Təzyiqsiz sementləməni sementləyici aqreqat vasitəsilə və sementləyici aqreqatsız sifon üsulu, jelonka vasitəsilə aparmaq olur. Sementləyici aqreqat vasitəsilə aparılan sementləmə işi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
Quyunun tədqiqindən sonra sementləyici boruları sement körpüsü qoyulacaq intervalın aşağı səviyyəsi dərinliyinə endirilir və sementləyici armatur vasitəsilə quyuağzı ilə əlaqələndirirlər. Quyu lüləsinin təmizliyinin yoxlanılması məqsədilə su ilə quyu həcminin 1.5-2 misli qədər yuyulur. Boruların daxilindən hesablanmış sement məhlulu, ardınca basqı mayesini vurmaqla, boru daxili və boru arxası fəzalarda sement məhlulunun səviyyəsinin bərabər olması şərtinə əməl etməklə sement məhlulu boruarxası fəzaya sıxışdırılır. Sementin bərkimə müddəti başa çatdıqdan sonra NKB- endirib yuma ilə sement körpüsünün yerləşmə dərinliyi və möhkəmliyi yoxlanılır. Sementləmə işi qəbul edilmiş aşağıdakı sxem üzrə aparılır: Sementləyici aqreqat – quyu (borudaxili); quyu (boruarxası) – gilli məhlul çəni – sementləyici aqreqat. Qazmadan çıxan quyularda gil məhlulu çənindən sementləyici aqreqata gilli məhlul qazma nasosu vasitəsilə verilir. Hər iki halda quyunun vəziyyətinə tam nəzarət etmək mümkün olmur.
Təzyiq altında sementləmə -Yumşaq zəif sementlənmiş layların(xüsusən qumlu süxurların) istismarında uzun müddət istismar və böyük həcmdə maye qumun çıxarılması nəticəsində quyudibi zonada udma qabiliyyətini xeyli yüksələn kanallar yaradır. Təzyiq altında sementlənmə aşağıdakı üsullarla aparılır:
Sement stakanının sonradan qazılması ilə boru daxilində təzyiq altında sementləmə.
Sement məhlulunun yuyulması ilə boru daxilindən təzyiq altında sementləmə.
Kombinə edilmiş sementləmə.
Sementlənmədən əvvəl layın güclü udma qabiliyyətini zəiflətmək, cüzi də olsa dövretmə yaratmaq üçün laya qum yeridilməsi, gilli məhlul vurulması, sement məhlulunun tutuşma müddəti az olan xüsusi sementlərdən tez bir zaman müddətində bərkiyən sement qarışığından və.s istifadə edilir. Dərinliyi 2800-m və daha artıq olan quyularda, quyuya endirilmiş 73mm – lik boruların daxilini müəyyən dərinlikdə qumla tutulması təhlükəsi mövcuddur. Ona görədə nisbətən dərin quyularda bu üsuldan istifadə etmək məhdudiyyəti vardır. Sement məhlulunun tutuşma müddəti az olan xüsusi sementlərdən yalnız dayaz quyularda istifadə edilir. Təzyiq altında sementlənməyə aşağıdakı əməliyyatlar daxildir:
Qaldırıcı mexanizmlərin, sementləyici aqreqatların, prosesdə iştirak edən digər avadanlıq və alətlərin saz vəziyyətdə olması yoxlanılmalı.
Sementləmə üçün quyuya endirilən boruların vəziyyəti tam yoxlanılmalı, lazım gələrsə hermetikliyə sınanmalı. Borular dəqiq ölçülməli.
Sementləmənin aparılacaq texnoloji prosesindən asılı olaraq istismar kəmərinin vəziyyətini tədqiq etməli.
Quyudibinin təmizlik dərəcəsi təyin edilməli. Layın udma qabiliyyəti yoxlanılmalı.
Sementləyici aqreqatların vurğu xətləri sementləmə zamanı gözlənilən təzyiqin 1.5 misli qədər təzyiq verməklə hermetikliyə yoxlanılmalı.
Sementləmə içinin aparılması üçün əlavə iş planın hazırlanmalı.
Sementləmə işi üçün istifadə edilən tamponaj sementi laborator analizə verilməli.
Analiz aparılacaq sementləmə işi ilə əlaqədar quyunun təqdim edilmiş parametrləri əsasında aparılır və nəticə barədə arayış sementləmə işi ərəfəsində buruqda olmalıdır.