1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən praktiki işlər və tədbirlər



Yüklə 89,96 Kb.
səhifə23/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   17   18   19   20   21   22   23   24   25
multikulturalizmin imtahan cavablarıı..

58.Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən praktiki işlər və tədbirlər.
Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizm ilk növbədə Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bu yarımfəsildə biz multikulturalizmin ölkənin daxili siyasətinin mühüm bir komponenti kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında rolunu göstərəcəyik.Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə dörd əsas məqamda göstərir:

  1. Ölkəmizdə dini azadlıqların təmin edilməsində;

  2. Bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabərolmasında;

  3. Dini icmaların fəaliyyətlərinə dövlət tərəfındən hər cürdəstək göstərilməsində

4.Dinlər arası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında.
Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçmiş, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Ölkə vətəndaşlarının dini etiqad azadlığı Azərbaycan Respublikası Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına əsaslanır.Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (“Bərabərlik hüququ”) 3-cü bəndinə əsasən “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarım və azadlıqlarını irqi, nıilli, dini,dili, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyasının 48-ci maddəsinin (“Vicdanazadlığı”) 1-ci və 2-ci bəndlərində isə qeyd olunmuşdur: “Hər kəsin vicdan azadlığı vardır”, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.Azərbaycan Respublikasında dini azadlıqların təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev 2014-cü ilin dekabr ayında Bakıda Heydər məscidinin açılışında qeyd etmişdir ki,“Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının növbəti göstəricisinə burada dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, burada söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatından keçmiş dini qurumlardan gedir.Məlumat üçün qeyd edək ki, 2009-2015-ci illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 615 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri-islam, 594-ü islam təmayüllü dini qurumdur. Qeyri-islam dini qurumlarından 12-si xristian, 6-sı yəhudi, 2- si bəhai və 1-i krişna dini icmasıdır. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ölkəmizdə “bütiin dini etiqadlar qanun qarşısında bərabərdir”. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində isə deyilir: “Bütün dinlər və dini qurumlar qanıın qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük vəya məhdudiyyət müəyyən edilə bilməz”Məlum olduğu kimi, İslamın şiə və sünni məzhəblərə bölünməsi müsəlman dünyasının sosial-iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə geridə qalmasının əsas səbəblərindən biri olmuşdur. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada şiə-sünni qarşıdurması yoxdur. Ölkə əhalisinin əksəriyyəti bu bölgüyə əhəmiyyət vermir. Bunun mühüm bir əyani göstəricisi kimi şiələrlə sünnilərin eyni məscidlərdə ibadət etmələrini göstərmək olar. Azərbaycanda şiə-sünni qarşıdurmasının olmamasına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə verdiyi müsahibədə bunları söyləmişdir: “Bir sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləşdiyi bir zamanda, bu ilin (2016-ci il Red.) yanvarında Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılınışlar”. Dövlət bütün dini qurumların hər birinə lazımi köməklik, o cümlədən maliyyə dəstəyi göstərir. Rəsmi məlumata əsasən, 2003-cü ildən bəri Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Belə məscidlərdən Bibiheybət, Təzəpir, Əjdərbəy, Heydər məscidlərini, İmamzadə dini, tarixi, mədəni mərkəzini və başqalarını göstərmək olar.Eynilə rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri işlərində dövlət öz lazımi köməyini göstərir.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin