“Gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi
cəhətdən sağlam olsun”.
“Bu gün hər bir Azərbaycan gənci narkomanlığa
qarşı mübarizəyə hazır olmalıdır”.
“Let the young generation be both physically and
morally healthy”.
“All Azerbaijan youth should be ready to fight
against drug addiction”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
AZƏRBAYCANDA NARKOTİKLƏRLƏ
BAĞLI VƏZİYYƏT HAQQINDA
İLLİK HESABAT
2012
АвропаИттифагывяБМТ-нинИП“CянубиГафгаздаНаркотикляряНязарят”(СCАД)
РеэионалЙардымПрограмынынбазасындатясиседилмиш
“НаркотикляряГаршыТябlиьат”ИcтимаиБирлийитяряфиндянщазырланмышдыр
БАКЫ - 2012
4
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
MÜNDƏRİCAT
Minnətdarlıq .......................................................................................................................5
Xülasə................................................................................................................................6
Məlumat üçün əlaqə ..........................................................................................................6
Təşkilatın fəaliyyəti ...........................................................................................................8
Narkotiklərlə Bağlı Milli Siyasət .......................................................................................10
Qanunvericilik Çərçivəsi ..................................................................................................11
Milli Siyasət və İnstitusional Qurumlar .............................................................................12
Xəbərdarlıq Tədbirləri ......................................................................................................15
Ümumi Profilaktika...........................................................................................................16
Narkotiklərə Alüdə Olmuş Xəstələrin Müalicəsi Və Müalicə Sistemi ...............................18
Hal-hazırda qeydiyyatda olan narkotiklərdən əziyyət çəkən xəstələr ..............................19
Narkotiklərlə Bağlı Cinayətkarlıq .....................................................................................21
Müsadirə olunan narkotiklər ............................................................................................24
Mövcud və gətirilən narkotiklər ........................................................................................24
Narkotik maddələrin ekspertizası ....................................................................................25
Narkotiklərlə bağlı ölüm halları ........................................................................................27
Narkotiklərlə Bağlı Cinayətlərin Profilaktikası ..................................................................27
Narkotiklərlə Mübarizə səhəsinda Beynəlxalq Əməkdaşlıq ............................................28
Beynəlxalq İcmal .............................................................................................................29
Yeni Yanaşmalar və Tövsiyyələr ......................................................................................30
5
MİNNƏTDARLIQ
Məruzənin hazırlanmasında göstərdikləri kömək üçün aşağıdakı dövlət qurumlarına təşəkkür edi-
rik:
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə Üzrə Dövlət Komissiyası
Səhiyyə Nazirliyi və tabeçiliyində olan qurumlar
Daxili İşlər Nazirliyi
Ədliyyə Nazirliyi və tabeçiliyində olan qurumlar
Milli Təhlükəsizlik Nazirliyi
Dövlət Gömrük Komitəsi
Baş Prokurorluq
Gənclər və İdman Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Təhsil Nazirliyi
6
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
X
ÜLASƏ
Azərbaycanda narkotiklərlə bağlı vəziyyətə dair 2012-ci il üçün Milli Məruzə ai diy yəti dövlət və
qeyri -hökumət qurumları tərəfindən təqdim olunan rəsmi statistik məlumatlar əsa sında Nar-
kotiklərə Qarşı Milli Təbliğat Ofisi (İctimai Birlik) tərəfindən hazırlanmışdır. Bu mə ruzə respub-
likada nar kotiklərlə bağlı mövcud vəziyyətin hərtərəfli aspektlərini əks et di rir.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İctimai Birlik) Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının
«Cə nubi Qaf qazda Narkotiklərə Nəzarət» (SCAD) Regional Yardım Proqramının bazasında ya-
ra dıl mış dır.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin əsas məqsədi ölkədə narkotiklərə qarşı mübarizə sa hə-
sin də maarifləndirmə işini həyata keçirməkdən ibarətdir. İctimai Birlik öz məq sə di nə çatmaq üçün
narkotiklərə qarşı mübarizəyə dair beynəlxalq hüquqi sənədləri təb liğ etmək, bu sahədə fəa liyyət
göstərən QHT-lərlə əməkdaşlığı inkişaf etdirmək, infor ma si ya və təcrübə mübadiləsini hə yata
keçirmək, əhali arasında sağlam həyat tərzini təbliğ et mək kimi vəzifələri yerinə yetirir.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi öz vəzifələrini həyata keçirmək üçün müxtəlif kurs lar, dəyirmi
masa və görüşlər, konfranslar, sərgilər təşkil edir, xeyriyyə marafonları və digər mə dəni-kütləvi
tədbirlər keçirir, qanunvericiliyə müvafiq qaydada mətbu nəşr lər təsis edir, həm çi nin Respublikanın
aidiyyatı dövlət, bələdiyyə orqanları və bey nəl xalq təşkilatlarla əməkdaşlıq edir.
