(MÜHAZİRƏ 20) HÖVZƏ MODELLƏŞDİRİLMƏSİ METODU Hövzə modelləşdirilməsi metodu hövzənin istilik və neftəmələgəlmə tarixinin bərpası üçün geniş istifadə olunur.
Hövzə modelləşdirilməsi mövcud proqram tənimatını istifadə etməklə müxtəlif geoloji məlumatlardan bir və ya bir neçə rayonda istismarda olan neft-qaz yataqlarında interpretasiya yolu ilə axtarış və kəşfiyyat riskini təhlil etmək üçün həyata keçirilən prosesdir.
Modelin miqyası qazıma da olan I strukturdan tutmuş, tam bir hövzəni əhatə edən ölçülər arasında dəyişə bilər. Nəticədə əldə edilmiş model interaktiv bir vasitədir və geoloq tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
Müxtəlif ehtimallar üçün kəşfiyyat nəticələrinə gözlənilə bilən təsirin yoxlanması (məs, mənbə xassələrinin)
Öyrənilən neft-qaz sisteminin mütəlif elemetlərinin hər biri ilə bağlı olan riskin qiymətləndirilməsi (ana süxurun mövcud olub-olmaması, mənbənin həcminin və yetkinlik dərəcəsinin kifayət olub-olmaması, Kh-in və tələlərin əmələgəlmə zamanlarının uyğun olub –olmaması və s.)
Müəyyən həcmdə ana süxurdan sıxışdırılıb çıxarılan neftin və qazın həcminin, miqdarının, ana süxurdan sıxışdırılıb çıxarılan neftin və qazın həcminin, miqrasiya zamanı onların verə biləcəkləri itkinin və nəhayət, tələyə yığılan Kh-in miqdarının qiymətləndirilməsi.
Hövzə modeli geoloqa aşağıdakı məsələləri həll etməkdə kömək edə bilər.
Tələlərin yaranma vaxtına nisbətən Kh-in generasiya vaxtı;
Tələyə toplanmış Kh-in miqdarı;
Tələdə mövcud ola biləcək Kh-in tipi ( maye və ya qaz, onların nisbəti);
Kh-in fiziki parametrləri ( P, V, T);
Mümkün miqrasiya yolları;
Tələlərə toplandıqdan sonra Kh yığımlarının dağılma ehtimalı (ekran süxurlardan sızma, tələnin əyilməsi nəticəsində dağılma, termal krekinq, biodeqradasiya və s.);
Hər hansı bir hövəzinin modeli geloji və geokimyəvi məlumatların inteqrasiyası rolu ilə aparılır. Hal-hazırda hövzə modelləşdirilməsi neft və qazın əmələgəlmə proseslərinin, onların çökmə süxurhövzələrində miqrasiyasının və yataqlarda akkumilyasiyasının öyrənilməsində öz möhkəm yerini tutmuşdur. Tətbiq olunan hesablama sxemlərində məkan koordinatları ilə yanaşı zaman kəmiyyətinin mövcudluğu hövzənin inkişafında geoloji proseslərin izlənməsini mümkün edir.