( MÜHAZİRƏ 1) GİRİŞ Neft və qaz yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsinin geokimyəvi metodları bütün dünyada genis tətbiq olunur.
Axtarış işlərinin müxtəlif növləri ilə əlaqədar olaraq, neft-qaz axtarışı geokimyasının 2 əsas istiqamətini ayırmaq mümkündür.
I istiqamət –axtarışın hazırlıq mərhələsiilə və qismən kəşf olunmuş iri rayonların neft-qazlılıq perspektivliyinin müqayisəli qiymətləndirilməsi ilə əlaqədardır. Bu zaman uyğun geokimyəvi tədqiqatlar bu və ya digər süxur komplekslərinin, neft-qaz törədici süxurların formalaşma və saxlanılma şəraitinin müəyyən edilməsinə yönəldilir.
II istiqamət – axtarış işlərinin detal mərhələsiilə əlaqədar. Sahələrin seçilməsi və dərin qazmaya hazırlanması zamanı geokimyəvi tədiqatların vəzifəsi planalmaya əsasən və az dərinlikli quyuların kəsilişini öyrənməklə, dərin qatlarda neft və qaz yığımlarının proqnozlaşırılmasına yönəldilir.
Dərin qazma zamanı və perspektivli horizontların mənimsənildiyi vaxt –axtarışı geokimyası, neftli-qazlı layların müəyyən edilməsilə məşğul olur.
Bunlardan əlavə son illər geokimyəvi tədqiqatlar əsasında neft-qaz geologiyasının bir sıra məsələlərini həll etmək mümkün olmuşdur. Bunlara- neft-qaz əmələgətirici ana süxurların müəyyən edilməsi, konkret neftli-qazlı komplekslərlə bu mənbələrin əlaqəsinin öyrənilməsi, neft-qaz yataqlarının geoloji quruluşunun dəqiqləşdirilməsi, yığımların tipinin müəyyənləşdirilməsi və.s. aiddir.
Göründüyü kimi bu işlərin müəyyən hissəsini artıq kəşfiyyat mərhələsinə aid etmək olar.