Sərfiyyatölçənlər mexaniki və termokonduktiv olmaqla iki cür olur. Adətən mexaniki və terməkonduktiv sərfiyyətölçənlər birgə tətbiq olunurlar. Onlar maye axın surətinin ölçülməsi ilə yanaşı həm də quyu lüləsindəki mayenin tərkibinə və xassəsinə həssas olurlar.
Mexaniki sərfiyyatölçənləcihazı lazım olan dərinlikdə yerləşdirməklə və pakerlə borunu qapamaq yolu ilə sərfiyyat ölçülür. Ardıcıl olaraq nöqtəyə cihazın yerini dəyişib diskret ölçü aparmaqla axının inteqral profili qurulur.
Termokonduktiv diaqramda mayenin sərfi intervalın aşağı və yuxarı göstəriciləri arasında şəklində qeyd olunur.
Mədən geofiziki işlərin aparılması üçün quyunu mütləq hazırlamaq lazımdır. Vışkanın körpüsü tərəfdən sahə hazırlamaq lazımdır ki, ora qaldırıcı qurğu və laboratoriya yerləşdirilsin. Sahədən quyuağzına keçid açıq olmalı, buruğun rolu və körpülər palçıq və mazutdan təmizlənməlidir. Rotora karotaj qurğusunun blok-balansını yerləşdirdikdən sonra onu bərkitmək lazımdır. Quyuağzına su şlanqı çəkmək lazımdır. Quyu elə hazırlanmalıdır ki, bütün axt ərzində geofiziki işlər aparıldıqda geofiziki qurğunun endirilib qaldırılması maneəsiz aprılsın. Bunun üçün açıq intervalda nominal balta ilə quyu lüləsinin işlənməsi lazımdır. Burada məqsəd bərabər olmayan keçidləri, çıxıntıları, daralan yerləri və tıxacların əmələ gələn yerini işləməkdən ibarətdir. Neftli və qazlı laylar balta ilə açıldıqda quyuda olan qazma məhlulu özü ilə qazı və xırda süxur parçalarını (şlamı) yer səthinə çıxardır. Qazma məhlulu yuxarı qalxdıqca məhlulda və şlamda olan qaz ayrılmağa başlayır. Bu zaman avtomatık qaz karotaj stansiyasının köməkliyi ilə qazma məhlulunda olan karbohidrogen qazları ölçülür. Qazma məhlulundan qaz deqazator vasitəsilə ayrılır və qaz-analizatorda fraksiyaların tərkibi aşkalanır. Bundan sonra neftli və qazlı süxurların keçdiyi aşkarlanır. Yüngül fraksiyanın artması qazlı layların, o biri fraksiyaların artması ilə neftli layların keçilməsini göstərir. Qazma məhlulunda qazların sayının təyininin nəticəsi kimi qaz-karotaj əyrisi qurulur. Ordinat oxunda quyunun dərinliyi, absisdə isə karbohidrogen qazının faizlə miqdarı göstərilir. Qaz-karotaj əyrilərində şişlər (pikalar) neft və qazın olmasını göstərir. Quyu kəsilişinin tərkibindəki layların litoloji tərkibi və fiziki xassəsi aprılmış təbii və süni radioaktivliyin möhkəmliyilə təyin etmək olar.
Neftin yer qatlarında axtarılıb tapılması neft sənayesinin ən vacib problemlərindən biri hesab edilir. Yer səthində 3-6 km və daha çox dərinlikdə neft yataqları istismar olunur və belə yataqları axtarıb tapmaq o qədər də asan deyildir.
Neft –qaz yataqlarının axtarışı və kəşfiyyatı işlərində geoloji, geokimyəvi, hidrogeoloji və s. axrarış üsulları tətbiq olunur. Ən çox yayılanı geoziki üsullardır. Bu üsullar süxurların və onların içərisində yerləşən faydalı qazıntıların fiziki xassələrinə əsaslanır (məs: bərklik, sıxlıq, maqnitlik, elektrik keçirmə, radioaktivlik və s.).