24 Qurani Kərimdə dözümlülük ənənəsi



Yüklə 14,39 Kb.
tarix02.02.2022
ölçüsü14,39 Kb.
#52014
24 QK


24 Qurani Kərimdə dözümlülük ənənəsi

İslam mədəniyyətində dözümlülük ənənəsi, birinici növbədə, əsasını müsəlmanların müqəddəs kitabı olan Qurandan götürmüşdür. Qurani-Kərim “Dində heç bir məcburiyyət (zorakılıq) yoxdur” qaydasını qoymuşdur. Buna görə də İslama qorxu altında, zorakı yollarla qəbul edilən etiqad və mərasimlər doğru hesab edilmir. Bir başqa Quran ayəsində “Sizin öz dininiz var, mənim də öz dinim!” – deyə dini müxtəliflik aydın ifadə olunur. Dini dözümlülüyə misal göstərilən Quran ayələrinin sayını daha da artırmaq mümkündür. Quranda müharibə aparmaqla əlaqədar məqamlara gəlincə, bunlar dövrün xüsusi şərtləri və ya özünümüdafiə strategiyası kimi anlaşılmalıdır. Belə ki, müharibə ilə bağlı ehkamları dövrün tarixi kontekstindən ayıraraq, günumuzdəki zorakılıq halları ilə əlaqələndirmək obyektiv yanaşama deyildir. İslamda müharibə və ya cihad, ilk növbədə, insanın özünü kamilləşdirməsi kimi izah edilir. Bununla yanaşı, cihad insanın öz vətənini, millətini, həmçinin özünü düşmən təhlükəsindən qorumaq kimi başa düşülməlidir. İslam dinində fərqli din, məzhəbə münasibətlər, beynəlxalq əlaqələr və s. aid prinsiplər, məlum olduğu kimi, müxtəlif şəkildə interpretasiya edilə bilər. İslam tarixində fərqli din və mədəniyyətlərin özünəməxsus siyasi sistemdə ehtiva edildiyi, beləliklə, fərqli din, mədəniyyət və millətlərin birgəyaşayışının təmin edildiyini göstərən presedentlər mövcuddur. Hər şeydən əvvəl, Məhəmməd peyğəmbərin həyatı, sözləri və fəaliyyəti dözümlülük ənənəsinin nümunəsi kimi təqdim edilə bilər. İslam tarixində verilən məlumatlara görə, İslamın erkən dövrlərində müsəlmanlar Məkkədə uzun müddət zülm və işgəncələrə məruz qalmış, sonda evini-yurdunu tərk edərək, 622-ci ildə Yəsribə (Mədinə) köçmək məcburiyyətində qalmışdılar. Məkkə şəhəri on ildən sonra fəth ediləndə isə müsəlmanlar cinayət törətmiş bir neçə şəxs istisna olmaqla heç kəsi cəzalandırmamış, köhnə ədavətlər unudulmuşdur. İslam dinini qəbul etməyənlər də əqidələrində sərbəst buraxılmışlar. Həmin dövrdə müsəlmanlar Mədinə şəhərinə köçdükdə orada müsəlmanlardan başqa iki icma mövcud idi: bunlar yəhudilər və bütpərəstlərdən ibarət idi. Məhəmməd peyğəmbərin Mədinəyə yerləşməsindən dərhal sonra, orada yaşayan üç fərqli icma arasında Mədinə müqaviləsi adlandırılan anlaşma imzalandı. Bu müqaviləyə əsasən, Mədinə şəhər-dövləti yaradılmış və şəhərdə yaşayan hər kəs bu şəhər-dövlətin bərabərhüquqlu üzvü hesab edilmişdir: hər bir dini icma xarici təhdidlərə qarşı bir yerdə dövləti müdafiə vəzifəsi daşıyır, eyni zamanda, öz daxili işlərində, əqidəsində və qanun-qaydalarında müstəqil hüquqlara malik idilər. İslam tarixində dinlərarası dözümlülük və fərqli dinlərə tolerant yanaşmaya verilə biləcək digər bir nümunə Məhəmməd peyğəmbərin Nəcran xristianları ilə görüşməsi hadisəsidir. Məhəmməd peyğəmbər xristianlardan ibarət heyət ilə görüşüb, onları İslama dəvət etmişdir. Onlar bu dəvəti qəbul etməyincə sərbəst buraxılmış, heç bir təzyiqə məruz qalmamış, təqib edilməmişlər. Tarixi mənbələrdə göstərilir ki, müsəlmanlarla nəcranlılar arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Nəcran xristianlarının bütün təhlükəsizlik, mülkiyyət və dini ayinlərini yerinə yetirmə hüquqlarının qorunmasına zəmanət verilmişdir. Onların adət-ənənələrinə hörmətlə yanaşılacağı, dini işlərinə müdaxilə edilməyəcəyi də bu müqavilənin maddələri arasında yer almışdır.
Yüklə 14,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin