SəRBƏst iŞ №1 Mövzu



Yüklə 18,66 Kb.
səhifə1/3
tarix19.10.2022
ölçüsü18,66 Kb.
#65448
  1   2   3
Mülkü müdafiyə Sərbəst iş 1


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya
Fənn : Mülkü müdafiyə


SƏRBƏST İŞ №1
Mövzu: Zəlzələlər və onların yaranma səbəbləri
Fakültə: Energetika, elektrotexnika və avtomatika
Qrup: 679a2
Tələbə: İsmayılova Leyla
Müəllim: Qaraxanov Məzahir


2022
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.
Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə insanların ölümünə səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələləri öyrənən elmə seysmologiya deyilir.
Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.


Şaquli hərəkətlər — düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məs: Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fayadlanır. Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2–3 sm sürətlə "sürüşərək" hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal və qalxmış sahə isə sinklinal adlanır.

Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni "seysmoqraf" adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıqRixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15–20-si daha fəlakətli olur. Onlar əsasən okeanlarda baş verir.


Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Yeraltı təkanlar zəlzələdan ən qısa məsafə qət etdiyi üçün ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə isə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Zəlzələlər çox güclü vulkan partlayışı nəticəsində də baş verir. Dünyada ən güclü zəlzələlər Amerikanın qərb sahilindəki Kordilyer-And dağlarında, Cənubi Avropa ilə Asiya arasındakı Alp-Himalay dağlıq qurşağında, Sakit Okeanın qərb sahilindəki müasir geosinklinal qurşaqda (Yaponiya, Indoneziya, Filippin və s.) baş verir. Avstraliya, Braziliya yaylası, Labrador yarımadasında isə zəlzələlər demək olar ki, baş vermir.





Yüklə 18,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin