1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Sovet dövründə dövlət din münasibətləri



Yüklə 89,96 Kb.
səhifə19/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
multikulturalizmin imtahan cavablarıı..

50.Sovet dövründə dövlət din münasibətləri.
Azərbaycanın Sovet Rusiyasına ilhaqmdan sonra məscidlərin və ruhanilərin mükəmməl təşkilat quruluşu və ümumi struktur sistemi yox idi və formal olaraq onlar Ufa şəhərindəki Ümumrusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinə tabe idilər. Lakin bu təşkilatla əlaqə çox zəif və formal xarakter daşıyırdı. Ancaq həmin dövrdə Azərbaycan SSR-də ruhanilərin kortəbii fəaliyyət göstərdiyini də demək olmazdı. Belə ki, respublika ərazisində ilahiyyatçıların fəaliyyətinə əsasən Bakı məscidlərinin axundları, imam-xətibləri və nüfuzlu mollalar nəzarət edirdilər. Onlar Bakının Təzəpir, yaxud Hacı Pirverdi məscidinə, axund Şeyx Qəni Molla Abdullaoğlu, Molla Murad Axundov və başqa nüfuzlu din xadimlərinin mənzillərinə toplaşar, burada ictimai-siyasi həyata öz münasibətlərini bildirər və digər məsələləri müzakirə edərdilər. Onu da qeyd edək ki, dini fəaliyyət sahəsində həyata keçirilən sərt siyasətlə yanaşı, həmin dövrdə nəşr olunan ədəbiyyatlarda və mətbu orqanlarda vətəndaşların istədikləri dinə inanmaq, dini etiqadını dəyişmək, dini birləşmələrdə iştirak etmək, kilsəyə, məscidə, ibadət evlərinə getmək hüququnun olduğu, o cümlədən sovet qanunlarının dindarların dini etiqadına toxunmasına icazə vermədiyi vurğulanırdı.Sovetlər Birliyi dövründə Azərbaycanda əsas milli ideoloji problemlərindən biri də dinlə, yəni İslam dini ilə bağlı olmuşdur. Bolşeviklərin dinə tamamilə fərqli münasibəti var idi ki, bu özünü 70 illik Sovet Rusiyası işğalı dövründə bu və ya digər formada büruzə vermişdi. Doğrudur, bolşeviklər digər sahələrdə olduğu kimi, din məsələsində də ilk dövrlərdə loyallıq göstərmişdi. Ancaq bu proses çox uzun çəkməmiş və rus bolşevizmi islama qarşı qəti hücuma keçmişdi.1920-1940-cu illərdə həyata keçirilən «mədəni inqilab»ın məqsədi də ilk növbədə, milli və dini dəyərləri məhv etmək, əvəzində insanların şüurlarına kommunist ideologiyasına uyğun olaraq, müstəmləkəçiliyi-«beynəlmiləlçiliy»i təbliğ etmək idi. Bu baxımdan 1920-1940-cı illərdə K.Marks, F.Engels, V.İ.Leninin əsərləri ilə yanaşı S.Ağamalıoğlu, M.Quliyev, M.S.Ordubadi və başqalarının İslam dininə, «panislamizm» ideologiyasına qarşı çevrilmiş marksist-leninçi kitabçaları çap edilmişdi. Bütün bunlardan başqa, «1924-cü ildə Bakıda təşkil olunan, öz ətrafında qabaqcıl fəhlələri, sonralar isə kənd fəallarını da toplayan Allahsızlar Cəmiyyəti din əleyhinə aparılan təbliğat sahəsində böyük iş görürdü». «Allahsızlar cəmiyyəti»nin işini sürətləndirmək üçün, AK(b)P 1929-cu ilin aprelində keçirilən plenumu dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni də müzakirəyə çıxarmışdı. Bir qədər sonra «Allahsızlar cəmiyyəti» dinə qarşı mübarizəni gücləndirmək adı altında «Mübariz Allahsızlar İttiifaqı»na çevrildi. İslama qarşı bolşevizmin tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda cəmi 20 məscid formal fəaliyyət göstərirdi.Ümumilikdə SSRİ dövründə Azərbaycanda dinə ikili baxış: 1) loyallar-mötədilçilər (N.Nərimanov, S.M.Əfəndiyev və b.); 2) radikallar (S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev və b.) olmuşdur.Sovet dövründə din probleminin könüllülük və şüurluluq əsasında həll edilməsinin tərəfdarı olan Azərbaycanın tanınmış dövlət xadimi, mütəfəkkiri Nəriman Nərimanov üzünü radikallıq tərəfdarı olan bolşeviklərə tutaraq deyirdi ki, kütləni savadlandırmadan bu problemi həll etmək mümkün deyildir: «Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. Min illərdir ki, bədəbəxt, avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq əsil dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatında bütöv bir faciədir».

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin