N. Q. quyularınıb sınağının texnoloji avadanlıqları Qaz karotaji


Kimyəvi reagentlə quyuların bərkidilməsi



Yüklə 195,26 Kb.
səhifə10/12
tarix05.04.2023
ölçüsü195,26 Kb.
#93671
1   ...   4   5   6   7   8   9   10   11   12
Belge (5) (1) (1)

Kimyəvi reagentlə quyuların bərkidilməsi.
Məhsuldar qatın süxurları az sementlənmiş, boş olarsa, istismar prosesi zamanı quyudibinə maye ilə qum da gətirilə bilər. Bu hadisələr baş verməsin deyə quyuların bərkidilməsində kimyəvi reagentlərdən də istifadə olunur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, bərkidiləcək süzgəcyanı zonaya suda həll olan fenolformaldehid qətranı yeridirlər. Bu qətran bərkiyərək məsamə boşluqlarında həm su, həm də neft olduqda qum dənəciklərini möhkəm, keçirici və yuylmaya qarşı davamlı kütlə şəklində birləşdirir. Qətran, asanlıqla hərəkət edə bilən tünd qırmızı – qəhvəyi hərngli, xüsusi çəkisi isə 1,13–1,15 olan mayedən ibarətdir. Bu qətran layda yüksək (60 -dən yüksək) temperaturda, xlorid turşusu olduqda isə aşağı temperaturlarda bərkiyir, həm də bu halda bərkimə müddəti xeyli azalır.
Qətranın xassələrindən asılı olaraq quyudibiyanı zonanı aşağıdakı iki üsulla bərkidirlər:
Birinci üsul: quyudibində temperatur 60 və daha yüksək olduqda;
İkinci üsul: quyudibində temperatur 60 - dən aşağı olduqda.
Birinci üsulun (temperatur 60 və daha yüksək olduqda) mahiyyəti aşağıdakılardan ibarətdir: quydibiyanı zonaya o qədər qətran yeridirlər ki, nəzərdə tutulmuş zonanın bütün məsamə boşluğu qətranla dolsun. Qətran bərkidikdə qumu yaxşı sementləyərək möhkəm, həm də keçirici kütləyə çevirir. Quyudibindəki temperaturdan asılı olaraq qətran 3- 12 gün ərzində bərkiyir.
İkinci üsul (temperatur 60 - dən aşağı olduqda) isə xlorid turşusu olduqda qətranın daha aşağı temperaturlarda bərkiməsinə əsaslanmışdır. Qumda karbonatların varlığı katolizatoru neytrallaşdıraraq qətranın bərkiməsinə mane olur. Buna görə də tərkibində kalsium – karbonat olan qumları əvvəlcədən xlorid turşusu ilə işləmək lazımdır. Bunun üçün bərkidiləcək zonaya əvvəlcə bu zona məsamələrinin həcmindən üç dəfə artıq həcmdə xlorid turşusu məhlulu vurur, sonra oraya qətran yeridirlər. Bu halda quyuya vurmazdan əvvəl, suya və qətran qatına ayırmaq üçün qətrana azacıq miqdarda xlorid turşusu əlavə edirlər. Sonra qətranı bərkidən katolizator kimi laya xlorid turşusu məhlulu vururlar. Qətran iki gün ərzində bərkiyir. Quyuların turşu ilə işlənməsi bu iş üçün xüsusi briqada tərəfindən, gözlük və rezin geyimlərdə həyata keçirilir. Bu zaman hər hansı ehtimala qarşı kafi miqdarda su ehtiyatı olmalıdır. Xlorid turşusu dəriyə və gözlərə dəyərsə, agır, bədbəxt hadisələrə səbəb ola bilər.
Quyudibiyanı zonanın bərkidilməsi üçün kimyəvi metoddan çoxlu miqdarda qum ayıran quyularda istifadə edirlər. Quyudibiyanı zonada layın tavanı dağılmaqla uçma halları baş verən quyuları kimyəvi işləmək olmaz. Kimyəvi metodla işlənilən quyulara kənar su sızmamalıdır; kənar su axımını izolyasiya etmədən belə quyuların işlənməsinə başlamaq olmaz. Kimyəvi işlənilən quyularda maye sütunun hündürlüyü azı 150 m olmalıdır. Süzgəcinin uzunluğu 30 m-ə qədər olan quyuları birdəfəyə işləyirlər. Süzgəcinin uzunluğu 30 m–dən artıq olan quyularl isə 2–3 gedişlə işləmək lazımdır.
Quyudibiyanı zonanı kimyəvi metodla belə bir ardıcıllıqla işləmək lazımdır. Quyudibiyanı yoxlanıldıqdan, tıxacı təmizləndikdən, statik səviyyəsi və udma qabiliyyətini ölçdükdən sonra quyuya sementləmə boruları endirirlər. Sementləmə boruları kəmərini elə tərtib edirlər ki, bunun aşağı hissəsi statik səviyyədən altda 2” borulardan ibarət olsun. İstismar kəməri ilə sementləmə boruları arasındakı həlqəvi boşluğu sementləmə borularında endirilən paker ilə kipləşdirirlər. Bu pakeri süzgəcin yuxarı deşiklərindən 10–15 m üstə qoyurlar; pakeri statik səviyyədən 40–50 m aşağıda da qoyurlar, lakin bu halda sementləmə borularını süzgəcin yuxarı deşiklərinə qədər endirirlər. Sementləmə borularını planşaybadan istifadə etməklə quyuağzında qoyub, sementləmə başlığı taxırlar. Quyunu işləmək üçün quyunun yanında qaldırıcı traktor, sementləmə aqreqatı, neft və su daşımaq üçün avtosistern, habelə ölçmə üçün Yakovlev aparatı olmalıdır. Quyunu işlədikdə xüsusi çəkisi 0,80 – 0,85 olan təmiz neftdən istifadə etmək lazımdır.



Yüklə 195,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin