( MÜHAZİRƏ 18) DƏNİZ NEFT-QAZ YATAQLARININ AXTARIŞI ZAMANI İSTİFADƏ OLUNAN GEOKİMYƏVİ ÜSULLARIN XÜSUSİYYƏTLƏRİ Dəniz neft-qaz yataqlarının axtarışında istifadə edilən geokimyəvi üsullar qurudakı üsullarla eynidir. Dənizdə neft-qaz yataqlarının üstə yatan çökmə süxur qatından əlavə, su qaz ilə örtülməsi geokimyəvi axtraış üsullarının istofadəsini çətinləşdirir.
Bundan əlavə burada iqlim və hidrogeoloji şərait (çalxalanma, su axınları və s.) mürəkkəb olduğu üçün geokimyəvi tədqiqatlar xüsusi spesifik şəraitdə aparılmalıdır.
Geokimyəvi axtarış üsulları dənizdə 3 geokimyəvi zonada-yuxarı (üst), aşağı (alt) və məhsuldar çöküntü zonalarında aparılır. Bu zonalar quruluşdakı anoloji zonalardan fərqlənir.
Dəniz hövzəsində yuxarı (üst) geokimyəvi zona- su qatıdır. Bu zona aktiv su-qaz mübadiləsi və intensiv fiziki-kimyəvi proseslərlə xarakterizə olunur.
Eyni zamanda su qatı qaz emanasiyalarının müxtəlif dərinlik təzahürləri üçün konsenvasiya edici qat kimi çıxış edir, litosferlə atmosfer arasında miqrasiya edən komponentlər (palçıq vulkanlarının qaz- maye tullantıları, neft-qaz təzahürləri) üçün isə tranzit zonası rolunu oynayır. Yuxarı (üst) və aşağı (alt) geokimyəvi zonaların sərhəddini dəniz dibinin səviyyəsi təşkil edir.
Aşağı (alt) geokimyəvi zona dedikdə, dəniz dibi çöküntü qatı və dəniz dibindən bir neçə 10m aşağıda yatan çökmə süxur qatı nəzərdə tutulur.
Bu zona atmosferin təsirindən izolyasiya olunmuşdur. Burada su-qaz mübadiləsi və oksidləşmə prosesləri zəifləyir. Aşağı geokimyəvi zona ilə məhsuldar çöküntü qatı zonaları arasında sərhəd kimi, dəniz dibindən aşağıda yatan ilk qeyri-keçirici örtük qatı qəbul edilir.
Məhsudar çöküntü qatı zonası çətin su-qaz mübadiləsi ilə və lay sularının durğun rejimi ilə seçilir. Dəniz qazması baha başa gəldiyi üçün regional axtarış mərhələsində geokimyəvi tədqiqatları üst geokimyəvi zonada ( su qatında) distansion metodlarla aparmaq məsləhət görülür. Bu zaman hidro-qaz planalması, adətən seysmik kəşfiyyat işləri ilə kompleks şəkildə aparılır. Bu işlərin aparılması üçün gəmidə eyni zamanda geokimyəvi laboratoriya yerləşdirilir.
Obyektlərin axtarış qazmasına hazırlanma mərhələsində geokimyəvi tədqiqatlar müəyyən olunmuş perspektivli lokal strukturlarda aparılır. Bu zaman tədqiqat obyekti kimi su qatı və dib çöküntüləri qəbul edilir. Geokimyəvi tədqiqatlar kompleksi isə 4 əsas metoddan: Hidrogeokimyəvi, biyuminoloji, biogeokimyəvi və litogeokimyəvi- ibarət olur. Bu mərhələdə geokimyəvi tədqiqatlar eyni bir gəmidən geotermik profilləmə, dib qravimetriyası və elektrik kəşfiyyatı ilə kompleks şəkildə aparılır.
Neft-qaz yıöımlarının axtarış mərhələsində geokimyəvi tədqiqatlar dayaq horizontuna görə aparılır. Bu zaman qaz, bituminoloji, litogeokimyəvi və hidrogeokimyəvi metodlardan istifadə olunur. Kern, şlam, qazma məhlulu və lay suları nümunələri tədqiq olunur. Tədqiqat obyekti kimi aşağı geokimyəvi zonanın yeraltı suları və çökmə süxurları qəbul olunur.