N. Q. quyularınıb sınağının texnoloji avadanlıqları Qaz karotaji



Yüklə 195,26 Kb.
səhifə3/12
tarix05.04.2023
ölçüsü195,26 Kb.
#93671
1   2   3   4   5   6   7   8   9   ...   12
Belge (5) (1) (1)

Sərfiyyatölçən (Rasxodometriya).
Istismar və vurucu quyularda belə ölçmələrin aparılmasında məqsəd işlənmə prosesində məhsuldarlıq kollektorları əhatə etməkdir.
Ölçmə işlərinin əsas məsələsi – kollektorların qeyri-cinsliliyini, qalınlığını və açılma effektivliyini dəqiqləşdirmək, hər təbəqənin ayrılıqda məhsuldarlıq əmsalını müəyyənləşdirməkdir. Bu məsələləri həll etmək üçün istisamr edilən quyu kəsilişlərində quyu lüləsinə mayenin axdığı intervalları müəyyənləşdirmək və hər bir lay üçün onun həcmini (debitini) qiymətləndirmək lazımdır.
Vurucu quyularda isə mayenin udulduğu intervallar təyin edilir və hər bir layda udulan mayenin həcmi qiymətləndirilir. Belə tədqiqatların nəticəsinə görə dərinlikdən asılı olaraq mayenin udulması və ya axının dəyişməsi qrafiki alınır ki, buna mayenin udulma profilləri deyilir.
Adətən ölçü nəticələri inteqral və deferensial profilləri şəklində olur.
Inteqral profil – mayenin cəm (verilmiş dərinlikdən aşağıda olan bütün laylar üçün) sərfiyyatın (axın, udulma) dəyişmə qrafikidir.
Diferensial profil – quyunun dərinlik üzrə mayenin intervallara görə (layın vahid qalınlığı üzrə) sərfiyyat qrafikidir. Axın intervalı profildə sərfiyyətölçənin nəticələrinin kəskin dəyişməsi ilə xarakterizə olunur.
Axının diferansial profilinin qurulması üçün əsas diaqramda mayenin xüsusi sərfi təyin edilir:
qi= Q/
qi intervallar üzrə mayenin sərfiyyatı, m3/gün;
burada,
Q = Qi max,Qi min- müvafiq olaraq seçilmiş dərinlik intervalının yuxarı və aşağı nöqtələrində mayenin sərfi, m3/gün;
a-hy- seçilmiş intervalın qiyməti, m.
a-hy - intervalı yuxarı və aşağı dərinlikləridir.
Diferensial profil məhsuldar qatın ayrı-ayrı intervallardan maye axınını təyin etməyə imkan verir.
Mayenin sərfiyyat profilinin qurulması üçün quyu lüləsi boyunca maye axınının sürətinin ölçülməsi nəticələrindən istifadə olunur. Kəmərin diametrini və axinin sürətini bilərək, quyuda mayenin udulduğu və ya axının qiymətini hesablamaq olar.

Yüklə 195,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin