Yazı mədəniyyəti



Yüklə 20,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü20,5 Kb.
#39956
növüYazı
1   2
5 Yaponiyada sintoizm cərəyanı və yazı mədəniyyəti

İki ağsaqqal qoca Bir-birinə söykənərək Albalı çiçəyindən həzz alır.
Bu şer parçasında bir-birinə təzadlı olan iki obyekt – ağsaçlı qocalar və albalı çiçəyi insanda gözəlliyin ecazkarlığını nümayiş etdirir.

Yuqen «tənhalıq gözəlliyi»ni ifadə edərək XII-XV əsrdən yapon incəsəntinin inkişaf tapmış estetik idealıdır. Bu anlayış buddizmdə gizli həqiqəti, insan əqlinin dərk etməkdə aciz olduğu məhrəm həqiqəti ifadə edir. Yapon rəssamları bütün bu prinsipləri həyata keçirərək insanları həyəcanlandıran sənət əsərləri yaratmışlar. Bu əsərlərdən bir çoxu sirli mahiyyət kəsb edərək insanlara estetik və psixoloji təsir göstərmişdir. 

Ənənəvi yapon incəsənətinin inkişafında buddizm mühüm yer tuturdu. Buddizmin müxtəlif təriqətləri rəngarəng formalarla Koreya və Çindən Yaponiyaya V əsrdən başlayaraq nüfuz etmişdir. Budda fəlsəfəsinin əsasını real həyat (sansara) haqqındakı təsəvvürlər təşkil edirdi. Sansara hadisə vəşeylərin mahiyyətini dərk etmədən, aydın olmayan şüurda insani yanılma və illüziyaların məhsuludur. Budda fəlsəfəsi onu da təsdiq edir ki, insan hər cür əziyyət və əzablardan, «sansara»dan düzgün istiqamətləndirilmiş fəaliyyətlə azad ola bilər. Buddizmin müxtəlif istiqamətləri azadolmaya, həqiqətə çatmağa müxtəlif vasitələrlə nail olmanın yollarını göstərir: budda yazılarının mütaliəsi, dərviş həyatına çatma; bir sıra qanunlara riayət etmə; müqəddəs yerlərə ziyarət (monastır, məbəd); buddalara dualarla xitab; mistik, psixi təcrübə və s. ilə.

Erkən Yaponiyanın imperator saraylarında budda rahibləri özlərini təbiət qüvvələrini idarəetməyəvəbaşverən təbii hadisələrə təsir göstərməyə qadir olduqlarını və insanları şeytanlardan azad etmək qüvvəsinə malik olduğunu göstərməyə çalışırdılar. Buddizmin xarakterik cəhətlərindən biri məhz onun yerli dini ənənələrə uyğunlaşmaq bacarığıdır. V əsrdən başlayaraq Yaponiyada müxtəlif təriqətlərə aid olan budda məbədləri tikilməyə başladı. Bu məbədlər özlüyündə, həm də memarlıq əsərləri, incəsənət abidələri kimi mədəniyyət tarixində görkəmli hadisə idi. Memarlıqla yanaşı, onunla birgə bağ-parkçılıq sənəti, heykəltəraşlıq, rəngkarlıq, kalliqrafiya, dekorativ-tətbiqi sənət də inkişaf edirdi. Ehram və monastırlar insanları yüksək ruhani hisslər əsasında düşüncə və yaradıcılığa cəlb edən məkan idi. Müəyyən psixoloji əhval-ruhiyyənin yaradılması budda incəsənətinin formalaşması üçün əlverişli mühit idi. Məbəd və ya monastırın yerləşəcəyi məkanın özünün bir sıra fərqli cəhətləri var idi: əvvəla, məkan «xeyirli» qüvvələrin hökm sürdüyü yer olmalı; ikincisi, şəhəri (və ya imperator iqamətgahını) şərdən vəşeytanlardan qorulmalı idi. Bağla əhatələnmiş məbəd ansamblı yazda ağ-çəhrayı sakura, yayda bəzəkli çiçəklər, payızda al-qırmızı rəngli güllərəqərq olur, qışda isə, hər şey sanki ağrəngəbərq vuran səma ölkəsinəbənzəyirdi. Məbəd kompleksinin tərkibinə paqodalar (too), zəng (syoroo), ibadət üçün zal (ko odoo), kitabxana (əlyazmaları xəzinəsi — kyodzoo), qurbankəsmə üçün zal (xokkedo), rəhiblərin yaşayış yeri (sooboo) daxil idi. Paqoda məbəd ərazisindəki ən yüksək və uca tikilidir. O bəzən rayon və ya şəhərdə dominant yer kimi əhəmiyyət kəsb edirdi.

Məbədlərin əsas hissələri (kondo və ya Hondo) divar rəngkarlığı ilə özünəməxsus idi. Buraya yapışqanlı və laklı boyalar aiddir. Divar boyu heykəltəraşlıq fiqurlarını buddanın və allahların obrazları təşkil edirdi ki, bu da binanın ikonoqrafik detallarıdır. Budda heykəltəraşlığına ağac, taxta, gümüş, gil, lak sənəti aid idi, o da bütövlükdə budda ritualının tərkib hissəsini təşkil edirdi. Məbədin interyeri həm də nəhəng fiqurlarla bəzədilirdi, bunların bir çoxu qurbankəsmə məqamını, döyüş mənzərələrini əks etdirirdi.

VI-VII əsrlərdə ilk dəfə yapon heykəltəraşları plastik obrazlar yaratmaqla Çin, Koreya, Hind qanunlarına ciddi riayət edirdilər. VIII əsrə doğru yapon üslubu özünü budda qanunlarında taparaq XI əsrdə daha da inkişaf etdi. Bu üslub heykəltəraş Dzyötönün (1057-ci ildə vəfat edib) adı ilə bağlıdır. Onun ardınca «En məktəbi» (Emna) «İn məktəbi » (İmna) rəqabətə başladı. Budda rəngkarlığında onun panteonuna aid olan obrazlar və buddanın sehrli qüvvələrinin, mandalların təsviri başlıca yer tuturdu. Budda incəsənəti obyektlərinə kalliqrafik yazılar, budda əlyazmaları, kalliqrafik mətnlər də daxildir.

Budda sənətinin gözəl kolleksiyaları ilə zəngin olan memarlıq əsərlərinə VI-XIV əsrlərə aid olan Xoordyüzini (Nara şəhəri VII əsr) göstərmək olar. Koofukudzi (669-cu ildə əsası qoyulub) Nara şəhərində bu günədək yaşayan incəsənət abidəsidir. Bundan başqa, Toödaydzi (Nara şəhəri, VIII əsr); Kooryüdzi (Kioto şəhəri VII əsr); Dzinqodzi (Kioto, IX əsr); Kiyemidzudera (Kioto şəhəri, VIII əsr; Enryakudzi (Kioto şəhəri yaxınlığında 823-cü il); Byoadoin (Udzi şəhəri XI əsr); Sandzyüsangendo (Kioto şəhəri, 1164) və s-ni də göstərmək olar. Təxminən XIV əsrə yaxın ənənəvi budda incəsənəti, xüsusilə, rəngkarlıq və heykəltəraşlıq kübar sənətin inkişafına təkan oldu. Portret heykəltəraşlıq və rəngkarlığında irəliləyişəldə edildi. Artıq XIV əsrdən sonra budda plastikası tənəzzülə uğradı.
Ənənəvi yapon rəngkarlığına rəngarəng üslub, forma və texnika xasdır. Rəngkarlıq nümunələri müxtəlif formalarda – yelpiklər, şirma, divar və s.-də təzahür tapır. Bunların hamısını iki başlıca istiqamət əhatə edirdi: kontinental (Çin və Koreyadan daxil olan) və xalis, təmiz yapon rəngkarlığı. Təxminən X əsrə qədər yapon rəngkarlığında Çin istiqaməti olan kara-e (budda məzmunlu) şərtsiz üstünlük təşkil edirdi. X əsrdən sonra yapon üslubu yamato-e təşəkkül tapmağa başlayır. Bu üslub özünü qatlanan şirma, hərəkət edən ekranlarda təzahür etdirirdi. Bir qədər sonralar emakimono üslubu inkişaf etməyə başlayır.

Yapon incəsənətinin əsas prinsiplərini özündə cəm edən və kökü çox qədim ənənələrə, sintoizm, konfutsi və buddizmə gedib çıxan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Lap qədimlərdən təbiətə sitayiş, etiqad, səcdə yaponların ona ilahi varlıq kimi yanaşmasını təmin etdi. Yaponlar uca dağlara, təsvirli qayalara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalələrə etiqad edirdilər. Qədim yaponların təsəvvürlərinə görə landşaftın ən gözəl tərəfləri allahların yaşayış yerləri – kamilərdir. İlk süni yapon bağlarının yaradılması VI-VII əsrə aiddir; onlar sahilboyu miniatür vəhdət rolunu kəsb edirdi. Nara dövründə çin üslubunda olan bağlar daha məşhur idi. Xeyan zamanına isə, saray ətrafında göllərin salınması, şəlalələrin axıdılması daha üstünlük təşkil etdi. Göl və başlıca tikililər arasındakı iri həcmli meydançalara ağ qumun səpilməsi hansısa böyük bir təntənənin keçirilməsindən xəbər verir. Mistik buddizmin inkişafı saray bağlarının sinden üslubunda tikintisinə başlıca amil oldu. Bu amidasit istiqamətinə aiddir. Kamakura dövründə isə iri peyzaj bağları (sukiyama) budda məbədləri yanında salınmağa başladı.




Yüklə 20,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin