200-1150 metr dərinliyə qədər endirilən konduktor – kəsilişin yuxarı hissəsinin möhkəm olmayan intervallarının möhkəmləndirilməsi, yuxarı sulu zonaların çirklənmədən təcrid edilməsi, quyu ağzında tullanışa qarşı və quyuağzı avadanlığın qoyulması üçündür;
Sulu horizontların şərti dərinliyinə endiriln aralıq, texniki və su bağlama kəmərləri – aralıq kəmər məhsuldar layın açılmasını asanlaşdırmaqla, uçulma, kənar suların daxil olması, alətlərin tutulması və s. hallarının aradan qaldırılmasına imkan verir.
Quyuya endirilən axrıncı kəmərə istismar kəməri deyilir. İstismar kəmərinin diametri 3½″, 4″, 5″, 6″, 7″, 8″ olur. Bu kəmər quyunun açdığı bütün layları bağlıyır və quyunun istismarı üçün lazımi şərait yaradır. İstismar kəmərlərinin diametri yatağın geoloji şəraitinə və layın işlənilməsinə əsasən götürülür. Istismar kəməri, məhsuldar horizontların möhkəmləndirilməsini və ayrılmasını, onların geoloji kəsilişdə plan digər horizontlardan təcrid edilməsini, mayenn qaldırlması və laya zəruri işçi agentin vurulması üçün onda avadanlığın yerləşdirilməsini təmin edir. Bu kəmər, kəmər və kəmərarxası avadanlıqla ( başmaq, paker, əks klapan və s.) təhciz edilir.
Quyuya endirilmiş boru kəmərinin sayı, onların diametri, sementin qaldırıldığı hündürlük və kəmərlərin uzunluğu quyunun konstruksiyasını təşkil edir.Quyunun konstruksiyası və istismar kəməri seçilən zaman aşağıdakı tələblər ödələnməlidir:
Lay açıldıqdan sonra kənar suların axmasına yol vermədən, quyu etibarlı mənimsənilməli və planda nəzərdə tutulan neft – qaz hasilatı təmin edilməlidir;
Istismar kəmərinin diametri elə seçilməlidir ki, neft və qazın müüəəyyən edilmiş miqdarda çıxarılmasını, nəzərdə tutulmuş üsul ilə istismar edilməsini, yeraltı avadanlığın layihə edilən xarici ölçülərinə uyğun gəlməsini təmin etsin;
Quyunun gövdəsi kifayət qədər möhkmləndirilməli, bu zaman metal, sement və s. materiallar az sərf edilməlidir;
Bütün dövr ərzində quyunun istismar edilməsi ( mənimsənilmsi, işəsalınması, normal işləməsi, təmir işlərinin aparılması) mümkün olsun;
Yatağın geoloji kəsilişi nəzərə alınmaqla qazlı – sulu və uçulan aqreqatlar aralıq kəmərlərlə örtülsün;
Quyu bir horizontda o biri qaytarıldıqda, qaytarılan horizontda quyunu dərinləşdirmək mümkün olsun.
Qazıma prosesində quyunun dərinliyindən, qazılan quyuların xarakteristikasından, neft yatağının kəsiyində sulu laylar olmasından və s. asılı olaraq quyuya bəzən bir neçə qoruyucu kəmər endirilir. Qeyd etməliyik ki, hər növbəti kəmər endirildikdən sonra quyunun diametri müvafiq dərəcədə kiçilir. Quyuya endirilən hər bir qoruyucu kəməri, adətən, sementləyirlər. Sementləmə zamanı məhsuldarlar, quyunun gövdəsi üzrə sementləndiyindən neftin süzülməsi çətinləşir. Lakin sadəliyi, asan, tez və ucuz başa gəlməsi üçün bu quruluşun geniş yayılmasına (xüsusən, dərin quyularda) səbəb olmuşdur. Konduktor endirildikdən sonra onu sementləyir, yəni quyunun divarları ilə boru kəmərinin arasındakı həlqəvi boşluğa sement məhlulu doldururlar. Bu məhlul quruyub bərkiyərək, layları bir-birindən ayrılır. Kəmərin arxasında sementin hündürlüyü quyunun kəsib keçdiyi bütün sulu və neftli layların qapanmasını təmin etməlidir. Sementləmə sayəsində neftli laylar sulu laylar, eləcədə neftli layların özlərini bir-birindən ayırır. Bu da neft yataqlarının səmərəli işlədilməsi üçün zəruri şərtlərdən biridir.