1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Qərb ölkələrində multikulturalizmin nəzəri ideoloji əsasları



Yüklə 89,96 Kb.
səhifə17/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
multikulturalizmin imtahan cavablarıı..

45.Qərb ölkələrində multikulturalizmin nəzəri ideoloji əsasları.
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox aspektdən aktuallıq kəsb edir. Belə ki, liberallar ilə kommunitaryan və ya kollektivistlər bu istiqamətdə fərqli nəzəri-ideoloji əsaslara malikdirlər. Klassik liberalizmdən fərqli olaraq müasir liberallar həm müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə iç-içə olduğunu qəbul edirlər. Con Rouls təməl əxlaqi müxtəliflik və fərqli yaxşı məfhumlarının meydana gətidiyi problemlər ilə, Kimlika müxtəliflik və fərqli həyat tərzlərinin meydana gətirdikləri ilə, Raz da ikisi ilə bilikdə maraqlanır. Rolsun “Bir Ədalət Nəzəriyyəsi” adlı kitabı etik plüralizm mövzusunda sistemli bir kitabdır. Raz “Azadlığın əxlaqı” əsərində xoşbəxtliyi axtarmağın həyatın məqsədi, qayəsi olduğu və bunun həyat boyunca uğur və faydalı məqsədləri də əhatə etdiyi şəklində Aristotelçi görüşü əsas alır. Vil Kimlika “Multikultural Vətandaşlıq” adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə sadiq qalmalarını vurğulayır. İlki, insanların həyatlarını içdən, yəni nəyin yaşamağa dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar. İkincisi, səhv etdikdə və hər an malik olduqları dəyərləri analiz etməkdə azad olmalıdırlar. Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin dialoqa əsaslandığını vurğulayaraq demokratik çərçivdə də hər hansı bir cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir. Bu nəzəriyyə “Tanınma” adlanır. Kommunitarian mənada iki prinsip vardır burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni ictimai sferalara aid olması. Bu mənada Volf, Mişel Valzer liberal demokratiya mövzusunda Taylorun görüşünü təhlil edirlər. Digər tərəfdən Alasdair Macintyre “Əxlaqın ardınca” (after virtue) əsərində etik qayda və qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. Kommunitarian görüşə malik olaraq Makintayra görə qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf edə bilməz. İlk olaraq fərdiyyətçiliyi əsas alan multikulturalizm konsepsiyası fərdlərin qrup xüsusiyyətinə baxmadan hər bir fərdin bərabər olduğu və qanun qarşısında bərabər hüquqlara malik olduğu düşüncəsinə istinad edir. Məhz liberalizmin əsasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma hüquqlarını təməl hüquqlar olaraq qəbul edir. Con Rolz bunu özünün məşhur ədalət nəzəriyyəsi ilə əsaslandırır: “Ədalət anlayışı bir neçə şəxsin öz həyatını əksəriyyətin xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə ədalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və bunlar ictimai maraqların və siyasi tələblərin mövzusu halına gətirilə bilməz``. Burada Rolzun məqsədi liberal demokratik cəmiyyətlər üçün sosial əməkdaşlıq modelinin yaradılmasıdır. Nəticədə Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.
48.Multikulturalizmin Azərbaycan modeli.
Bu gün multikulturalizmin Azərbaycan modeli bütün dünya ölkələri üçün örnəkdir. Bu model dünyada Azərbaycan haqqında xoş təəssüratlar yaradır, ölkəmizə qarşı son dərəcə ciddi münasibət formalaşdırır. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb.Azərbaycanda xalqların, dini inancların dostluq və qonşuluq şəraitində fəaliyyətini onların birgə yaşamasını təmin edən siyasət həyata keçirilir. 15 may 2014-cü il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir Azərbaycan 1918-ci ildə əsası qoyulmuş, hal-hazırda prezident respublikasıdır. Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovuşduğu Cənubi Qafqaz ərazisində yerləşir. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Azərbaycan İran Azərbaycanı və türk dövlətləri ilə mədəni yaxınlığa sahibdir. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin