1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


)Azərbaycan multikulturalizmi- inteqrativ bir fənn kimi



Yüklə 89,96 Kb.
səhifə16/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
multikulturalizmin imtahan cavablarıı..

42)Azərbaycan multikulturalizmi- inteqrativ bir fənn kimi
Azərbaycan multikulturalizmi dünyada analoqu olmayan mədəni Fenomendir. O, özündə tolerantlığın ən düşünülmüş formasını ifadə Edir. Heç vaxt, nə aşkar, nə də gizli şəkildə Azərbaycan adlanan Məkanda təmsil olunan digər xalqların, etnik qrupların və dini Konfessiyaların assimilyasiyasını nəzərdə tutan tədbirlər həyata Keçirilməmişdir. Əksinə, onların ləyaqətli varlığı və inkişafı üçün ən Yüksək təşəkküllü real şərait yaradılmışdır. Əsl qarşılıqlı etibar və inam Prinsipləri əsasında qurulan Azərbaycan multikulturalizmi, eyni Zamanda ölkə ərazisində yaşayan bütün xalqların və etnik azlıqların “Vahid Azərbaycan” məfkurəsi altında əbədi və sarsılmaz birliyini Nəzərdə tutur. Ölkəmizin iqtisadi, siyasi və mədəni həyatında, “Vahid Azərbaycan millətini” təşkil edən bütün fərqli etnoslara bərabər İmkanlar, hüquqlar və azadlıqlar verilir. Azərbaycan multikulturalizmi Fransada, Rusiyada, Almaniyada və digər ölkələrdə mövcud olan və bir Xalqın digər xalqlar üzərində etnik-siyasi qüdrətinə, onun titullaşmasına əsaslanan prinsipləri rəhbər tutmur. “Azərbaycan” adı hər hansı bir etnosun adından götürülməmişdir (məsələn, Fransada, Almaniyada, İngiltərədə, İspaniyada, Türkiyədə olduğu kimi). Buna görə də, bu Məkanda yaşayan hər hansı bir etnik-mədəni özəllik ilk növbədə Azərbaycanlıdır, daha sonra etnik fərddir
43.Dunya olkələrində multikulturalizm modelleri
Şimali Amerika qitəsində yerləşən Kanada dövləti olduqca geniş əraziyə malik on əyalətdən ibarətdir. Ərazisinə görə Rusiyadan sonra dünyanın ən böyük ikinci ölkəsidir. Kanada əhalisinin etnik tərkibi də çox rəngarəngdir. Kanada, yerli əhalisi eskimoslar və hindularla bərabər, miqrasiya dalğaları nəticəsində polietnik, polikonfessional qruplardan təşkil olunan kosmopolit bir əhali tərkibinə malik olan ölkədir.Kanadanın özünəməxsusluğu ondan ibarətdir ki, həm fərdi, həm də ictimai həyatda bütün bu fərqliliklərə sahib olan insanların birgə yaşayışının harmoniyasını yaradan nadir ölkələrdən biridir. Miqrantlar və yerli xalqların yaratdığı bu kosmopolit mühit Kanadada multikultural cəmiyyət yaratmışdır. Kanada əhalisini yerli xalqlar milli azlıqlar və miqrantlar formalaşdırsalar da, əhalinin əsas çəki yükünü “daxili millət” adlanan frankafonlar və anglofonlar təşkil edirlər.Amerika Birləşmiş Ştatlarında (ABŞ) multikultralizmlə bağlı müzakirələr müxtəlif səbəblərlə bağlı olaraq inkişaf etmişdir. Bu səbəblərin ilki Amerika qitəsi kəşf olunmamışdan əvvəl bu məkanda yaşayan yerli xalqa hindulara qarşı aparılan assimliyasiya siyasəti və ölkənin sənaye və kənd təsərrüfatı sahələrində yaranan işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrika mənşəli “kölə işçilərin” toplu şəkildə Amerika qitəsinə gətirilməsi və onların assimliyasiyaya uğradılması prosesidir. ABŞ Müstəqillik aktı elan edildikdən sonra, yəni qitənin şimal hissəsinin siyasi cəhətdən yenidən qurulmasından sonra Avropadan gələn mühacirlərlə birlikdə ölkədə olan anqlo-sakson qata söykənən birliyinin təmin olunması üçün formalaşdırılan “əritmə qazanı” başqa bir səbəb hesab oluna bilər.
44.Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi səbəbləri.
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular. Bu da öz növbəsində multikultural əlaqələrin yaranması demək idi. Qərb ölkələrində multikulturalizmin əsaslarını XVI əsrdən başlayaraq C. Lokk, S. Mill, T. Hobs, Ş. Monteskye, C. Viko kimi mütəfəkkirlərin ideyaları təşkil edir. Bu ideyalardan multikulturalizmi nəzəri cəhətdən əsaslandıran müasir dövr mütəfəkkirləri Con Roulz, Con Raz, Vill Kimlika və s. Geniş istifadə etmişdir. Adı çəkilən mütəfəkkirlərin müştərək cəhəti multikulturalizm anlayışına insan hüquqları mərkəzli, liberal-fərdiyyətçi dəyərləri əsas alaraq yanaşmalarıdır. Digər yanaşma tərzini isə hal-hazırda Çarlz Taylor, Maykl Valzer və Alasdair Makintayr kimi nəzəriyyəçilər tərəfindən dilə gətirilən “Kommuniteryanist” baxış tərzi təşkil edir.Con Lok ve Stuart Mill kimi klassik liberallar dövründə artıq dövlət, tarixi reallıq idi. Bu baxımdan liberallıq intellektual və siyasi əhəmiyyət qazandıqca dövlətin xüsusiyyətləri də müəyyən olunurdu. Qanunun üstünlüyü, vətandaşların bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi. Klassik liberalizm Yunan rasionallığından və Xristian universalizmindən təsirlənmişdir. Klassik liberallar yunar rasionalistləri kimi tənqidi rasionalizm, seçim və fərdi azadlıq kimi dəyərlərə istinad edən həyat görüşünü müdafiə edirdilər. Ancaq yunanlı rasionalistlərin əksinə onlar ağlı daha təvazökar və praktiki terminlər ilə ifadə edərək universallığı vurğulayırdılar. Məhz Loka görə Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun nəzəriyyəçisi idi. Mill isə praqmatikdir.18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə hər bir mədəniyyət özünəməxsusu xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil edir. Monteskyu “Qanunların ruhu” adlı əsərində mədəni müxtəlifliyi psixolojik deyil, sosioloji və siyasi baxımdan tədqiq etmişdir. Monteskyunun “Fars Məktubları” əsəri də multikulturalizmin klassik mənbələrindən hesab olunur. Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və belə ifadə edirdi: “hər millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir.Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı qəbul edilməzdir. Bu movzuda məşhur mütəfəkkir Volter hələ 18-ci əsrdə belə deyirdi: “Fikirləriniz ilə razı deyiləm. Ancaq onları ifadə etmə haqqınızı axıra qədər müdafiə edəcəm”. Bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə əsasını təşkil edir.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin