21
NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTKARLIQ
Narkomanliq bütün dünyada son dərəcə mürəkkəb ictimai təlükə olduğundan, onun vurduğu
ziyanın həcmi də heç bir ölçüyə sığmır. Bu, həm narkomanın şəxsiyyətinin deqradasiyası, müxtəlif
cinayətlər törədilməsinə təkan, həmdə cəmiyyətin maddi-texniki və intellektual potensialının
aşağı düşməsi, genofondun pisləşməsi, cəmiyyətdə cinayətkar strukturlarının və həmçinin
narkomafiyanın artması və geniçlənməsi deməkdir.
Hesabatın bu hissəsi respublikada narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı möv cud vəziyyətin
təhlilinə həsr olunub. Bu bölmə üçün əsas məlumat mənbəyi kimi Azər bay can Respublikası
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mü barizə Üzrə Dövlət
Komissiyasının İşçi Qrupundan, Daxili İşlər Nazirliyinin Baş Nar kot ik lər lə Mübarizə İdarəsindən,
Milli Təhlükəsizlik Nazirliyindən, Baş Prokurorluqdan, Dövlət Göm rük Komitəsindən, Ədliyyə
Nazirliyindən və Dövlət Sərhəd Xidmətindən alınan məlumatlardan istifadə edilib.
Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı vəziyyəti təhlil etmək məqsədi ilə son iki il müddətini
əhatə edən əsas göstəricilər verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı statistik məlumatların təhlili gös tə rir ki, son iki
ildə əsasən narkotiklərin qeyri-qanuni dövriyyəsi üzrə bəzi gös tə ri cilərin aşağı düşməsi dinamikası
müşahidə olunur. Burada ayrı-ayrı narkotiklər üzrə mü sa dirə edilən narkotik vasitələrin həcmini
göstərmək olar.
2012-ci il ərzində ölkənin hüquq-mühafizə orqanları tərəfindən 1 ton 371 kq 008,999 qr müxtəlif
növ narkotik vasitələr və psixotrop maddələr qeyri-qanuni dövriyyədən çıxarılmışdır. Onlardan
638 kq 456,465 qr həşiş; 109 kq 756,073 qr heroin; 240 kq 421,039 qr tiryək; 312 kq 461,732 qr
marixuana; 120,432 qr kokain; 89,42 qr metadon; 12 kq 615,1 qr metamfetamin; 7 kq 518 qr həb
və 49 kq 520,302 qr digər növ narkotik vasitələr dövriyyədən çıxarılmışdır.
Hər il Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən narkotik tər kib li yabanı
bitkilərin aşkarı və məhv edilməsi üçün iri miqyaslı əməliyyatlar keçirilir. DİN Baş Narkotiklərlə
Mübarizə İdarəsindən alı nan məlumatlara əsasən, 2012-ci ildə bu əməliyyatlar nəticəsində
hüquq-mühafizə orqanları tərəfindən 336 ton 480 kq çətənə və xaş-xaş kolları aşkar edilərək
məhv edilmişdir. (2011-ci ildə 336 ton 777 kq 301 gr ).
Respublikanın əlverişli coğrafi iqlim şəraiti narkotik tərkibli bitkilərin yetiş di ril mə sinə imkan ver-
ir ki, bu da ölkədəki narkoloji vəziyyəti dərinləşdirir və qeri-qanuni nar ko biz nes üçün «xammal
bazasının» yaranmasına şərait yaradır.
Ümumilikdə 2012-ci ildə hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövri-
yyasi ilə bağlı cəmi 2590 cinayət faktı aşkar edilmişdir. (2011-ci ildə 2921 fakt)
22
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
Əvvəlki illərdə olduğu kimi, narkotiklərlə bağlı cinayətlərin əsas hissəsi onların qeyri-qa nu ni
saxlanılması, satışı və becərilməsi ilə bağlıdır. 2012-ci ildə qeydə alınan cinayət fakt la rı nın yarıdan
çoxu, yəni 1660 fakt narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni sax lanılması ilə
bağlı (2011-ci ildə 1762 fakt); 780 fakt narkotik va sitələrin və psixotrop maddələrin qeyri-qanuni
satışı (2011-ci ildə 917 fakt) , 136 fakt narkotik xassəli bitkilərin qeyri-qanuni kultivasiyası (2-11-ci
ildə 111 fakt) ilə bağlı olmuş, 14 fakt isə narkotiklərlə bağlı digər cinayətkarliqlara aiddir (2011-ci
ildə 10 fakt).
Az
ərbaycan Res publikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən rəsmi məlumatlara
əsasən, 2012-ci il ərzində Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində
narkotik vasitələrin qanunsuz döv riy yə si ilə əlaqədar ümumilikdə 90 cinayət hadisəsi qeydə
alınmışdır ki, onlardan 50-si mühafizə olunan müəssisələrdə, 40 isə açıq tipli (məntəqə tipli
cəzaçəkmə müəssisələrində) qeydə alınmışdır (2011-ci ildə 108 cinayət faktı - onlardan qapalı
tipli mü əssisələrdə 54 fakt; açıq tipli müəssisələrdə 48 fakt; xüsusi müəssisələrdə 6 fakt).
Müvafiq dövr ərzində mühafizə olunan cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz
döv riy yə si ilə əlaqədar 30 fakt üzrə vətəndaşlar, 3 fakt üzrə isə əməkdaşlar tərəfindən narkotik
vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Ümumilikdə həmin müəssisələrdə saxlanılan narkotik
vasitələrin miqdarı 447,721 qr təşkil etmişdir ki, onlardan 137,48 qr heroin, 143,994 qr tiryək,
108,507 qr marixuana, 57,74 qr həşiş olmuşdur (2011-ci ildə 241,947 qr heroin, 46,697 qr
23
marixuana, 23,184 qr tiryək, 18,682 qr həşiş, 1,819 qr psixotrop maddə aşkar edilərək qanunsuz
dövriyyədən çıxarılmışdır).
2012-ci il ərzində Penitensiar xidmətin Müalicə və İxtisaslaşdırılmış Müalicə Müəssisələrində
1617 nəfər məhkum məhkəmə qərarları əsasında AR CM-nin 93-cü maddəsinə əsasən məcburi
müalicəyə cəlb edilmiş, 1452 nəfər narkoloji-xəstə məhkumların isə məcburi müalicənin davam
etdirilməsi zərurətinin aradan qalxdığı barədə tibbi rəylər verilmişdir.
Hesabat ili ərzində daha 2 cəzaçəkmə müəssisəsinin Tibb-sanitar hissəsində “sağlamlıq otaqları”
yaradılmış və onların ümumi sayı 4-ə çatdırılmışdır. Bu otaqlarda İİV/QİÇS yoluxmuş, narkomani-
yadan və sair xəstəliklərdən əziyyət çəkən məhkumlara psixoloji yardım göstərilir, 2012-ci ildə
393 məhkum bu yardımdan istifadə etmişdir.
Umumilikdə, 2012-ci ilə olan narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə
görə məhkum olunmuş şəxslərin sayı cəmi 5630 nəfər təşkl edir ki, onlardan da 3243-nə məcburi
müalicə təyin olunmuşdur (2011-ci ildə 5785 nəfər, onlardan da 3289 məhkuma məcburi müalicə
təyin olunmuşdur).
Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən respublikanın
sərhədlərindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü
məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə göm rük orqanları tərəfindən 2012-
ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 87 cinayət faktı aşkar olunmuşdur
(2011-ci ildə 138 fakt) Bu faktlar üzrə 136 kq 876 qr narkotik vasitələr və psixotrop maddələr qeyri-
qanuni dövriyyədən çıxarılmışdır ki, onlardan 10 kq 540,5 qr tiryək; 102,17 qr marixuana; 107 kq
513 qr həşiş; 3 kq 869,34 qr heroin; 0,216 qr kokain; 9,42 qr metadon; 12 kq 613,6 qr metamfeta-
min; 2 kq 150 qr fenabarbital; 76,1 qr diazepam: 0,35 qr alprazolam; 0,552 qr klonazepam; 0,1 qr
dihidromorfin təşkil edir (2011-ci il də 227 kq 565 qr narkotik vasitələr - 100,130 qr kokain, 52,18
qr marixuana, 6 kq 875 qr metamfetamin və digər narkotik vasitələr).
Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 103 nəfəri kişi, 7 nəfəri qadın olmaqla ümumilikdə 110
nəfər məsuliyyətə cəlb olunmuşdur. Onlardan 78 nəfərini Azərbaycan Respublikası vətəndaşları,
32 nəfərini isə xarici ölkə vətəndaşları təşkil edir (2011-ci ildə 133 nəfəri kişi, 21 nəfəri qadın ol-
maqla, ümumilikdə 154 nəfər).
AR Baş Prokurorluğunun verdiyi məlumatlar əsasında 2012-ci ildə ərazi prokurorluqlarında narko-
tik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar
6 cinayət işinin istintaqı aparılmaqla 1 işin icrasına xitam verilmiş, 1 işin icrası dayandırılmış və 7
şəxs barəsində 4 iş məhkəməyə göndərilmişdir.
Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci il ərzində keçirilən kompleks tədbitlər nəticəsində
ümumilikdə 92 halda 251 kq 233 qram narkotik vasitənin (26,132 kq heroin, 102,712 kq tiryək,
24
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
108,217 kq həşiş, 6,604 kq marixuana, 0,216 qr kokain, 7,518 kq h.b), onlardan yaşıl sərhəddə
21 halda 204 kq 999 qr, sərhəd nəzarət məntəqələrində gömrük orqanları əməkdaşlarə ilə
birgə keçirilmiş tədbirlər nəticəsində 69 halda 33 kq 234 qr, dəniz sərhədində 2 halda 13 kq
saxlanılmışdır.
MÜSADİRƏ OLUNAN NARKOTİKLƏR
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən verilən rəsmi məlumatlara əsasən 2012-ci ildə qa-
nunsuz dövriyyədən bir neçə qrupa aid nar kotik vasitələr, psixotrop maddələr və prekursorlar
çıxarılmışdır. Dövriyyədən çıxarılmış nar kotik vasitələri bir neçə qrupa aid etmək olar. Bu əsasən
kannabioidlər və opiatlardır. Kannabioidlər qrupundan olan nar ko tiklərdən marixuana və həşişin az
hissəsi Azərbaycanda istehsal olunur. Digər nar kotik vasitələr və psixotrop maddələr, o cümlədən
güclü təsirə malik olanlar yerli bazara ya xın ölkələrdən və ya tranzit vasitəsilə Əfqanıstandan
gətirilir (opiatlar, heroin).
2012-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə qarşı mübarizə ilə bağlı keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində
2636 cinayət faktı qeydə alınmışdır ki, onlardan 817-si narkotik vasitələrin qanunsuz olaraq satışı,
1694-ü narkotik vasitələrin qanunsuz olaraq saxlanılması, 111-i narkotik xassəli bitkilərin qanun-
suz kultivasiyası, 10-u isə digər cinayətlərlə bağlı olmuşdur.
MÖVCUD VƏ GƏTİRİLƏN NARKOTİKLƏR
Azərbaycanda doqquz iqlim zolağının olması burada narkotik bitkilərin əksəriyyətinin becərilməsinə
imkan verir, üstəlik Azərbaycanın dinamik inkişafı dərhal respublikanı yeni narkomarşrutlar üçün
tranzit region kimi istifadə etmək niyyətində olan mütəşəkkil cinayətkar birliklərin diqqətini özünə
cəlb edir.
Respublika ərazisində mövcud müəyyən meşə zolağı, dağ ətəyi, vadilər və s. yer lər var ki, orada
narkotik xassəli bitkilərin yabanı halda bitməsinə hər il rast gəlinir. Yu xa rıd a qeyd olunduğu kimi,
həmin bitkiləri aşkar edib, məhv etmək məqsədi ilə aidiyyatlı hüquq-mü hafizə orqanları tərəfindən
hər il xüsusi əməliyyat tədbirləri aparılır.
Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsindən alınan mə lu mat lara görə,
2012-ci ildə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri nəticəsində 336 ton 480 kq
narkotik xassəli bitkilər aşkar olunub məhv edilmişdir (2011-ci ildə 366 tondan artıq).
Respublikanın qara bazarında satılan narkotiklərin əksəriyyəti respublika ərazisinə həm sərhəd
ölkələrdən gətirilir. Xüsusən, bu opioidlər qrupuna aid olan heroin, tiryək, am fe ta min, psixotrop
maddələr və kokainə aiddir. Respublika ərazisində qanunsuz olaraq az miq darda, yaxud şəxsi
istehlak üçün həşiş və əsasən kiçik həcmdə yerli ba zar larda satış üçün nəzərdə tutulan kannabioidlər
25
(marixuana, həşış) istehsal olunur. Bu çox vaxt ciddi mütəşəkkil formada yox, ayrı-ayrı şəxslər
tərəfindən həyata keçirilir. Qa nun suz dövriyyə ilə bağlı əsas problem həmişəki kimi xaricdən
respublikaya gətirilən nar ko tik lər lə bağlıdır. Bu problem ilk növbədə narkotiklərin şərqdən qərbə
tranziti baxımından res pub likanın əlverişli cografi mövqedə yerləşməsi ilə bağlıdır. Azərbaycan
Rusiya, İran və Gür cüstanla Avropa-Asiya magistral-nəqliyyat vasitəsilə həmsərhəddir ki, bu
da Orta Asiya öl kə lərindən Qərbi və Mərkəzi Avropa, həmçinin Rusiyanın mərkəzi regionlarına
narkotiklərin tran ziti üçün çox əlverişli baza yaradır. Beləliklə, sərhəddən keçən narkotiklərin bir
hissəsinin Azər baycanda qalması qaçılmazdır, bu da narkotik istifadəçilərinin sayının ildən ilə art -
ma sı na səbəb olur.
Həmçinin, verilən məlumatlara əsasən 2012-ci ildə respublikada hər il olduğu kimi yenə də
narkotiklərin qanunsuz daşınması, tranziti, satışı və ümumilikdə dövriyyəsi ilə bağlı ci na yət
məsuliyyətinə cəlb olunan əcnəbi vətəndaşlar qeydə alınmışdır.
2012-ci il ərzində 74 nəfər xarici ölkə vətəndaşları cinayət məsuliyyətinə cəlb edilmiş və onlardan
ümumi çəkisi 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Onlardan 44 nəfər -
İran İslam Respublikası; 9 nəfər - Rusiya Federasiyası; 13 nəfər - Gürcüstan; 7 nəfər - Əfqanıstan;
1 nəfər - Slovakiya) vətəndaşları olmuşdur.
Yuxarıda təqdim olunan məlumatlar bu gün ölkədə narkotik maddələrin qeyri-qanuni döv riyyəsinə
dair vəziyyətin qiymətləndirilməsi üçün müəyyən baza sayılır və narkotiklərlə bağlı ci na yət lə r in
qarşısının alınması istiqamətində gələcək strateji addımların planlaşdırılmasında əsas göstərici
kimi sayıla bilir.
NARKOTİK MADDƏLƏRİN EKSPERTİZASI
Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
ilkin tədqiqatları və ekspertizaları aparılır, ekspertizaların təyini, aparılması və ekspert rəylərinin
qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodik köməklik
göstərilir, baş vermiş cinayətlərin səbəb və şəraiti öyrənilərək onların qarşısının alınması
sahəsində kriminoloji tədqiqatlar aparılır, habelə antinarkotik təbliğat üzrə hüquqi maarifləndirmə
işləri görülür.
Son dövrlərdə ekspertiza prosesində elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə
edilməsinə diqqət artırılır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının
möhkəmləndirilməsi məqsədi ilə bu sahədə qabaqcıl beynəlxalq təcrübə daima öyrənilir və inkişaf
etmiş ölkələrin istehsal etdikləri müasir kriminalistik avadanlıqlar alınır. Məhkəmə ekspertizalarının
aparılmasına ən yeni texnologiyaların tətbiqi narkotik vasitələrin tədqiqatında da səmərəli istifadə
olunur.
26
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Məhkəmə Ekspertizası Mərkəzindən alınan rəsmi
məlumatlara əsasən, 2012-ci ildə nar kotik vasitələr, psixotrop maddələr və onların prekursorları
üzrə 3440 ədəd ekspertiza keçirilmişdir. (2011-ci ildə 3862) Onlarn növü, miqdarı və cəkisi:
M
əhkəmə ekspertizasının
n
övü
2012-ci il
2011-ci il
F
ərq
%-l
ə
Narkotik vasit
ələrin
ekspertizas
ı, o cümlədən
Sинтетик хассяли наркотик
васитяляр вя психотроп
маддяляр
3440
3862
-422
-10,9
2108
2887
-779
-27,0
Битки мяншяли наркотик
васитялярin ekspertizas
ı
1332
975
+357
+36,6
NN
N
övü
Miqdar
ı
Çəkisi
1.
marixuana
1024
355 kq
5077,93 qr
2.
H
əşiş qətranı
154
334 kq
518,84 qr
3.
чятяня
(каннабис) bit-
kisi
üzrə
143
1 ton 544
kq 815 qr
4.
хаш-хаш биткиси
9
55 kq
805,5 qr
5.
xa
ş-xaş küləsi
2
10 kq
119,8 qr
6.
щероин
1810
126 kq
729,755 qr
7.
тирйяк
197
100 kq
474,552 qr
8.
metadon
9
102,13 qr
9.
kokain
3
127,833 qr
10.
metamfetamin
11
8 kq
425,896 qr
27
11.
Prekursorlar
(kalium perman-
qanat
5
49 kq
950,577 qr
12.
dig
ər психотроп
маддяляр (di-
azepam, fena-
barbital, klonaz-
epam)
73
846,95 qr
(29200
h
əb və 37
ampula)
Eyni zamanda, M
ərkəzin Naxçıvan filialında narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorları üzrə 11 ədəd ekspertiza aparılmışdır.
Eyni zamanda , 2012-ci ildə Məhkəmə Ekspertizası Mərkəzində “Narkotik vasitələrin, psixotrop
mad dələrin və onların prekursorlarının məhkəmə ekspert tədqiqatının elmi-metodiki və prosessu-
al əsasları” mövzusunda elmi-tədqiqat işi aparılmışdır, Tədqiqat nəticəsində narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının ilkin ekspert tədqiqinin texniki vasitələri və me-
todoloji əsasları nəzrdən keçirilmiş, istifadəsi daha səmərəli olan metodlar müəyyən olunmuşdur.
NARKOTIKLƏRLƏ BAĞLI ÖLÜM HALLARI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomi-
ya” Birliyinin respublika şəhər və rayon şöbələri üzrə hesabat dövrü ərzində narkotik və psixotrop
maddələrin aşkar olunması məqsədilə 911 müayinə aparılmışdır.
Müayinələr zamanı 77 halda narkotik və psixotrop maddələr aşkar edilmiş, onlardan 34 halda
narkotik və psixotrop maddəlıərin təsirindən ölüm baş vermiş, 37 halda isə narkotik və psixotrop
maddələr aşkar edilsə də ölümlərin başqa səbəbdən baş verməsi müəyyən edilmişdir.
Bunlardan əlavə 6 halda canlı şəxslərin müayinəsi zamanı narkotik və psixotrop maddələr aşkar
olunmuşdur.
NARKOTİKLƏRLƏ BAĞLI CİNAYƏTLƏRİN
PROFİLAKTİKASI
Narkomaniya və hüquq pozuntuları hallarının ilkin profilaktikası sahəsində gənclər ara sında
mövcüd problemləri üzə çıxarmaq məqsədi ilə 2012-ci ildə müxtəlif dövlət qu rum ları və QHT-
lər tərəfindən muəyyən tədqiqat və analitik işlər aparılmışdır. Keçirilmiş təd qiqatlar nəticəsində
məlum olmuşdur ki, gənclər problemin ciddiliyi haqqında, onları əha tə edən çevrədəki narkomani-
28
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
ya və cinayətkarlıqla bağlı neqativ hallar haqqında kifayət qə dər məlumatlıdırlar. Bununla bərabər
məlumatlılıq sahəsində çoxlu boşluqlar var. Bu boş luqlar özünü aşağıdakı sahələrdə biruzə verir:
- Narkotiklərin mənfi təsiri ilə bağlı əsas (birbaşa) amillər haqqında gənclər az mə lu mat lıdırlar;
- Gənclərin olduqca az bir qismi narkomaniya, AİDS və s. sağlam həyat tərzi üçün zəruri sa hə lər-
də xüsusi tədbirlərin, layihələrin iştirakçısı olmuşlar. Bu da profilaktik işin zəifliyinin gös tə ricisidir;
- 50%-dən artıq gəncin AİDS haqqında dəqiq təsviri yoxdur. Həyatı əhəmiyyət kəsb edən AİDS
ötürülməsi və risk faktorları haqqında gənclərin çox az bir hissəsi düzgün məl u mat lara malikdirlər;
- Gənclərin cinayətə cəlb olunmalarının bir səbəbi də onların hüquqi sənədlər haqqında mə-
lumatsızlığıdır;
- Məlumatlılıq mənbəyi kimi dominant rolu KİV və sosial çevrə oynayır. Profilaktik işə ca vabdeh
təhsil sisteminin, gənclərlə iş aparan qurumların iştirakı bu prosesdə zəif qiy mət lən dirilir.
Nəhayət, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş sorğuların nəticələri nar ko tik lərdən
istifadə edən gəncləri müəyyən etməsi problemin kəskinliyini vurğulayır.
Ümümilikdə profilaktik işlərin qurulmasında aşagıdakı müəyyən prinsiplər rəh bər tutulmalıdır:
• Əməkdaşlıq (qurumlar arası, qruplar arası);
• Peşəkar yanaşma;
• Gənclərin fəaliyyətə cəlb olunması;
• Fəaliyyətin davamlılığı (uzunmüddətliliyi);
• Fərdi yanaşma prinsipi üzərində qurulan profilaktika;
• Bərabərdən - bərabərə prinsipi;
• Könüllülüyün inkişafı, həmin hərəkatın yaradılması;
• Təcrübə mübadiləsi, peşəkar vərdişlərin artırılması;
• Fəaliyyətin monitorinq və qiymətləndirmə mexanizminin təşkili;
• Nəzarətsizlik, məktəb və evdən yayınma halları ilə mübarizə sisteminin qurulması;
• Əyləncə yerlərində, kafe, diskoteka, və s. yerlərdə gənclərlə işin aparıl ma sı, bu yerlərdə
keçirilən layihələrə dəstək.
NARKOTIKLƏRLƏ MÜBARIZƏ SAHƏSINDƏ
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Bildiyimiz kimi, Azərbaycan Respublikası narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın
aktuallığını nəzərə alaraq, BMT-nin 1961-ci il “Narkotik vasitələr haqqında”, 1971-ci il “Psixo-
trop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlanın qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli konvensiyalarına qoşulmuş, cinayətkarlıq və
narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər
bağlamış, memorandumlar imzalamışdır.
29
Narkotik vasitələrin qaçaqmalçılığının transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq
əməkdaşlığı zəruri edir. Ona görə də respublikanın aidiyyatı dövlət təşkilatları tərəfindən BMT-nin
Narkotiklər Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, Mərkəzi Asiya Regional
İnformasiya Əlaqələndirmə Mərkəzi, GUAM və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
DGK tərəfindən Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi və MDB ölkələri Göm-
rük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mqhafizə Bölmələri Başçıları Komitəsi ilə əməkdaşlıq
çərçivəsində saxlanılmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi faktlarına dair əlaqəli mütəmadi məlumat mübadiləsi aparılır.
Bundan başqa, DGK narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qa-
nunsuz dövriyyəsinə qarşı effektiv mübarizə aparmaq məqsədilə Müstəqil Dövlətlər Birliyi Göm-
rük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-mühafizə Bölmələri Başçıları Komitəsinin və GUAM-
ın terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə
mübarizə üzrə İşçi Qrupunun 2012-ci il üçün təşkilati-praktik tədbirlər planına uyğun olaraq
GUAM ölkələrində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanun-
suz dövriyyəsinə ilə mübarizə sahəsində “Narkostop-2011” şərti adı altında keçirdiyi beynəlxalq
əməliyyat tədbirlərində davamlı olaraq iştirak edir.
BEYNƏLXALQ İCMAL
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici
siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib
inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini
beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə
hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.
Ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çər çi və sin də bu
problemə qarşı birgə mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya dü çar olanların
sayında artım qeydə alınır. Dünyaya nəzər salsaq görərik ki, bu gün təxminən 208 milyondan artıq
şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə et mək də dir. Bu isə dünya əhalisinin
təxminən 4,8 faizi deməkdir. Onlardan 26 milyonu sırf nar ko man xəstələrdir. Marixuana kimi
nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxs lər isə daha çoxluq təşkil edir və onların
sayı 165 milyon nəfərdən artıqdır. Aparılmış araş dırmalar onu deməyə əsas verir ki, son dövrlər
heroin, opium və tiryəkdən istifadə edən lərin sayı daha çox artmaqdadır. Hazırda narko istehsalçı
dövlət kimi Əfqanıstan dünya ölkələri arasında «li der li yi» qoruyub saxlayır. 2000-2009-cu illərə
nəzər salsaq görərik ki, bu illər ərzində həm Əf qa nıs tanda, həm də digər yerlərdə narkotiklərin
istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada əki lən sahələr 235 min 700 hektar təşkil edirdisə,
2012-ci ildə bu rəqəm 238 min hektara ça tıb.
|