Təzyiq altında sementləmə işinin aparılması zamanı gözlənilən təhlükələrə qarşı aşağıdakı tədbirlər görülməlidir: Sement məhlulu hazırlayan avadanlıq təlimata uyğun olaraq yoxlanılmalıdır.
Sementləyici aqreqatlar təlimata uyğun olaraq yoxlanılmalıdır.
Qaldırıcı (qazma qurğusu LPT-8 və.s) tam təftiş edilməli, yük qaldırma qabiliyyəti yoxlanılmalıdır.
Qaldırıcının yükqaldırma qabiliyyəti onun pasport üzrə göstəricisini təmin etməlidir.
Sement məhlulunun yuyulması ilə boru daxilindən təzyiq altından sementləmə. Bu üsulun, sement stakanından sonra qazılması ilə boru daxilində təzyiq altında sementləmə üsulundan fərqi sement məhlulunun basqı mayesi ilə təzyiq altında laya sıxışdırılmasından sonra sementləyici borulara əlavə edilməklə quyudan sement məhlulu yuyularaq çıxarılır. Bu üsul, sement stakanının qazılması əməliyyatının aparılmaması məqsədi ilə tətbiq edilir. Bu üsulla əsasən endirilmiş əlavə istismar kəmərinin sementlənməsində tətbiq edilir. Üsulun mahiyyəti, kəmər flənsinə sementləyici armaturu hermetik bərkitməklə, kəmər daxilinə vurulan sement məhlulu basqı mayesi ilə təzyiq altında laya sıxılır. Quyuağzı hermetikləşdirilir, sementin bərkiməsinə kimi quyu təzyiq altında saxlanılır. Bu üsuldan həmçinin istismar kəmərindəki deffekt yerinin təyin edilə bilinməməsi ilə hermetikliyin bərpası üçün də tətbiq edilir. Quyuların sementlənməsində sementləyici aqreqatlar, sement qarışdıran maşınlar, sementləmə başlığı və başqa avadanlıqlar tətbiq edilir.
Hal-hazırda mədənlərdə SM-4M, SM-10, SMP-20, 2SMN-20 sement qarışdıran maşınlar və 1AS-20, 2AS-20, 3AS-20 sementqarışdıran aqreqatlardan istifadə edilir. Ən geniş istifadə ediləni 2SMN-20 maşınıdır. 2SMN-20 sementqarışdıran maşın aşağıdakı qovşaqlardan: daxilində iki vintli işçi – məhlul hazırlayan konveyeri və yan tərəfədə boşaltma üçün vintli konveyeri olan bunker, gücazaldıcı qutu, boşaltma üçün vintli konveyerin intiqalı, dəyişilən tənzimləyicili axın tipli hidroqarışdırıcı tərtibat və maşının quyruq hissəsində yerləşən idarəetmə pultundan ibarətdir. Bütün mexanizmlərin intiqalı avtomobil mühərrikidir. İdarəedilmə avtomobil kabinasından yerinə yetirilir.