1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Multikulturalizm və Azərbaycan iqtisadiyyatı



Yüklə 89,96 Kb.
səhifə24/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   17   18   19   20   21   22   23   24   25
multikulturalizmin imtahan cavablarıı..

59.Multikulturalizm və Azərbaycan iqtisadiyyatı.
Heydər Əliyev: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.İlham Əliyev: “Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər”Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Bu baxımdan Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.Ölkəmizdə son dəfə aparılmış siyahıya alınmaya görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan həmişə milli azlıqların sərbəst və təhlükəsiz yaşadığı bir məkan olub. Hələ Sovetlər dönəmində Bakının SSRİ-nin ən beynəlmiləl şəhəri olması barədə fikirlər hər yerdə səslənirdi. Bu, həqiqətən də belə idi. Bakı bu statusu indi də qoruyub saxlayır. Bu gün Azərbaycanda Sovetlər dönəmində olduğundan da artıq rus dilli orta məktəblər, ali məktəblər, ali və orta ixtisas məktəblərində rus dili bölmələr, uşaq baxçaları mövcuddur. Bizdən fərqli olaraq mənfur qonşumuz Ermənistan müstəqillik illərində onsuz da başqa xalqların ən az yaşadığı bir ölkədən mono respublikaya çevrilib. Rusiyanın Ermənistanı bütün səviyyələrdə nə qədər dəstəkləməsinə baxmayaraq Sovetlər birliyi dağıldıqdan sonra bu ölkədə rusların belə yaşaması mümkün olmayıb.Bu gün Azərbaycan dünyada başqa xalqların rahat yaşaya bildiyi ölkələr içərisində aparıcı yerlərdən birini tutur. Bunun həqiqətən də belə olduğunu biz özümüz demirik, Azərbaycanda yaşayan etnik qruplar və başqa xalqların nümayəndələri milli azlıqların problemlərinə həsr olunmuş beynəlxalq tədbirlərdə dəfələrlə səsləndiriblər. Keçən ilin sonlarında ölkəmizə rəsmi səfərə gələn İsrailin baş naziri Benyamin Netanyahu danışıqların əvvəlində Azərbaycanın və şəxsən İlham Əliyevin multikulturalizm və tolerantlıq sahəsində siyasətini yüksək qiymətləndirərək, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına səmimi münasibətinə heyran olduğunu bildirdi. Azərbaycanda bu münasibət təkcə yəhudilərə deyil, milli azlığın bütün nümayəndələrinə bəslənir.Dünyada gedən milli ayrı-seçkilik, ksenefobiya və islamofobiya meyllərinin getdikcə gücləndiyi bir dönəmdə, başqa xalqların mədəniyyətinə və dininə bu qədər hörmətlə yanaşmaq Azərbaycanı bu gün investisiyaların yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən birinə çevirir. Multikultiral dəyərlərin yüksək səviyyədə olması ictimai – siyasi sabitliyin başlıca şərtlərindən biridir. Məhz bu səbəbdən bu gün Azərbaycan ictimai – siyasi sabitliyin ən yüksək səviyyədə olduğu ölkələrdən biri və heç şübhəsiz birincisidir. Belə bir sabitlik ölkə iqtisadiyyatının sürətli inkişafı üçün münbit bir mühütün formalaşması demək oldu. Son on ildə dünyada davam edən və əsasən də siyasi motivlərlə müşayiət olunan, sonu isə hələ də görünməyən iqtisadi tənəzzül şəraitində Azərbaycan iqtisadiyyatın sürətli inkişaf yolunu seçərək ölkəmizin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail oldu. Bu dövr ərzində Ümumi Daxili Məhsulun həcmi 2,3 dəfə, büdcə gəlirləri isə 2,9 dəfə artırıldı, nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək yaxşı bünövrə qoyuldu. Bunun nəticəsidir ki, indi Azərbaycanın bütün bölgələrində enerji, su, qaz təminatı sahəsində heç bir problem yaşanmır. Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlara dünyanın aparıcı beynəlxalq iqtisadi və maliyyə qurumları, nüfuzlu reytinq agentlikləri yüksək qiymət verirlər. Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlməsi də görülən işlərə verilən ən obyektiv qiymətdir. Ölkə iqtisadiyyatına son 10 il ərzində 100 milyard dollardan artıq xarici investisiyanın yatırılması məhz bu ictimai – siyasi sabitliyin nəticəsində mümkün ola bilmişdi. Azərbaycan kimi çox da böyük olmayan bir ölkənin iqtisadiyyatına az bir müddətdə bu qədər xarici investisiyanın yatırılması ölkəmizə olan inamın nəticəsidir. Bu inamın və etimadın qazanılmasında multikulturalizmin rolu kifayət qədərdir.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin