53.AXC dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələri.
1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyəti haqqında Aktı”nı qəbul edən AXC, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Yarandığı zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC, Azərbaycan xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanı, parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhali-nin etno-konfessional tərkibində müəyyən çəki yükü əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə ki, etnik proporsiyaya görə parlamentdə nəzərdə tutulan 120 deputat yerdən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u- Bakı Rus Milli Şurasına 1-i Alman Milli Təşkilatına, 1-i –Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi. Azsaylı xalqların nümayəndələri, parlamentə seçilərkən, onun işində də aktiv fəaliyyət göstərmişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun parlamentin aqrar komissiyasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında iştirak etmişdi. Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC, multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyaların salınmasının 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919- cu ilin iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında keçirilmişdi. L.Kun bu bayram tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında məskunlaşan kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər.Azərbaycan-alman xalqlarının multikultural münasibətləri hərbi-siyasi sahədə də diqqət çəkmişdir. Azərbaycan xalqına varlığı ilə bağlı olan, vermaxt zabiti Emil Qurr, Azərbaycan legion tarixi üçün xidmətlər göstərmiş, 1920-ci il Gəncə üsyanın rəhbərlərindən olmuş C.Kazımbəylini gestapodan qurtararaq, onun həyatını xilas etmişdi.
54: Azerbaycan çoxmillətli dövlət kimi:
Ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi və qətiyyəti ilə 1994-cü ildən sonra bu siyasət əsas xətt kimi götürülüb.Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilmişdir. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir.Hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir.Qeyd edək ki, hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi – azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər azsaylı xalq, milli azlıq və etnik qruplar (ləzgilər, ruslar, talışlar avarlar, tatarlar, gürcülər, yəhudilər və hətta ermənilər) yaşayırlar.Qubanın “Kiçik Yerusəlim” adlanan Qırmızı Qəsəbəsinə - Dağ yəhudilərinin kompakt yaşadığı yerə. Qırmızı Qəsəbə Quba rayon mərkəzinin 2-3 kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Əhalinin 99 faizi dağ yəhudilərdən ibarət olan bu qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.Qırmızı qəsəbədəki sinaqoqların birində yəhudi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar dərsdən kənar vaxtlarda yəhudilərin adət-ənənələrini öyrənirlər. Bundan başqa qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələri ilə birlikdə elmin sirlərini öyrənirlər. 260-dan çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Qarabağ müharibəsi zamanı da bu, özünü sübut elədi. Həmin vaxt yəhudi də, talış da, ləzgi də, saxur da, avar da, ingiloy da, Ahıska türkü də öz Vətəni uğrunda vuruşdu. Onların sırasında milli qəhrəmanlar, şəhid olanlar var. Onlar bu gün də Azərbaycan torpağının azadlığı uğrunda döyüşə hazırdılar. Bu torpaqda doğulan, yaşayan hər bir vətəndaş Vətən borcunu, vətəndaşlıq borcunu hiss edir və bu hissiyyat üzvi şəkildə qovuşmaqdadır. Yəni burada ziddiyyətlər yox, rəngarəngliyin vəhdəti var.Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva lakonik və çox tutarlı ifadə edib: “Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzidir”