əksinə, bütünlükdə ölkə və dövlətə cəza göndərilir. Ona görə də, cəmiyyətin hər bir üzvü öz borcunun ödənilməsinə, öz yerini bilməsinə diqqətli olmalıdır. Konfuitsiçiliyə görə ideal insan xeyirxah və maarifçi insan, alim – məmurdur ki, o da öz imperatoruna sadiq olub, hökumət və dövlətin maraqlarını qoruyur. İncəsənətdə, xüsusilə, rəngkarlıqda Konfutsi prinsipləri ideallaşdırılmış təbiət peyzajlarında təzahür tapır. Bunlar səma harmoniyasına cavab olaraq tamaşaçıya kamilliyə cəhd ruhu təlqin edir. Yaponiyada filosoflar tərəfindən yaradılmış və bu cür ideallaşdırılmış peyzaj kanqa, yəni «yapon ruhlu rəngkarlıq» adlanır.
Sintoist konfutsi və budda ideallarını özündə ehtiva edən ənənəvi yapon estetikası bu xalqın incəsənətinin dərk edilməsində xüsusi prinsiplər işləyib hazırlamışdır. Bunlardan ən vacibləri furyuu, monono avare, babi-sabi və yuqendir. Furyuu yüksək zövq, savad və əqlin zəkasını bildirir. Bu söz fen-lyü sözündən götürülərək «yaxşı təhsil və əda» deməkdir. Yaponiyada bu anlayış estetik məna kəsb edərək incəsənət əsərinin yüksək bədiiliyindən və onun yaradıcısının səviyyəsindən xəbər verir.
Mono-no avare «şeylərin ecazkarlığı» olub, — Heyan dövrünün mədəniləşdirilmiş estetik idealıdır. Onun əsasında həm təbiət, həm də insani gərəkliyinin hiss və həyacanları durur. Bu gözəllik poetik kədərlə vəhdət təşkil edir. Avare prinsipi insan qəlbinin ən incə, zərif hissiyatını əks etdirir.
«Vabi» — dünya qayğılarından azad, sakit həyatın estetik və əxlaqi prinsipidir. Onun təşəkkülü orta əsr zahidlik ənənələrindən irəli gəlirdi; o sadə, təmiz gözəlliyi, ruhun vəsfini təşkil edir. Bu prinsip əsasında çay mərasimi dururdu ki, bu da vaka, renqa, xayku adlanırdı. Vabi sözü «qəmli olmaq» felindən götürülmüşdü. Sabi anlayışı bu anlayışa sinonim kimi götürülür və yapon estetikasının mühüm prinsipi kimi təzahür olunurdu. «Sabi» qocalıqla assosiasiya edilərək barışıq və sakitliyi tərənnüm edir. Bu ruh Muka Kyöraini şerində öz təzahürünü tapır:
Dostları ilə paylaş: |