Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası



Yüklə 256,5 Kb.
səhifə1/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
  1   2   3   4   5   6   7   8   9   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI



AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSITETI

«Geoloji-kəşfiyyat» fakültəsi


050602 – “Geologiya mühəndisliyi” ixtisası

050602.2 – “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” ixtisaslaşması üzrə magistr hazırliğı üçün
« NEFTLI-QAZLI ƏRAZILƏRIN RAYONLAŞDIRILMASI »
fənni üzrə
MÜHAZİRƏLƏR

Tərtib etdi, dosent Əliyeva S.Ə.

BАK1-2017

GİRİŞ

NEFTLİ-QAZLI HÖVZƏLƏRİN RAYONLAŞDIRILMASI

Hal-hazırda tədqiqatçılar qlobal tektonika baxımından okean və qitələrin, Dünya okeanı dibinin quruluşu, Yer litosferinin quruluşu, onun inkiaşf tarixi və s. bu kimi məsələləri öyrənirlər. Eyni zamanda litosfer plitələr nəzəriyyəsi müxəlif növ faydalı qazıntıların, o cümlədən neft və qaz yataqlarının yaranma qanunauyğunluqlarını, onların ən çox toplanması üçün əlverişli olan şəraitləri öyrənməyə və aşkar etməyə imkan verir. Bu baxımdan litosfer piltələr nəzəriyyəsinin işiənməsi nəinki böyük elmi və eləcə də təcrübi mahıyətə malikdir, çünki o axtarış-kəşfiyyat işlərini ən əlverişli olan istiqamətlərə cəhətiəndirməyə və onların səmərəli kompleksini təyin etməyə imkan verir.

Axtarış-kəşfiyyat işlərinin səmərəli kompleksi geoloji, geofiziki, geokimyəvi üsui növlərinin və qazıma işlərinin elə bir düzümüdür ki, onların müəyyən ardıcıllıqla tətbiqi qoyulmuş məsələnin ən qası müddətdə, yüksək səmərəliliklə və ən az vəsait qoyuluşunu həll etmiş olsun.

Neft və qaz yığımlarının Yer qabığında regional paylanması xüsusiyyəti onların qlobai tektonik proseslər ilə əlaqədar olmasını göstərir. Bu şəbədən də liotosfer plitələr nəzəriyyəsinin öyrənilməsi və onun əsasında neft-qazəmələgəimə və neft-qaztoplanma qanunauyğunluqlarının öyrənilməsi neft-qazlılığın ən düzgün proqnozlaşdırılmasına imkan verir.

Son 25-30 ıl ərzində belə tədqiqatlar əsasmda Yer kürəsinə aid yeni təsəvvür formalaşmışdır və qlobai tektonikaya aid yeni təsəvvürlər yaranmışdır, yəni litosfer plitələr nəzəriyyəsi meydana gəlmişdir. XXəsrin 60-cı illərinin axırına kimi tədqiqatçıların əksəriyyəti Yeri sərti bir səma cismi, onun okean çökəkliklərini və qitələrini üfüqi mütəhərrikiiyə malik olmayan qlobai elementləri kımı qəbul edirdilər. Hal-hazırda isə əksər tədqiqatçılar hesab edir ki, yer qabığı daimi hərəkətdə olan müxtəlif ölçülü nəhəng litosfer plitələrdən ibarətdir. Plitələr dəfələrlə bir-biri ilə toqquşur, bölünür və yenidən bitişirlər. Belə hərəkətlər nəticəsində yeni okeanlar, dağlar yaranır, zəlzələ baş verir, vulkanlar püskürür, yeni geoloji strukturlar formalaşır və başqa təbii hadisələr baş verir. Bu elmi inqilab yeni nəzəriyyənin – litosfer plitələr nəzəriyyəsinin meydana gəlməsinə səbəb oldu.

Neftli-qazlı əyalətlərin geodinamikası kursunun məqsədi qlobal tektonika, yeni litosfer plitələr nəzəriyyəsi baxımından Yer qabığında neft və qazın əmələgəlmə şəraitini və onların yığımlarının paylanma qanunauyğunluqlarını öyrənməkdir. Bu məsələlərin həllində neftli-qazlı ərazilərin geodinamikası kursu ilk növbədə “Geodinamika”, “Geotektonika”, “Neft və qazın geologiyası” və bir sıra başqa elmlərə istinad edir.




Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin