13
tarixində Azərbaycan Res publikası Prezidentinin 488 N-li Fərmanina əsasən yaradılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Döv-
lət Komissiyasının nəzdində İşci Qrupu fəaliyyət göstərir. İşçi Qrupunun əsas məqsədi Döv-
lət Komissiyasına daxil olan strukturların fəaliyyətinə, həmçinin ”Narkotik Vasitələrin, Psixotrop
Maddələrin və On ların Prekursorlarinin Dövriyyəsi və Narkomanlığın Yayılması ilə Mübarizə Üzrə
Milli Proqram»ların həyata keçirilməsinə nəzarəti təmin etmək və dövlət qurumlarının fəaliyyətini
əlaqələndirməkdən iba rətdir.
Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli, 429 sayli Sə rən ca mı na əsasən
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üz rə Dövlət
Komissiyasının tərkibi dəyişdirilərək, yeni tərkibdə təsdiq edilmişdir. Dövlət Ko mis si ya sı na Baş
Nazirin müavini rəhbərlik edir və tərkibinə aşağıdakı qurumlar daxildir:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə
İş şöbəsi
- Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsi
- Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və Inzibati Orqanlar şöbəsi
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikası Baş Prokurorluğu
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi
- Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi
- Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
- Azərbaycan Milli Elmlər Akademiyası
- Bakı Şəhər İcra Hakimiyyəti
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Digər ixtisaslaşdırılmış institusional struktur Azərbaycan Respublikası Nazirlər Ka bi ne ti nin 17
aprel 2000-ci il tarixli 71 saylı Qərarına əsasən Daxili İşlər Nazirliyinin Baş Nar ko tik lər lə Mübarizə
İdarəsinin nəzdində yaradılmış Ümummilli Məlumat Bankıdır. Həmin Ümum mi l li Bankda dövlətin
8 strukturundan narkotiklərlə bağlı məlumatlar toplanılıb ümumiləşdirilir.
14
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
2005-ci ildə quvvəyə minmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların pre kursorlarının
dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu narkotiklərlə bağ lı fəaliyyətin təşkili,
məlumatların toplanması, təhlili və mübadiləsi sahəsində yeni ins ti tu sional vahidlərin yaradılması
üçün hüquqi zəmin yaratmışdır. Qanunun 9-cu maddəsi «Nar kotik vasitələrin və psixotrop
maddələrin sui-istifadəsinə dair Milli İnformasiya Mər kə zi nin yaradılması»nı nəzərdə tutur. Qanun
bu Mərkəzin əsas məqsəd və vəzifələrini də açıqlayır. Qanuna görə Milli İnformasiya Mərkəzinin
əsas məqsədi narkotik vasitələrin və psi xotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri ol-
mayan və obyektiv məlumatların məc musunu təşkil etməkdir. (maddə 9.2)
Qanun Milli İnformasiya Mərkəzinin hansı məlumatları özündə əks etdirəcəyini də mü əyyən edir:
· Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-tibbi və tibbi istifadəsi, onların tib bi, iqti-
sadi və digər nəticələri haqqında;
· Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onun nəticələri haq-
qında;
· Narkotik vasitələrə və psixotrop maddələrə olan tibbi və qeyri-tibbi tələbat haqqında;
· Narkotik vasitələrin və psixotrop maddələrin insanlara və cəmiyyətə vura biləcəyi zə rə rin
və onlara olan qeyri-tibbi məqsədlərlə təklifin azaldılmasına yönəlmiş tədbirlər haq qında;
· Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalijəsi və reabilitasiyası ilə bağlı şəx si
həyat sirri olmayan məlumatlar;
· Narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına qarşı mübarizə sahəsində qey ri-
hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlər haqqında;
· Narkotik vasitələrə və psixotrop maddələrə dair ölkədə aparılan epidemioloji təd qi qat ların
yekunları və ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi haqqında;
· Narkotik vasitələrə dair dövlət siyasətini və normativ hüquqi məsələləri əhatə edən mə-
lumatlar.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı neqativ tendensiyaların, dinamika və struk-
turunda olan təhlükəli meyllərin müəyyən edilməsi məqsədilə ölkəmizdə narkomaniya ilə mü-
barizə siyasətinin təhlili onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mü ba ri-
zə dövlətin siyasətində, yanaşmasında ifadə olunur. Dövlət siyasəti narkotik vasitə və on la rın
prekursorlarının qanunsuz dövriyyəsinin dayandırılması, aşkara çıxarılması, narkotik va si tələrin
qeyri-tibbi qəbulunun profilaktikası, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs lə rin müalicəsi
və reabilitasiyası fəaliyyətinə yönəlmiş və dövlət orqanları tərəfindən həyata ke çi ri lən strateji sis-
temdir.
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində döv-
lət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və prak tiki
tədbirlər həyata keçirilməkdədir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların pre kur-
sor la rının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən
nor mativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması isti qa mə tin də
müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iş tirakı
daha intensiv xarakter almaqdadır.
15
XƏBƏRDARLIQ TƏDBİRLƏRİ
Ölkədə müxtəlif dövlət və qeyri hökumət qurumları tərəfindən narkotiklərin qəbulunun qarşısını
almağa yönəlmiş tədbirlər sistemi mövcuddur. Hər bir qurum öz illik fəaliyyət planında nəzərdə
tutulan tədbirləri həyata keçirir. Tədbirlər planı əsasən məktəbdaxili fəaliyyətə və layihələrə
istiqamətlənib. Bu tədbirlərlə əhatə olunan əhalinin, xüsusən də gənclərin sayı 17%-i keçmir.
Narkotiklərə tələbatın azaldılması sahəsində fəaliyyətin qurulmasında nazirlik və qurumlar
tərəfindən əsasən Milli Proqramda əksini tapmış və ənənəvi metodlardan istifadə olunur. Tədbiq
olunan yeni yanaşmalar böyük metodoloji əhəmiyyət kəsb etmir. Əsasən profilaktik maarifləndirici
layihələrin işlənilməsində və tədbiqində müxtəlif yeniliklər tədbiq olunur.
Əhali, xüsusən də gənclərimiz arasında sağlam həyat tərzinin təbliğ olunması gü nü mü zün ən vacib
və aktual məsələlərindəndir. Belə ki, son illər ərzində yeniyetmə və gənc lər arasında siqaretə,
spirtli içkilərə, toksiki və narkotik maddələrə alüdəçilik meylləri art mış dır. Eyni zamanda, gənclər
tərəfindən törədilən hüquq pozuntuları halları da artmışdır. Bu na şərait yaradan müxtəlif sosial,
iqtisadi və psixoloji səbəblər mövcuddur. Tütün məh sul la rının, alkoqollu içkilərin və hətta narko-
tik maddələrin müxtəlif üsul və yollarla təbliğ olun ma sı, gənclərin problemin mahiyyəti haqqında
məlumatsızlığı, mənfi sosial çevrənin təsiri və s. kimi səbəblər də problemi gərginləşdirir.
Bu səbəblərin təsiri altında yeniyetmə və gənclərdə yalnış düşüncə və davranış ste re o tip modelləri
yaranmaqdadır. Bu stereotip modellərinə görə siqaret çəkmək, spirtli içki iç mək və hətta narko-
tik qəbul edərək azad seksual həyat tərzi sürmək - normal, ultra müasir hal kimi indiki gənclərin
şüurunda formalaşmaqdadır.
Daha bir təhlükə ondadır ki, siqaret çəkmək, spirtli içki içmək, narkotiklərdən istifadə et mək və
erkən seksual həyata başlamaq müasir yeniyetmələr tərəfindən böyük həyata ad dım atmaq, azad
olmaq rəmzi kimi qəbul olunaraq şüurlarda bərkiyir. Bütün bu de yi lən lər son illər keçirilmiş sosi-
oloji və sosial-psixoloji tədqiqatların nəticələri ilə dəfələrlə təs diq lən mişdir.
Müasir gənclərin bu kimi qeyri-sağlam həyat tərzi, düşüncə və davranış stere o tip lə ri ni alt-üst etmək
və əvəzinə sağlam həyat tərzli mədəniyyəti aşılamaq üçün təbliğat me xa niz mi nə və düşünülmüş
strategiyaya ehtiyac duyulur. Belə olmayan halda görülən işlər kifayət qə dər səmərəli olmur.
2012-ci ildə ümumi profilaktika sahəsində aidiyyatı dövlət qurumları tərəfindən cari təd birlər
planında nəzərdə tutulan işlərlə yanaşı, qeyri-hökumət təşkilatları tərəfindən bir sıra layihələr də
həyata keçirilmişdir. Profilaktika işinə cavabdeh təşkilatlardan biri olan Gənclər və İdman Nazirliyi
tərəfindən keçirilmiş tədbirlər və sorğular ümumi profilaktik təd bir lər fonunda bir qədər daha ak-
tiv olmuşdur. Keçirilmiş sorğular profilaktika işində mövcud boş luqları və çatışmamazlıqları üzə
çıxarmış və müəyyən təkliflərin hazırlanmasına şərait ya ratmışdır.
16
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
ÜMUMİ PROFİLAKTİKA
Ölkənin sərhədyanı bölgələrində narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə al maq la bu
inzibati ərazilərdə narkomaniyaya qarşı mübarizə, antinarkotik tərbiyə, təbliğat və ma arifləndirmə
işləri genişləndirilmişdir. Bu məqsədlə Gənclər və İdman Nazirliyi Təhsil Na zir li yi ilə birgə tədbirlər
planı hazırlayıb həyata keçirmişdir. Plana uyğun olaraq şagird və tə lə bə lər arasında birgə
müsabiqələr, görüşlər və konfranslar təşkil edilmişdir.
Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildə planlı tədbirlər çərçivəsində 3 əsas isti qamətdə
tədbirlər həyata keçirilmişdir:
1. Gənclərin iştirakı ilə kütləfi tədbirlər, aksiyalar;
2. Gənclərin iştirakı ilə seminarlar, görüşlər, maarifləndirici tədbirlər;
3. Nazirliyin əməkdaşları üçün treninqlər və müşavirələr;
4. Gənclər arasında təbliğat işlərində əyaniliyi və interaktivliyi təmin etmək məqsədi ilə
narkomaniya, alkoqol və tütünün ziyanı haqqında təqdimat olmuşdur.
Gəncə şəhərində, Qobustan, Salyan rayonlarında «Zərərli vərdişlərə yox deyək» devizi al tında
seminarlar keçirilmişdir.
Seminarlarda gənclər qarşısında çıxışlar edilmiş, əyani və sa it lər paylanmış və QİÇS-lə bağlı qısa
metrajlı filmlər nümayiş etdirmişlər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 150 orta və ali mək təb lər də
təhsil alan gənclərin iştirakı ilə musiqi festivalı keçirilmişdir. Musiqi festivalı zamanı apa rı cı, gənc
tanınmış müğənnilər iştirakçı və tamaşaçı gənclərə yönəlmiş narkomaniyanın pro fi lak ti kası ilə
bağlı müxtəlif mesajlar çatdırmışlar. Bu tədbir televiziya vasitəsi ilə geniş işıq lan dı rı la raq geniş
ictimaiyyəti əhatə etmişdir.
Bundan əlavə, Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası və UNİCEF
tərəfindən Quba rayonunda «Sağlam düşün. Sağlam Yaşa. Sağlam ol.» adlı yay mək təbi layihəsi
həyata keçirilmişdir. Layihə çərçvəsində Azərbaycanın 25 bölgəsindən 120 nə fər gənc iştirak
etmişdir. Yay məktəbinin təşkilində əsas məqsəd gənclər arasında sağlam hə yat tərzinin təbliği,
liderlik bacarıqlarının aşılanması və bir çox mənfi halların qarşısının alın ması olmuşdur. Həmçinin,
2012-ci ildə Nazirlik tərəfindən Lənkəran, Astara, Yardımlı, Ma sallı, Neftçala, Salyan, Biləsuvar
və Cəlilabad rayonlarında «Gənclər zərərli vərdişlərə qarşı bir ləşir» devizi altında mədəni-kütləvi
aksiyalar keçirilmişdir. Ümumilikdə aksiyalar 2000-dən artıq yeniyetmə və gənci əhatə etmişdir.
Təhsil Nazirliyi tərəfindən müxtəlif beynəlxalq humanitar təşkilatların maddi və təşkilati dəs təyi
ilə uşaq və gənclərimizə sağlam həyat tərzinin aşılanması istiqamətində geniş miqyaslı təd birlər
həyata keçirilməkdədir. Bu təşkilatlarla müxtəlif dərs vəsaitləri, xüsusi kurrikulumlar ha zırlanmış
və ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə xüsusi kurslar təd ris olunmuşdur.
Bir neçə ildir ki, BMT-nin Qlobal Fondunun maliyyə və UNİCEF-in texniki dəstəyi ilə ümum təhsil
17
məktəblərinin I-XI siniflərində fakültativ məşğələlər üçün nəzərdə tutulmuş saatlar he sabına
həftədə 1 saat olmaqla “Həyati bacarıqlara əsaslanan təhsil” adlı fakültativ kurs təd ris olunur.
Həmin kursun dərs vəsaitinə hər sinif üzrə narkomaniyanın zərəri, sağlam həyat tər zi, zərərli
vərdişlər və s. barədə mövzular daxil edilmişdir.
Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öz səla-
hiyyətləri çərçivəsində bölgələrdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər ara sın da
bölgələrdə təbliğat və maarifləndirmə işləri də aparılmışdır. Belə ki, Azərbaycan Res publ i ka sı
«Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi və Nar ko-
manlığın Yayılması İlə Mübarizə Üzrə Milli Proqram»ı (2007-2012) çərçivəsində Nazirliyin mü-
vafiq qurumları tərəfindən 2012-ci il ərzində bölgələrdə kompleks profilaktik tədbirlərin həyata
keçirilməsi məqsədilə rayon icra hakimiyyətlərinin, icra nümayəndələrinin, bələ diy yə lə rin və
əhalinin iştirakı ilə təbliğat xarakterli yığıncaqlar keçirilmiş, narkomanlığın yayılması, nar kotik
vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağ lı ətraflı fikir
mübadiləsi aparılmışdır.
Ümumiyyətlə, meşə fondu ərazisində və xüsusi mühafizə olunan təbiət ərazilərində nar ko xassəli
bitkilər aşkar edildikdə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Nazirliyin bü tün tabeli
qurumları tərəfindən bölgələrdə monitorinqlərin, reydlərin keçirilməsi davam etdirilir.
Həmcinin, cari ildə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, ye-
rli qurumların əməkdaşları tərəfindən meşələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində
narkotiklərin qanunsuz becərilməsi ilə mübarizə məqsədilə mütəmadi olaraq nəzarət, eləcə də
yerli icra nümayəndələrinin, bələdiyyələrin, əhalinin iştirakı ilə maarifləndirmə və təbliğat xarakterli
görüşlər, dəyirmi masalar təşkil edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi “Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz
əkilən bitkilərin məhv edilməsi üzrə tədbirlərin gücləndirilməsi” məqsədilə mütəmadi olaraq Nazirli-
yin Lənkəran, Ucar, Şəki, Quba, Şamaxı və Bərdə Ərazi Kənd Təsərrüfatı İdarələrinin əhatə etdiyi
rayonlarda yerli mütəxəssislər tərəfindən ictimaiyyət arasında, məktəblərdə və ictimai yerlərdə
izahat işləri aparılmış, torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, yabanı halda bitən narkotik
bitkilər və onların respublikada yayılma arealı barədə məlumatlar verilmişdir. Narkotik tərkibli
bitkilərin bitdiyi ərazilərin xəritəsinin tərtib edilməsi, onların yayılmasının qarşısının alınması və
müvafiq elmi-tədqiqat işlərinin aparılması məqsədilə Azərbaycanda bitən narkotik xassəli bitkilərin
xaş-xaş, çətənə barədə mütəmadi olaraq Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və
Otlaqlar İnstitutu tərəfindən bu bitkilərin mədəni və yabanı növləri, onların vegetasiya dövrləri,
toxumların forması və digər məlumatlar maarifləndirici vasitələr kimi yerli mütəxəssislərə tövsiyə
şəklində çatdırılır.
18
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
NARKOTİKLƏRƏ ALÜDƏ OLMUŞ XƏSTƏLƏRİN
MÜALİCƏSİ VƏ MÜALİCƏ SİSTEMİ
Azərbaycan Respublikası ərazisində narkoloji xəstələrin müalicəsi Azərbaycan Res pub li kası Prezi-
dentinin 29 iyun 2002-ci il tarixində imzaladığı «Narkoloji Xidmət və Nəzarət Haq qın da» Qanunla
tənzimlənir. Qanun narkomaniyanın profilaktikası, tibbi müayinə, müalicə və nar komaniyadan
əziyyət çəkən şəxslərin reabilitasiyası üçün əsas hüquqi sənəddir. Bu Qa nu na əsasən dövlət
narkomaniyadan əziyyət çəkən bütün şəxslərə narkoloji xidmətin gös tə ril mə si nə zəmanət ver-
ir. Azərbaycan Respublikası ərazisində narkoloji xəstələrin müaliçəsi yal nız ixtisaslaşmış tibbi
müəssisələrdə narkoloqlar, psixiatrlar, psixoloqlar tərəfindən həyata ke çirilir. Yalnız cəzaçəkmə
müəssisələrində yerləşən tibbi müəssisələr istisna hal kimi qə bul edilir ki, bu kimi müəssisələrdə
də həmçinin müalicə həyata keçirilir. İxtisaslaşmış dövlət tibbi mü əssisələrindən başqa, narkoloji
xəstələrin müalicəsi üçün Azərbaycan Respublikası Sə hiy yə Nazirliyinin tibb fəaliyyətinə icazə
verdiyi müvafiq özəl klinikalar yoxdur. Nar ko ma ni ya nın müalicəsi sahəsində hər hansı bir digər
özəl tibbi təcrübə qeyri qanuni he sab edilir.
Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər çərçivəsində
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” 07.03.2012-ci il tarixli Qanunun tətbiqi haqqında ölkə başçısının 25.04.2012-
ci il tarixli Fərmanının icrası məqsədi ilə qüvvədə olan qanunvericilik aktlarının bu sənədə
uyğunlaşdırılması aparılmış və bununla bağlı müvafiq məlumat 21.06.2012-ci il tarixli məktubla
Nazirlər Kabinetinə göndərilmişdir.
Respublika ərazisində bir sıra ixtisaslaşmış tibbi müəssisələr mövcuddur. Bundan əlavə, res-
publikanın bir çox xəstəxana və poliklinikalarında anonim narkoloji və məsləhət otaqları möv-
cuddur.
Azərbaycan ərazisində narkomaniyaya düçar olmuş xəstələrin müaliçəsi bir qayda ola raq könüllü
əsaslarla həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə va lideynlərin və
ya onun qanuni nümayəndəsinin razılığı ilə yerləşdirilir. Narkoloji xəstələrin məc buri müalicəsinə
və ya məcburi müayinəsinə Azərbaycan Respublikasının qa nun ve ri ci li yi nə müvafiq olaraq yalnız
məhkəmənin qərarı əsasında yol verilir. Narkomanların qey diy ya tı Narkoloji xidmət tərəfindən
aparılır. Respublikada iki əsas qeydiyyat siyahısı vardır:
- Dispanser qeydiyyatında olan narkomanlar - bu narkomanlar sta si o nar və ya ambulator
müalicə alan narkomanlardır;
- Profilaktik (epizodik istifadəçilər) qeydiyyatda olan narkotikistifadəçilər - bu ka te qo ri ya dan
olan xəstələr kurs müalicəsi almış və qanunvericiliyə əsasən 5 il müddətində vaxtaşırı mü-
alicə kursları keçən narkotiklərdən istifadə edənlərdir.
Qanuna əsasən tam müalicə kursu keçmiş xəstə 5 il ərzində profilaktik qeydiyyatda olur və
vaxtaşırı ixtisaslaşdırılmış tibb müəssisələrində müayinədən keçirlər. Həmin müddət ərzində xəs-
tələrdə təkrar istifadə faktı qeydə alınmırsa, xəstə profilaktik qeydiyyatdan çıxarılır.
19
HAL-HAZIRDA QEYDİYYATDA OLAN
NARKOTİKLƏRDƏN ƏZİYYƏT ÇƏKƏN XƏSTƏLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən ve rilən rəsmi
məlumatlara əsasən 2012-ci ildə respublika narkoloji xidmət tərəfindən yeni qeydə alı nan
istifadəçilərin sayı 1878 nəfər təşkil edir ki, onlardan 1374 nəfər dispanser, 504 nəfər isə pro-
filaktik qeydiyyatda olanlardır. (2011-ci ildə yeni qeydiyyata alınanlar 1 999 nəfər - 1 566 nəfəri
dispanser, 433 nəfəri isə profilaktik qey diy ya ta alınanlar).
2012-ci ildə ölkə üzrə Respublika narkoloji xidməti tərəfindən qeydiyyatda olan nar ko tik lərə düçar
olmuş xəstələrin ümumi sayı 27 910 nəfər, onlardan 21 999 dispanser, 5911 nəfəri isə profilak-
tik qeydiyyatda olanlardır. (2011-ci ildə 26 717 nəfərə - onlardan 20 861 nəfəri dis panser, 5 601
nəfəri isə profilaktik qeydiyyatda olan xəstələr). Anonim qeydiyyata alı nan ların sayı isə 567 nəfər
təşkil edir (2011-ci ildə 254 nəfər).
Qeydiyyatda olan narkoloji xəstələrin ümumi sayının 528 nəfərini qadınlar təşkil edir ki, on ların da
362 nəfəri dispanser, 166 nəfəri profilaktik qeydiyyatda olanlardır. (2011-ci ildə 511 qadın - 350
nəfəri dispanser, 161 nəfəri isə profilaktik qeydiyyatda olanlar).
Yaş qruplarına dair bölgüyə gəldikdə isə qeydiyyatda olan narkoloji xəstələrin ümumi sa yından
14-17 yaşında olanların sayı 4 nəfər - onlardan 2-si dispanser, 2-si profilaktik qeydiyyatda olanlar
(2011-ci ildə 2 nəfər profilaktik qey diy yat da), 18-29 yaşında olanların sayı 5010 nəfər olmuşdur
ki, onlardan 3699 nəfəri dispanser, 1311 nəfəri profilaktik qeydiyyatda olanlar, (2011-ci ildə 4979
nəfər - 3499 nəfər dispanser, 1480 nəfər pro fi lak tik qeydiyyatda), 30-39 yaşında olanların sayı
8134 nəfər olmuşdur ki, onlardan 6094 nəfəri dispanser, 2040 nəfəri profilaktik qeydiyyatda olan-
lar (2011-ci ildə 8304 nəfər - 6218 nəfər dispanser, 2086 nə fəri profilaktik qeydiyyatda), 40-59
yaşında olanların sayı 11 088 nəfər təşkil edir ki, onlardan 8698 nəfəri dispanser, 1593 nəfəri
profilaktik qeydiyyatda olanlar (2011-ci ildə 13 175 nəfərdir ( 11 143 nəfəri dis panser, 2032 nəfəri
profilaktik qeydiyyatda), 60-65 yaş və daha yuxarı olanların sayı 3674 nəfər təşkil edir ki, onlardan
3506 nəfər dispanser, 168 nəfəri profilaktik qeydiyyatda olanlardır.
2012-cu ildə Respublika Narkoloji Mərkəzii tərəfindən qeydiyyatdan çı xa rı lan la rın ümu mi sayı
430 nəfər - 236 nəfər dispanser, 194 nəfəri profilaktik qeydiyyatdan çixarılanlar təşkil edir (2011-ci
ildə 408 nəfər - 253 nəfəri dispanser, 155 nə fəri isə profilaktik qeydiyyatdan çıxarılanlar). Statistik
rəqəmlərdən göründüyü kimi, öl kə də nar koloji xəstələrin sayı ildən ilə artmaqdadır.
Respublikada narkomaniyanın müalicəsi sahəsində əldə olunan ən böyük uğurlardan biri xarici
ölkələrdə mövcud olan inyeksiyon narkotik istifadəçilər arasında tətbiq olunan əvəzedici müalicənin
respublikamızda həyata keçirilməsidir. Bir çox xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda bu
proqram dövlət xətti ilə həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabi-
20
NARKOTİKLƏRƏ QARŞI MİLLİ TƏBLİĞAT OFİSİ
netinin 11 sentyabr 2000-ci il tarixli 165N-li qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixo-
trop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr
barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydası”na uyğun olaraq 2004-cü ildən Respubli-
ka Narkoloji Dispanserinin nəzdində yalnız damardaxili və opium qrupuna daxil olan narkotik
vasitələrdən qeyri-tibbi məqsədlə istifadə edən şəxslərə istifadəsinə icazə verilmiş, tibb sənayesi
tərəfindən istehsal olunan sintetik opium preparatlarının tətbiqi ilə metadonla əvəzedici müalicə
proqramı bu günə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən
Respublika Narkoloji Mərkəzində bu proqramın həyata keçirilməsi haqqında 14.08.201-ci il tarixli
83 N-li əmr verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 021 saylı 26.01.2006-cı
il tarixli qərarı ilə respublikamızda “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində
istifadə olunan əvəzedici müalicə proqramının tətbiqinin şərtləri və qaydaları” təsdiq edilmişdir.
Qeyd etmək lazımdır ki, əvəzedici müalicə proqramlarının tətbiq olunmasının əsas prinsipləri
inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında HİV\QİÇS-in yayılmasının qarşısını
almağa və onların profilaktikasının təmin olunmasına yönəlmişdir.
Hal-hazırda metadonla əvəzedici müalicə proqramı üzrə iki məntəqə - Respublika Narkoloji
Mərkəzi fəaliyyət göstərir və QİÇS-lə Mübarizə Mərkəzində. Respublika Narkoloji Dispanserində
hal-hazırda 88 nəfər (2011-ci ildə 107 nəfər), QİÇS-lə Mübarizə Mərkəzində isə 45 nəfər bu pro-
qramda iştirak edir (2011-ci ildə 44 nəfər).
2012-ci il ərzində proqram iştirakşılarından 6 nəfəri dünyasını dəyişib, 6 nəfər həbs olunub, 8
nəfər detoksikasiya edilib, 9 nəfər isə naməlum səbıblərə görə proqramı tərk ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan
immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin
yaradılması barədə” 22\I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən
Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könül-
lü məsləhət və müayinə məntəqəsinin yaradılmışdır. 2012-ci il ərzində müayinədən 1642 nəfər
keçmişdir. Onlardan 64 nəfərdə İİV yoluxması aşkar olunmuşdur.
Bundan əlavə 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirli-
yinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması
təmin olunmuşdur. Cəmi ekspertizadan 1901 nəfər keçmişdir. Onlardan 1411 nəfər ilkin yoxlama-
dan, 490 nəfər isə təkrar yoxlamadan keçənlərdir (2011-ci ildə 2092 nəfər - onlardan 1484 nəfər il-
kin, 608 nəfəri isə təkrar yoxlama). Ümumi ekspertizadan keçənlərin sayından məcburi müalicəyə
ehtiyacı olanlar 1239 nəfər, məcburi müalicəyə ehtiyacı olmayanlar isə 254 nəfərdir (2011-ciildə
1441 nəfər məcburi müalicəyə ehtiyacı olanlar, 285 nəfər məcburi müalicəyə ehtiyacı olmayanlar).
|