Mingəçevir Şəhəri İcra Hakimiyyəti
başçısının 1 nömrəli Sahə İnzibati Ərazi
Dairəsi üzrə Nümayəndəliyinin 2015-ci ilin
yekunları və qarşıda duran vəzifələrləbağlı
hesabatı
Möhtərəm cənab başçı,
hörmətli yığıncaq iştirakçıları, xanımlar və cənablar!
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs nəticəsində ildən ilə inkişaf edən müstəqil Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsas mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi durur.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarının 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2016-cı il bayramları münasibətilə xalqımızasöylədiyitəbrik nitqindəki
“... Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır... Bütün sosial layəhələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini... göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” fikirləri dəbunu bir daha təsdiq edir.
Eyni zamanda yanvar ayının 10-da möhtərəm Prezidentimizin sədrliyi ilə 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclasında əldə olunmuş uğurları qeyd etməklə, 2016-cı ildə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər birimizin daha yaxşı işləməli olduğumuzu xüsusi vurğulamışdır. Bununla bağlı sizlərin şəxsində mən şəhər sakinlərini möhtərəm prezidentimizin bu mühüm fikirlərinin həyata keçməsi üçün üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çağırıram.
Bu gün beynəlxalq aləmdə yüksək nüfuza malik olan respublikamız bir çox irihəcmli layihələrin təşəbbüskarı və iştirakçılarındandır. Həmçinin regionda elə bir layihə yoxdur ki, o Azərbaycanın iştirakı olmadan həll edilsin. Bütün bunlar dünyada iqtisadi böhranın baş verdiyi bir dövrdə həyata keçirilir və ölkəmiz qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.Sevindirici haldır ki, bu inkişaf, bu tərəqqi respublikamızın hər yerində hiss olunur. İnsanların maddi-məişət problemləri həll edilir, sosial problemlər ön plana çəkilir.
Bütün bunlar doğma Mingəçevirimizdən də yan keçməmişdir. Belə ki, hesabat ili ərzində möhtərəm prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində şəhərimizdə xeyli tikinti-abadlıq, quruculuq işləri aparılmış, yeni park və xiyabanlar salınmış, yeni-yeni obyektlər açılmış, yüzlərləşəxs daimi və müvəqqəti xarakterli işlə təmin olunmuşdur. Görülən zövqoxşayan işlər hamı tərəfindən bəyənilir, insanların rahatlığını təmin edir.
Bu gün Mingəçevir həqiqətən möhtərəm prezidentimiz cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, müasir, gözəl və yaraşıqlı bir şəhərə çevrilmişdir. Bu fikirləri şəhərimizə tez-tez gələn qonaqlardan da eşidəndə hər birimizdə yüksək qürur hissi yaranır. Məhz buna görə də 2015-ci ilin uyun ayında ölkəmizdə uğurla keçirilmiş I Avropa Oyunlarının bir qolu olan avarçəkmə idman növü doğma şəhərimizdə keçirildi. Hər birimizüzərimizə düşən bu böyük məsuliyyətidərk etməklə çalışdık ki, bu sınaqdan alnıaçıq çıxaq. Bütün potensial imkanlarımızı səfərbər edərək buna nail olduq.
Hörmətli yığıncaq iştirakçıları, Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2013-cü il yanvar ayının 8-dən fəaliyyət göstərir. Ötən dövrdə Yerli İcra Hakimiyyətləri haqqında mövcud Əsasnaməyə uyğun olaraq Nümayəndəlik öz üzərinə düşən vəzifələri və Şəhər İcra Hakimiyyətinin tapşırıq, təlimati göstəriş və tövsiyələrini rəhbər tutaraq səlahiyyətləri daxilində onların yerinə yetirilməsinə səy göstərmişdir.
Nümayəndəliyin 2015-ci ildəki fəaliyyəti üçün Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 39 846 manat vəsaitin təsnifatı aşağıdakı kimi olmuşdur. İşçilərin əmək haqqına və əməyin ödənilməsi ilə bağlı ödənişlərə – 22 603, Dövlət Sosial Müdafiə Fonduna ayrılmalara – 5 798, Nümayəndəliyin saxlanmasına – 1860, o cümlədən cari təmir işlərinə –1 487, inventar və avadanlıqların alınmasına – 740, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə –553, digər maşın və avadanlıqlar alınmasına – 738xərclənmiş və 3 655 manat qənaət edilmişdir. Heç bir təşkilatla debitor və kreditor borc yaranmamışdır. 2016-cı ilin büdcəsi üzrə Nümayəndəliyin proqnoz layihəsi tərəfimizdən vaxtında Şəhər Maliyyə İdarəsinə təqdim olunmuşdur.
Nümayəndəlik yarananda onun inzibati ərazisi 15,94 km² müəyyən edilmiş, burada 12 821 təsərrüfat qeydə alınmış və əhalinin sayı 52 205 nəfər olmuşdur. Təlimata görə 2015-ci ildə ev təsərrüfatlarının uçotu kitablarında aparılmış dəqiqləşmə və dürüstləşmələrə əsasən hazırda ərazidə 12 870 təsərrüfat var və əhalinin sayı 52 340 nəfər təşkil edir. Hazırda ev təsərrüfatlarının qeydiyyatı kitablarında 2016-cı il üçün dəqiqləşmələr aparılır.
Hörmətli yığıncaq iştirakçıları, Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş əsas vəzifələrirəhbər tutaraq inzibati ərazidə yaşayan əhalinin sosial əhəmiyyətli problemlərini öyrənib təkliflərini İcra Hakimiyyətinə təqdim edərək inzibati ərazi dairəsində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətininŞəhər İcra Hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə çalışmışdır.
Öz gündəlik fəaliyyətində Nümayəndəliyin əməkdaşları il ərzində 230-dan yuxarı reyd, baxış və müşahidələr keçirmiş, rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlaqədar qurumlarla müzakirə və məsləhətləşmələr aparmış və onların həlli istiqamətində tədbirlər görülməsində iştirak etmişlər.
Belə ki,497 halda içməli və çirkab su xətlərində baş vermiş nasazlıq və qəzalar, 270halda binaların fasad hissələrinin təmiri və zirzəmilərin təmizlənməsi, 4halda icazəsiz tikililər, 18 halda küçə ticarəti, 26 halda dam örtüyünün təmiri, 66 halda sahibsiz itlər və digər nəzarətsiz ev heyvanları və quşları barədə, 12 halda qurumuş ağaclar, 32halda məişət tullantılarının müəyyən olunmamış yerə tökülməsivə daşınmasında ləngimələr,4 halda məhəllədaxili yollarda sakinlər tərəfindən süni maneələrin yaradılması,12 halda sahibkarlarla və obyekt adlarının və reklamların doğma dilimizə dəyişdirilməsi və ərazilərinin təmiz və səliqəli saxlanması, 18 halda küçə işıqlanmaları, 34 halda dilənçilərlə bağlı və ayrı-ayrı şəxslər tərəfindən kütləvi istirahət yerlərində ümumi qaydaların pozulması və avtomobillərin səkidə saxlanması, yuyulması ilə qarşılaşmış və bütün bunlar haqqında əlaqədar qurumlarla əlaqə saxlanılmış, onların aradan qaldırılması üçün tədbirlər görülmüşdür. İl ərzində həmçinin keçirdiyimiz reyd və baxışlar zamanı yaşayışçılarla görüşlərdə onları maraqlandıran və narahat edən məsələlərlə bağlı söhbətlər və məsləhətləşmələr aparmış, izahatlar vermişik. Lakin açığını etiraf edim ki, rast gəldiyimiz problemlər öz həllinidərhal və ya həmin gün tapmır. Məsələn, bəzən su kanal sistemindəki qəza və nasazlıqların qısa müddətdə aradan qaldırılması mümkün olmur. Xüsusilə çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki kommunikasiya xətlərinə xidmət Su kanal İdarəsinin tabeliyinə verildikdən sonra bu sahədəki problemlərin aradan qaldırılmasında çətinliklər var.
Eləcə də, götürək məhəllələrin süpürülməsindəki nöqsanları. Məhəllənin süpürülməməsi ilə bağlı aidiyyəti MİS rəhbərliyi ilə əlaqə saxladıqda həmin sahənin dalandarının xəstə və ya məzuniyyətdə olduğunu bildirirlər. Bu düzgün cavab deyil. Gün ərzində süpürülməmiş sahə qalmamalıdır.Və yaxud məhəllələrdə zibilin yerə tökülməsi. Kifayət qədər yeni zibil qabları alınıb gətirilib. Lakin heç də hər yerdə zibil qabı qoyulmayıb. Biz, nümayəndəlik olaraq lazım olan yerlərə zibil qabı qoyulması ilə bağlı vaxtaşırı təkliflər veririk. Bir sıra yerlərdə artıq yeni zibil qabları qoyulub.Bu iş davam etdirilməlidir.
Zibillərin daşınmasından da yaşayışçıların narazılıqları var. Etiraf edək ki, son dövrdə kommunal müəssisələrin texnika parkı xeyli genişlənib. Lakin xüsusi tipli zibil daşıyan müasir avtomobillərin alınmasına yenə ehtiyac vardır.
İl ərzində inzibati ərazidə 21 halda elektrik enerjisinin verilməsində əhalinin narazılığına səbəb olan fasilələr olmuşdur. Hələ yay aylarında Şəhər İcra Hakimiyyətində şəhərin idarə, müəssisə və təşkilatların, xüsusilə kommunal sahələrin payız-qış mövsümünə hazırlığı ilə bağlı məsələ müzakirə olunaraqonlara konkret tapşırıqlar verilmişdir.Düzdür, son illərdə şəhərinelektrik təsərrüfatında xeyli işlər görülüb. Məhəllədaxili hava elektrik verilişixətləri SİPləşdirilmiş, transformatorlarda təmir-sazlama işləri aparılmış, yeniləri quraşdırılmışdır.Lakin nasazlıqlar əsasən ana xətlərdə baş verir. Həmçinin əksər yaşayış binalarının girişlərində və zirzəmilərindəki elektrik şkaflarının vəziyyəti də yaxşı deyildir. Bunlar demək olar ki, baxımsızdır. Ötən ildə bu məsələni qeyd etmişdik. Müəyyən işlər görüldü. Lakin bu tam deyildir. Zirzəmidə hər hansı bir təmir və təmizlik işinin aparılması (xüsusilə su-kanalizasiya şəbəkəsində) təhlükəlidir. Halbuki, həmin zirzəmilər əsasən baş verə biləcək və ya ehtimal olunan fövqəladə hadisələr zamanı əhalinin ilkin daldalanacaq yeri hesab olunur. Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Su kanal İdarəsi zirzəmilərə nəzarəti artırmalı, onların təmizliyi, kommunikasiya xətlərinin sazlığına məsuliyyət daşıyırlar.Odur ki, aidiyyəti qurumun rəhbər vəzifəli şəxsləri bu sahəyə xüsusi diqqət göstərməlidirlər.
Hörmətli xanımlar və cənablar, şəhərimizdə son illərdə yüksək zövq, müasir və milli üslubda aparılan təmir-tikinti və yenidanqurma, abadlıq və səliqə-səhman işləri hər birşəhər sakininin ürəyincədir. 2015-ci ildə də bu işlər uğurla davam etdirilmişdir. Parkların, bağların və xiyabanların müasir görkəm alması, mövcud fontanların təmiri və yenidən qurulması, yolların genişləndirilməsi və s. buna misaldır.H.Əliyev və M.Maqomayev prospektləri, Ü.Hacıbəyov və 20 Yanvar küçələrində 160 701 m² yeni asfalt örtüyü salınmış, park və xiyabanlardarahat və yaraşıqlı oturacaqlar və müasir işıqlanma sisteminin quraşdırılması, su-kanalizasiya şəbəkəsində aparılan yenidənqurma işləri, yeni və müasir işıqforların quraşdırılması,22 binanın fasad hissəsinin rənglənərək onlara yeni görkəm verilməsi, 71 çoxmənzilli yaşayış binasının şifer dam örtüyünün(56 101 m²) əsaslı təmir olunaraq metalkeramika ilə əvəzlənməsi, 4 binanın yumşaq dam örtüyünün (4 684 m²) əsaslı şəkildə çardaq qurulmaqla metalkeramikaya çevrilməsi, şifer dam örtüklü 78 (726 m²), yumşaq örtüklü 137 binanın damında (4 800 m²) cari təmir işlərinin aparılması, 28 binada yağışötürücü su borularının cari təmiri və yenidən quraşdırılması,752mənzildə kommunkasiya xətlərində baş vermiş nasazlıqların aradan qaldırılması, küçə və məhəllələrdə yaşıllıqların artırılması və s.bu qəbildən olan işlərdəndir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mingəçevirə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində2015-ci ildə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında aparılan genişmiqyaslı işlərinaz bir hissəsi olmaqla doğma şəhərimizin daha da gözəlləşməsi, onun müasir görkəm alması üçün həyata keçirilən məqsədyönlü tədbirlərdəndir. Eləcə də, Ulu Öndərin adını daşıyan parkda, M.Füzuli küçəsindəkibağın əsaslı şəkildə yenidən qurularaq parka çevrilməsi və orada dahi şairin büstünün qoyulması, Teatr meydanında yüksək zövqlə aparılmış yenidənqurma və abadlıq işləri şəhərimizə xüsusi yaraşıq verir. Şəhər Mərkəzi Xəstəxanasının yenidən qurulması, 10 №-li məktəbin, 10 və 12 №-li u/b – k/e-lərinin əsaslı təmiri, bir dövlət və özəl uşaq bağçalarının inşası şəhərdə aparılan sosial yönümlü işlərdəndir. Xüsusilə “Şəhidlər Xiyabanı”nda aparılmış tam yenidənqurma işləri igid oğullarımıza olan yüksək ehtiramın bariz nümunəsidir.
Nümayəndəlik olaraq biz də bu işlərdən kənarda qalmamış, Şəhər İcra Hakimiyyəti başçısının göstəriş və tapşırıqlarının, qəbul edilən qərarların və verilən sərəncamların icrasında aidiyyəti qurumlarla birgə yaxından iştirak etmişik. Odur ki, üzümü ictimaiyyət nümayəndələrinə tutaraq bu işlərdə yaxından iştirak etməyə, görülən işlərə öz münasibətinizi bildirməyə dəvət edirəm.
Hesabat dövründə nümayəndə tərəfindən 133, nümayəndənin müavini tərəfindən 78 nəfər yaşayışçı qəbul edilib və ya telefon vasitəsilə müraciətləri dinlənilib. Edilən müraciətlərin16-sıdam örtüyünün təmiri, 44-ü su-kanalizasiya xətlərində baş verən qəza və nasazlıqlar, 14-ü zirzəmilərin təmizlənməsi, 10-u zibil qablarının qoyulması, 6-sı xeyir-şər mağarlarının təmirinə köməklik, 24-ü elektrik xətlərinin nasazlığı, 2-si qazın zəif olması, 8-i məhəllənin asfaltlanması, 5-i küçə işıqlanması, 4-ü sahibsiz heyvan və ev quşları, 16-sı yeni oturacaqların qoyulması, 3-ü təhlükəli ağacların budanması, 32-si isə müxtəlif xarakterli olmuşdur.
Vətəndaşlar tərəfindən edilən müraciətlərlə bağlı digər qurumlarla yanaşı Şəhər Bələdiyyəsi ilə də sıxəlaqə saxlayır və onların köməyindən də istifadə edirik. Məhz bunun nəticəsi olaraq müraciətimiz əsasında inzibati ərazi hüdudlarında4 xeyir-şər mağarına müxtəlif tikinti materialları ilə köməklik göstərilib, məhəllələrdə 20yeni oturacaq və bir yerdə kölgəlik quraşdırılmışdır.
Əziz yığıncaq iştirakçıları, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, mövcud təlimata uyğun olaraq sənədləşmə və kargüzarlıq işlərinin aparılmasının təşkili də nümayəndəliyin fəaliyyətinin əsas sahələrindən biridir. Təsdiq olunmuş reqlamentə əsasən vətəndaşların qəbulu Nümayəndəlikdə həftə ərzində iki gün – həftənin çərşənbə günü nümayəndənin müavini və cümə günü nümayəndə tərəfindən saat 15.00-dan 18.00-dək müəyyən edilmişdir. Lakin buna baxmayaraq, vətəndaşlar həftənin digər günlərində də qəbul olunur və eyni zamanda telefonla da müraciət edirlər. İmkan daxilində çalışırıq ki, edilən müraciətlər əlaqədar qurumların köməkliyi ilə elə həmin gün və ya ertəsi gün öz həllini tapsın. Həlli vaxt tələb edən müraciətlər barədə müvafiq qaydada vətəndaşa məlumat verilir və onunla bağlı aidiyyəti qurumlarla əlaqə saxlanılır.
Hesabat dövründə Nümayəndəliyə 5 ərizə, 26 məktub daxil olmuş və 51sənəd isə göndərilmişdir. Daxil olan sənədlər mövcud təlimatla müəyyən olunmuş vaxtda icra olunmuşdur. Tərəfimizdən edilmiş rəsmi müraciətlər əsasında Q.Nəbi küçəsinin işıqlandırılması təmin olunmuş, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə birgə Mingəçevir kəndi yaşayış sahəsinin Sahil küçəsində əhalinin narahatlığınasəbəb olan zibilxana ləğv edilərək yerində səliqə-səhman işləri görülmüş,kəndin demək olar ki, yarısınıqidalandıran köhnə elektrik transformatoru yenisi ilə əvəz olunmuş, M.Maqomayev prospekti 50 və 52 №-li, Ş.İ.Xətai küçəsi 9 və 11 №-li binaların qarşısında bina və yaşayışçılar üçün təhlükə törədən, eləcə də park və xiyabanlarda, N.Nərimanov, R.Rza, İ.İslamzadə, M.Füzuli, 20 Yanvar küçələrində səkilərdə piyadaların hərəkətinə mane olan ağaclar budanmış, sakinlərin müraciətləri nəzərə alınaraq A.Məmmədov və Xan Şuşinski küçələrinin kəsişməsində yeni işıqforquraşdırılmış, Mingəçevir kəndi yaşayış sahəsində 5 yerdə dayanacaq qoyulmuşdur.Bundan sonra da tərəfimizdən vətəndaşların müraciətlərinə diqqətlə yanaşılacaq, onların arzu və təkliflərininyerinə yetirilməsinə çalışacağıq.
Hörmətli yığıncaq iştirakçıları, Nümayəndəliyin əməkdaşlarıŞəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq yaradılan komissiya və işçi qruplarında yaxından iştirak edir, üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırlar.Eləcə də il ərzində Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bütün ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində fəallıq göstərmişlər.
Lakin açığını etiraf edim ki, Nümayəndəliyin fəaliyyətində nöqsanlar da yox deyildir. Bunlar əsasən özünü yerlərdə sakinlərlə görüşlərin az keçirilməsi, inzibati ərazidəkiyaşayışçıların qeydiyyatında problemlərin, aşkar olunmuş nöqsanların aradan qaldırılmasında işlərinləng aparılmasında, nəzarətsiz ev heyvanları və quşlarınınhələ də tam yığışdırılmamasında göstərir. Çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu sahələrə daha çox diqqət yetirək.
Hörmətli xanımlar və cənablar, bununla mən Nümayəndəliyin 2015-ci ildəki fəaliyyəti barədə hesabatı Sizlərə təqdim etdim. Ola bilsin ki, nəyisə unutmuşuq, hansı sahəyə isə toxunmamışıq. Buna Sizlərdən obyektiv və tənqidi şəkildə qiymət verməkləhəmin sahələrlə bağlı öz fikir və təkliflərinizi bildirməyinizi xahiş edirəm.Sözsüz ki, Sizin fikir və təklifləriniz bizim gələcək fəaliyyətimizdə köməyimiz olacaq və həmin sahələrə tərəfimizdən diqqət daha da artırılacaqdır.
Hörmətli mingəçevirlilər, bu yığıncaqda şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və fəal yaşayışçıların iştirakından istifadə edərək Sizləri öz səliqə-səhmanı, yaraşığı, təmizliyi, nizam-intizamı ilə seçilən doğma şəhərimizdə insanlar üçün nə yaradılıbsa onları qoruyaq, onun daha da gözəlləşməsi, inkişaf etməsi, sakinlərimizin rahatlığı naminə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən işlərdə yaxından iştirak edək, üzərimizə düşən vəzifələrə daha məsuliyyətlə yanaşaq, ata və babalarımızın qurub yaratdığı və bu gün daha da inkişaf edən Mingəçevirə öz töhfəmizi verməyə çağırıram.
Sonda icazə verin Sizi əmin edim ki, nümayəndəliyimizin bundan sonra da “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və digər rəhbər qanunvericilik aktlarının müddəalarını, Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının tapşırıq, göstəriş və tövsiyələrini özünün gündəlik fəaliyyətində rəhbər tutaraq inzibati ərazi dairəsində yaşayan insanların təklif, arzu və fikirləri, qaldırdıqları təşəbbüslərlə bağlı üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərəcəkdir.
Diqqətinizə görə sağ olun.
İcra Hakimiyyəti başçısının
1 nömrəli SİƏD üzrə nümayəndəsi: Rizvan Mikayıllı
Dostları ilə paylaş: |