Qaz karotaji məlumatlarının interpretasiyası. Qaz karotaji məlumatlarını interpretasiya etməklə layın doyum xarakteri haqqında informasiya əldə edilir. Bunun üçün layın qalıq neftdoyumluluğu və yaxud qalıq qazdoyumluluğu təyin olunur. Real şəraitlərdə məhsuldar layların neft-qaz doyumluluğunun təyini prektiki cəhətdən mümkün olmur. Belə layların açılması prosesində qazma baltasını qabaqlayan məhlulun laya filtrasiyası nefti və ya qaz layın daxilinə doğru sıxışdırır. Bununla əlaqədar olaraq qazılan süxur qalıq neftlə (qazla) xarakterizəolunur. Ona görə də qaz karotaji məlumatlarına görə sonda lay üçün yalnız qalıq karbohidrogenlərin miqdarı (Fneft yaxud Fqaz) təyin edilir. Qaz karotajinda əsas ilkun parametr kimi qaz göstəricisi (Qcəm) hesab olunur. Bu parametr gil məhlulunu qazsızlaşdıran zaman qaz analızatoruna düşən qaz-hava qarışığındakı karbohidrogenlərin faizlə miqdarını ıks etdirir. Yüksək kollektorluluq xassəsinə malik məhsuldar lay qarşısında məhlulun qabaqlayıcı infiltasiyası qaz anomaliyasının kəskin azalmasına səbəb olur. Yatağın doyum xarakterini müəyyənləşdirdikdən sonra əgər lay qazlıdırsa, qalıq qazlılığı (Fqaz); neftlidirsə, qalıq neftqazlılığı (Fnq) təyin etmək olur.
Kavernometriya üsulu. Bu üsul quyunun orta diametrinin ölçülməsinə əsaslanır.
Qazma prosesində quyuların diametri süxurların xüsusiyyətindən, dərinlik üzrə və zamandan asılı olaraq dəyişir. Quyunun diametri qazma baltasının diametrinə (nominal) bərabər, ondan böyük və kiçik ola bilər. Quyu diametrinin dəyişməsi süxurların litoloji-petroqrafik xassələri ilə yanaşı həm də qazmanın texnologiyasından asılı olur. Nominal diametr sıx, zəif keçiriciliyi olan qum daşları və karbonat süxurlar qarşısında; quyu diametrinin artması gil, arqıllit, daş duz və əhəngdaşları qarşısında müşahidə edilir.
Nominal diametrlə müqayisədə quyu diametri keçirici (kollektor) süxurlara qazma məhlulunun hopması nəticəsində quyu divarında gil qabığının yaranması hesabına keçirilir.
Quyu diametrinin öyrənilməsi quyuda böyük sayda məsələlərin həllində lazım gəlir. Belə ki, quyu diametri karotaj məlumatlarının interpretasiyasında nəzərə alınır və nəticədə quyu diametrinə görə düzəlişlər verilir. Istismar kəməri, buraxıldıqdan sonra kəmərarxası boş sahənin sementlənməsində lazım olaraq sement məhlulunun həcminin hasablanmasında, sınaq zamanı sahəmim seçilməsində, qazma borularının endirilib-qaldırma prosesində nəzərə alınır.
Quyunun faktiki diametri kavernomer adlanan cihazla ölçülür, ölçü nəticəsində dərinlik üzrə fasiləsiz olaraq quyunun orta diametrini əks etdirən əyri qeyd edilir ki, buna kovernoqram deyilir.Əyridə dərinlikdən asılı olaraq quyunun dimetri mm-lə qeyd edilir. Kavernometriya məlumatlarından quyu kəsilişlərinin litoloji xüsusiyyətlərinin öyrənilməsində geniş istifadə olunur. Məs: kəməraxrası fəzanın sementlənməsində lazım olan sement məhlulunun miqdarı kavernoqrama görə hesablanır.
Kəməraxrası fəzanın sementlənməsində lazım olan sement məhlulunun miqdarı aşağıdakı düsturla hesablanır:
Vs=( )(dq2-dk2)