Ofis 2010-cu il iyun ayыnыn 30-da dюvlяt qeydiyyatыna alыnmышдыр.
(Qeydiyyat №1110-Q32-2869)
Мялумат цчцн ялагя
Наркотикляря Qarшы Milli Tяbliьat Ofisi (Иctimai Birlik)
Азярбайcан Республикасы, Бакы шящяри
Tel.: (+99412) 493 15 13
Faкс: (+99412) 493 14 68
E-mail: npodc@un.in-baku.com
7
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ
Цмуми мялумат
Йаранма тарихи
28 май 1918-ъи ил
Мцстягиллийин ялдя едилмяси эцнц
18 октйабр 1991-ъи ил
Авропа Тящлцкясизлик вя Ямякдашлыг Тяшкилатына гошулдуьу эцн
30 йанвар 1992-ъи ил
Бирляшмиш Миллятляр Тяшкилатына дахил олдуьу эцн
2 март 1992-ъи ил
Мцстягил Дювлятляр Бирлийиня дахил олдуьу эцн
19 сентйабр 1995-ъи ил
Авропа Шурасына дахил олдуьу эцн
17 йанвар 2001-ъи ил
Дювлят дили
Aзярбайъан
Яразиси, мин кв. км.
86,6 кв. Км
Ящалинин сайы, мин няфяр (01.01.2009-cu ил)
9077.1 mln
Пайтахты – Бакы шящяри – ящалинин сайы, мин няфяр
1 855,3
8
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
T
ƏŞKILATIN FƏALIYYƏTI
Milli Təbliğat Ofisi respublikada narkomaniyanın bütün fəsadlarına, o cümlədən narkomaniya ilə
sıx bağlı olan infeksiyon xəstəliklərə, QİÇS-ə, alkoqoldan asılılığa, cinayətkarlığa qarşı, həmçinin
bütövlükdə sağlam həyat tərzi və sağlam cəmiyyət uğrunda mübarizə sahəsində, habelə əhali
aras
ında, xüsusən də gənclər və yeniyetmələr arasında narkotiklər əleyhinə kütləvi informasiya
vasitələrinin təbliğat imkanlarından tam ölçüdə istifadə edilməsi, problemlə bağlı hesabatların,
buklet, kitabça, plakat, video materialların çap edilib yayılması sahəsində fəalliyyət göstərir.
2012-ci ildən etibarən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi BMT-nin Narkotiklər və Cinayətkarlıqla
Mübarizə İdarəsinin (UNODC) Vətəndaş Cəmiyyəti Şəbəkəsinin və həmçinin Narkotiklər üzrə
QHT-in Vyana Beynəlxalq Mərkəzinin tam hüquqlu üzvüdür.
1983-cü ildə yaradılmış Beynəlxalq Mərkəzin məqsədi dünyada bu sahədə fəaliyyət göstərən
QHT-i BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqələndirmək, eyni zamanda
İdarənin işinə dəstək verərək QHT-in fəaliyyəti ilə bağlı məlumatlandırmaqdan ibarətdir.
Mərkəzə üzvlük seçim əsasında aparılır və cari ilin mart ayının 14-də Avstriyanın paytaxtı Vyana
şəhərində keçirilmiş BMT-nin 56-cı sessiyasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin
Beynəlxalq Mərkəzə tam hüquqlu üzv olması rəsmən elan olunmuşdur.
Sessiyada iştirak etmiş Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri ölkədə bu sahədə
görülən işlər, aparılan uğurlu islahatlarla bağlı geniş təqdimat etməklə, tərəfimizdən təşəbbüs
olaraq qaldırılmış narkotiklərlə bağlı yeni Ümumi Konvensiyanın (General Convension)
işlənib hazırlanmasının vacibliyini bir daha iştirakçı ölkələrin nümayəndələrinin, ekspert və
mütəxəssislərinin diqqətinə çatdırmışdır.
Ümidvariq ki, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının uğurları bundan sonra da davamlı
olacaq, Möhtərəm Prezidentimizin rəhbərliyi altında hökumətimizin apardığı yüksək fəaliyyət
nəticəsində xalqımız və dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman ləyaqətlə təmsil
olunacaqdır.
Ciddi sosial bəla syılan, cəmiyyətin və gələcək nəsillərin faciəsi hesab edilən narkomaniyanın geniş
miqyasda yayılması bütün dünya dövlətləri tərəfindən beynəlxalq səviyyədə birgə fəal mübarizə
aparılmasını və narkomanlığın qarşısını almaq uğrunda mübarizə səylərinin məqsədyönlü
şəkildə birləşdirilərək təxirəsalınmaz əməli tədbirlərin həyata keçirilməsini tələb edir. Beynəlxalq
səviyyədə narahatlıq doğuran narkomaniya problemlərinin fəlakətlə nəticələnməməsi üçün
məsələyə son dərəcə ciddi yanaşmaq lazım gəlir və bu təhlükəli meylin qarşısını almaq üçün
vətəndaş mübarizəsinə ciddi ehtiyac duyulur.
9
Məhz narkomanlıqla mübarizəyə dövlət qayğısı, cəmiyyətin məsələyə münasibəti Azərbaycan
Respublikasını beynəlxalq aləmdə fəal mübarizə aparan dövlət kimi tanıtmışdır.
Milli Təbliğat Ofisi BMT-nin 56-cı sessiyası qarşısında yeni Ümumi Konvensiyanın işlənib
hazırlanmasının təşəbbüsçüsü kimi çıxış etmişdir. Həmçinin bununla əlaqədar Ofis AR Prezidenti
c-b İlham Əliyevə, BMT-nin Baş Katibi c-b Pan Gi Muna və UNODC İcraçı direktoru cəb Yuri Fe-
dotova rəsmi məktubla müraciət etmişdir.
Bizim fikrimizcə, müasir mərhələdə narkotiklərlə mübarizə üzrə əvvəlki Konvensiyalarda olan
və çox vaxt bir-birini təkrarlayan normaları özündə birləşdirən BMT-nin daha əhatəli Ümu-
mi Konvensiyasının qəbulu tələb olunur. Bu, narkotiklərlə mübarizə üzrə beynəlxalq hüquq
normalarının milli qanunvericilikdə öz əksini tapmasını daha da asanlaşdırmış olar. Bu Kon-
vensiyada xüsusən narkotik və psixotrop maddələrlə əlaqədar cinayətkarlıqların iki siyahıyısını
nəzərə almaq məqsədə uyğundur: maksimum və minimum siyahı. Birinci siyahının tərkibini
əvvəlki Konvensiya və beynəlxalq cinayət- hüquq normalarında məlum olan bütün cinayətlər
təşkil edir, ikinci siyahı həmin cinayətkarlıqların daha təhlükəlilərini özündə birləşdirir. Təklif olu-
nan Konvensiyaya qoşulmuş dövlətlərin daxili cinayət məcəllələrinə sonuncu siyahının əlavə
olunması vacibdir.
Həmçinin, cinayət növlərinin milli qanunvericiliklərdə tam və uyğun əks olunması üçün bu Kon-
vensiyada terminologiyanın vahid şəkilə salınması faydalı olardı. Yeni Konvensiya narkotik və
psixotrop vasitələrlə əlaqədar cinayətkarlıq sahəsində beynəlxalq münasibətlərin, həmçinin
eyni şəxs və eyni qrup şəxslər tərəfindən törədilmiş cinayətkarlığın aşkar edilməsi məqsədilə
dövlətlərarası hüquq-mühafizə orqanlarının əməkdaşlığının səmərəliliyini təmin edəcəkdir. Bu,
həmçinin narkotiklərlə bağlı mütəşəkkil cinayətkarlıqla mübarizə metodlarının təkmilləşdirilməsinə
də xidmət edəcəkdir.
Yeni Ümumi Konvensiyaya bu sahədə artıq çoxdan güclü antinarkotik qüvvəyə çevrilən
beynəlxalq qeyri-hökumət təşkilatlarının, ictimai hərəkatların və birliklərin (beynəlxalq asso-
siasiyalar, konqreslər, konfranslar, həkim birlikləri, mütəxəssislər, alimlər, gənclər, valideynlər,
və s.) fəaliyyətlərinin hüquqi parametrləri də əlavə olunmalıdır. Mövcud Konvensiyalarda onların
hüquqi statusu, konvensiyalara qoşulan dövlətlərlə hüquqi münasibətləri öz əksini tapmamışdır.
Bu günə kimi, qeyri-hökumət təşkilatları və ictimai birliklərin narkotiklərlə mübarizə sahəsində
fəaliyyətləri, onların apardıqları elmi-tədqiqatların təminatı, yeni nəslin narkotiklərsiz həyat tərzinə
aşılanması sahəsində gördükləri təlim-tərbiyə işlərinin lazımi beynəlxalq-hüquqi bazası işlənib
hazırlanmamış və hüquqi çərçivədən kənarda qalmışdır. Bütün bu təşkilatların fəaliyyətlərinin
beynəlxalq və dövlətlər arasında dəstəyinin əsasını qoymaq, onları “qanuniləşdirmək” və bunun-
la da daha çox dünya ictimaiyyətinin bu mübarizəyə cəlb olunmasına yeni impuls vermək son
dərəcə vacibdir.
10
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
Ona görə də təklif olunan Konvensiyada üzv dövlətlərin milli qanunvericiliklərində narkotiklərlə
mübarizə və onun qarşısının alınması istiqamətlərində beynəlxalq qeyri hökumət təşkilatalrının,
ictimai təşkilatların iştirakının daha da genişləndirilməsinin hüquqi əsaslarının əks olunması
məqsədə uyğundur.
Yeni Konvensiyada, həmçinin virtual olaraq dünya kompüter şəbəkələrində, elektron kütləvi
informasiya vasitələrində narkotiklərin yayılmasının qarşısı alınması sahəsində ölkələrin
vəzifələrinin nəzərə alınması vacibdir. Müasir dövrdə hər bir yeniyetmə bir neçə dəqiqə ərzində
internet səhifələrində narkotik və psixotrop vasitələrin hazırlanması, onların istifadə yolları,
dünyanın bir çox böyük şəhərlərində onların satış yerləri və qiyməti haqqında məlumat əldə
etmək imkanına malikdir. Keçən əsrin sonlarından başlayaraq bu günə kimi narkotiklər haqqında
virtual məlumatların sürətlə artım tendensiyası müşahidə olunur.
Narkotiklərlə mübarizə sahəsində müasir elmi tədqiqatların, analitik araşdırmaların, qlobal
şəkildə dövlətlərin beynəlxalq və milli qanunvercilikləri sahəsində apardığı işlərə və bəşəriyyətin
əldə etdiyi təcrübəyə əsaslanan Yeni Ümumi Konvensiyanın qəbul edilməsi gələcəkdə bu sahədə
üzləşə biləcək bir çox problemlərin həllinə yardımçı olacaqdır.
Yeni Ümumi Konvensiyanın hazırlanmasında dünya ölkələrinin narkotiklərlə mübarizə sahəsində
apardığı islahatlar nəticəsində əldə olunan bilik və bacarıqları, mütəxəssislərin qanunvericilik
sahəsində irəli sürdüyü təklifləri, həmçinin bu sahədə aparılan qabaqcıl təcrübə və yenilikləri
nəzərə almaq olduqca vacibdir.
NARKOTİKLƏRLƏ BAĞLI MİLLİ SİYASƏT
Müasir cəmiyyətin qarşılaşdığı əsas problemlərdən biri narkomaniyanın yayılması problemidir.
Ölkələri, xalqları təlatümə salan bu problem global və ümumbəşəri xarakter almışdır.
Narkomaniya ilə uğurlu mübarizəni şərtləndirən əsas amillərdən biri hər bir ölkənin qanunvericiliyində
narkomaniyaya qarşı mübarizənin beynəlxalq standartlara uyğun hüquqi əsaslarının mövcudluğu
və bu əsaslar müasir tələblərə cavab verməklə effektli mübarizənin özündə əks etdirilməsidir.
Bu baxımdan, Azərbaycan Respublikası ərazisində narkotiklərlə bağlı mübarizə sahəsində hüqu-
qi mə sələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tə ləb-
lərə uyğunlaşdırılması hökümətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qə bul olu-
nan qanun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iq ti sa di, hüquqi
münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir.
2005-ci ildə narkotiklərin dövriyyəsini, bununla bağlı sosial-hüquqi fəaliyyəti və təza hür ləri
tənzimləyən qanunvericilik bazasına bəzi dəyişikliklər olunmuşdur. Əsas dəyişikliklər 2005-ci ilin 28
11
iyun tarixində «Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Pre kursorlarının Dövriyyəsi
Haqqında» Azərbaycan Respublikasının yeni Qanununun qüvvəyə min məsi və bununla əlaqədar,
18 iyun 1999-cu il tarixində qəbul edilmiş «Narkotik Va si tə lə rin, Psixotrop Maddələrin və Onların
Prekursorlarının Qanunsuz Dövriyyəsi ilə Mübarizə Haq qında» Qanunun qüvvədən düşməsi
olmuşdur. Yeni Qanun əvvəlki Qanunun tək mil ləş di rilməsi və bir sıra maddələrin dəyişdirilib
əlavələr olunması nəticəsində yaranmışdır.
Ümumilikdə, respublikada bu sahədə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Nar kotiklərlə
bağlı Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq bundan əvvəl qəbul olun muş müvafiq qanun-
vericilik aktlarının əsas Qanuna uyğunlaşdırılması zəruriliyi yaran mış dır. 2005-ci ildə qəbul edilmiş
Qanunla əlaqədar olaraq Respublika Prezidenti tə rə fin dən Nazirlər Kabinetinə narkotiklərlə bağlı
qüvvədə olan müvafiq qanunvericilik aktlarının ye ni Qanuna uyğunlaşdırılmasını təmin etmək
haqqında tapşırıqlar verilmişdir.
21 iyun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Narkotik Vasitələrin,
Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi Haqqında» Qanunun tətbiqi ilə
əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiikliklər və əlavələr edilmişdir.
QANUNVERİCİLİK ÇƏRÇİVƏSİ
2005-ci ilin 28 iyun tarixində qəbul olunmuş Azərbaycan Respublikasının «Narkotik Vasitələrin,
Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi Haqqında» Qanunu əvvəlkindən bir
sıra göstəricilərə görə fərqlənir. Qəbul olunmuş Qanun narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının yalnız qeyri qanuni dövriyyəsi ilə bağlı məsələləri yox, ümumilikdə
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur sor la rının dövriyyəsi ilə bağlı yaranan
bütün ictimai münasibətləri tənzimləyir, həmçinin fiziki, hü quqi şəxslərin hüquq və vəzifələrini
müəyyən edir.
Qanun 6 fəsil, 33 maddədən ibarətdir. Birinci fəslin (ümumi müddəalar) ilk maddə sin də Qanunun
əsas anlayışlarının açılmasında BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haq qında», 1971-
ci il tarixli «Psixotrop maddələr haqqında» və 1988-ci il tarixli «Narkotik va sitələrin, psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə» haqqında Kon ven siyalarına istinad olunur.
21 iyun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Narkotik Vasitələrin,
Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi Haqqında» Qanunun tətbiqi ilə
əlaqədar bəzi qanunvericilik aktlarına dəyişiikliklər və əlavələr edilmişdir.
Azərbaycan Respublikası ərazisində narkoloji xəstələrin müalicəsi Azərbaycan Res pub li kası
Prezidentinin 29 iyun 2002-ci il tarixində imzaladığı «Narkoloji Xidmət və Nəzarət Haq qın-
da» Qanunla tənzimlənir. Qanun narkomaniyanın profilaktikası, tibbi müayinə, müalicə və nar-
komaniyadan əziyyət çəkən şəxslərin reabilitasiyası üçün əsas hüquqi sənəddir.
12
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
Həmçinin qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi
üzrə görülmüş tədbirlər çərçivəsində “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 07.03.2012-ci il tarixli Qanunun tətbiqi
haqqında ölkə başçısının 25.04.2012-ci il tarixli Fərmanının icrası məqsədi ilə qüvvədə olan qa-
nunvericilik aktlarının bu sənədə uyğunlaşdırılması aparılmış və bununla bağlı müvafiq məlumat
21.06.2012-ci il tarixli məktubla Nazirlər Kabinetinə göndərilmişdir.
“Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydaları” (14.06.2012-
ci il tarixdə) və “ Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının
idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliklərinə düçar
olan şəxslərə dair ümummilli məlumat bankına məlumatın göndərilməsi və oradan məlumatların
alınması qaydaları barədə Təlimat” (11.11.2012-ci il tarixdə) layihələrinə münasibət bildirmişdir.
Bununla yanaşı BMT-nin, Narkotiklər və Cinayətkatlıq idarəsi tərəfindən hazırlanmış 2012-ci il
üçün Ümumdünya Narkotiklər üzrə Hesabat layihəsinə dair nazirliyin rəyi 05.04.2012-ci il tarixdə
Xarici İşlər Nazirliyinə göndərilmişdir.
MİLLİ SİYASƏT VƏ İNSTİTUSİONAL QURUMLAR
Azərbaycan Respublikasi Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərən ca mı ilə
təsdiq edilmiş «Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Döv riyyəsi
və Narkomanlığın Yayılması ilə Mübarizə Üzrə Milli Proqram» narkotik vasitələrin qeyri-qanu-
ni dövriyyəsinə qarşı mübarizə istiqamətində 2012-ci ilə kimi milli siyasəti müəyyən edən əsas
sənəd olmuşdur. Hal -hazırda yeni 2013-2018-ci illər üzrə Milli Proqram Layihəsi bütün dövlət
strukturlarının rəyləri əsasında hazırlanmış və təsdiq olunmaq üzrədir.
Dövlət Proqramlarının əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə kompleks tədbirlər şəklində
mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifl ən dir mə yolu ilə narkotiklərin qanun-
suz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alın ma sı, narkomanlığa düçar olmuş
şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, mü alicə-bərpa sahəsindəki fəaliyyətin daha
da gücləndirilməsi, bu sahədə qanunvericiliyin tək milləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin
öyrənilməsi üçün elmi və praktiki araş dır ma ların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsindən ibarətdir. Milli Proqramın həyata keçirilməsinə nəzarət Narkomanlığa və Narkotik
Vasitələrin Qa nun suz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasına həvalə olunmuş,
tədbirlər üz rə icraçılar kimi Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi,
Ədliyyə Na zirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Rabitə və İnformasiya Tex no-
lo gi ya ları Nazirliyi, Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Na-
zirliyi və bir sıra aidiyyatı strukturlar müəyyən edilmişdir. Dövlət Komissiyası 26 avqust 1996-cı il
Dostları ilə paylaş: |