Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası



Yüklə 256,5 Kb.
səhifə2/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   2   3   4   5   6   7   8   9   ...   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

GEOTEKTONİK RAYONLAŞDIRMA.

GEOSTRUKTUR ELEMENTLƏRİN AYRILMA

PRİNSİPİ VƏ TƏSNİFATI

Platformanın struktur elementləri. Platformanın bünövrəsi daha dərində yerləşə bilər, o həmçinin nisbətən yer səthinə yaxın yata bilər və yaxud müəyyən geoloji proseslər ilə yer səthinə də çıxa bilər. Qırışıqlıq əyalətlərdə olduğu kimi platformalarda da özünəməxsus bir sıra struktur elementlər ayrılır.

Qalxanlar – Kembriyədək bünövrənin geniş miqyasda yer səthinə çıxan sahələridir. Qalxanlar çox uzun sürən qalxma prosesləri ilə səciyyələnir (Rus platformasında Baltik qalxanı, Sibir platformasında Aldan qalxanı və s.). Qalxanlar üzərində, adətən, çökmə örtük iştirak etmir.

Massivlər – Kembriyədək bünövrənin yer səthinə çıxışlarıdır. Lakin qalxanlardan fərqli olaraq massivlər, bünövrənin sonrakı qalxma proseslərində və həmçinin yuyulması nəticəsində yayılmışdır (Sibir platformasında Anabar massivi).

Plitələr – Qalxanların əksinə olaraq bünövrənin müəyyən sahələrinin aşağı düşməsi (enməsi) nəticəsində əmələ gəlmişdir. Plitələr müxtəlif qalınlıqda çökmə örtüklə örtülmüşdür. Rus platformasının böyük bir hissəsi plitə xarakterlidir. Qərbi Sibir və Turan epihersin plitələrini də misal göstərmək olar.

Seqmentlər plitələrin bir hissəsi olub, dərinlik yarıqları (dərinlik qırılmaları) ilə ayrılmış, onları təşkil edən daha kiçik geostruktur elementlərdən geotektonik inkişaf rejiminə və tiplərinə görə fərqlənən iri ərazilərdir. Məsələn, A.A.Bakirov Turan plitəsi ərazisində Qızılqum, Murqab –Amudərya, Manqışlaq –Qaraboğaz –Qaraqum, Türkmən və Şimali –Ustyurt seqmentləri ayırmışdır.

Avlakogenlər – qədim platformaların ən başlıca struktur elementlərindəndir. Avlakogenlər ensiz, dar, lakin kifayət qədər uzun və həm də dərin tektonik çuxurlar, xəndəklərdir.Bunlar öz yerdəyişmələri ilə platformanın bünövrəsini kəsən nəhəng tektonik yarıqlar sistemini izləməyə imkan yaradır. Bir sıra hallarda avlakogenlər çökmə örtüyün bazal çöküntülərinin maksimal toplanma zonası ola bilər və həmçinin vulkan fəaliyyəti əlamətlərini də göstərə bilər. