N. Q. quyularınıb sınağının texnoloji avadanlıqları Qaz karotaji



Yüklə 195,26 Kb.
səhifə1/12
tarix05.04.2023
ölçüsü195,26 Kb.
#93671
  1   2   3   4   5   6   7   8   9   ...   12
Belge (5) (1) (1)


N.Q. quyularınıb sınağının texnoloji avadanlıqları
Qaz karotaji.
Qaz karotajı üsulunun əsasını 1933- cü ildə dünyada ilk dəfə görkəmli alim M.V.Abramovic qoymuşdur. Dərin quyuların qazılmasında neft-qaz karotajından geniş istifadə olunur. Belə quyular qazıldıqda buruqda (quyunun lüləsində) dövr edən gilli məhlul ilə birlikdə süxur qırıntıları dərin qatlardan–quyudibindən qaldırılır, neftli-qazlı laylardan maye (neft şəklində) və qaz halında karbohidrogenli birləşmələr çıxardılır. Yer üzərinə qaldırılan da qoyulmuş xüsusi cihazlarla ölçülür və ölçmə nəticələri cihaz tərəfindən əyrilər şəklində kağız üzərində qeyd olunur. Bunlara da neft - qaz karotajı deyilir. Avtomaşınlarda qoyulmuş həmin cihazlar maşının mühərriki ilə idarə olunur.
Karotajda qazlı və neftli süxurlar böyük, sulu laylar və əhəngdaşlar isə daha kiçik əyrilərlə (pikalarla) qeyd olunur. Yaxşı qeyd olunmuş əyrilər quyu kəsilişinin hansı dərinlikdə neftlilik - qazlılıq cəhətindən daha maraqlı olan layları və horizontaları göstərir.
Qaz karotajı birbaşa geokimyəvi üsul olub quyu kəsilişlərində neftli yaxud qazlı layların aşkarlanması məqsədilə aparılır. Bu üsul əsasən qazma məhlulundakı karbohidrogen qazlarının tərkibinin və miqdarının təyininə, eləcə də qazma rejimini xarakterizə edən əsas parametrlərinin öyrənilməsinə əsaslanır. Neftli-qazlı süxurların məsamələri əsasən karbohidrogen qarışığı ilə dolmuş olur. Karbohidrogenlərin əksər hissəsi süxur məsamərində qaztəsirli şəkildə yerləşir. Təbii qazın tərkibi başlıca olaraq karbohidrogenlərdən ən yüngülü hesab edilən metandan (CH4) və qaztərzli şəkilli ağır karbohidrogen sayılan etandan (C2H6), propandan (C3H8),butandan (C4H10), eləcə də buxar şəkilli karbohidrogenlərdən: pentandan (C5H12) və heksandan (C6H14) ibarət olur. Daha ağır karbohidrogenlər neftdə (maye fazada) yerləşir.
Qaz karoyajı məlumatlarına görə qazma məhlulunda, süxur nümunələrində və şlamda olan karbohidrogen qazlarının ümumi miqdarı təyin edilir.
Nəticədə quyu kəsilişlərindəki məhsuldar kollektorların (kolekktor - daxilində neft-qaz toplaya bilən və yatağın istisamrı zamanı onları özündən süzdürə (buraxa) bilən süxura neft-qaz kollektoru deyilir) yerləşdiyi intervallar müəyyənləşdirilir və layların doyum xarakterinin proqnoz qiyməti verilir.
Qazma məhlulundakı təbii qazın miqdarı həm geoloji, həmdə texnoloji amillərlə əlaqədar olur. Belə ki, qazma məhlulunun qazlılıq dərəcəsi əsasən məhluldakı karbohidrogenlərin ilkin miqdarından, layda daxil olan təbii qazların tərkibindən, layların karbohidrogenlik dərəcəsindən, qazma baltasını qabaqlayan filtrasiyadan və s. asılı olur. Qazma məhlulunun ilkin qazdoyumluluğu məhlulun tərkibindəki karbohidrogenin miqdarını əks etdirdiyindən o interpretasiya zamanı fon şəklində alına bilər.



Yüklə 195,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin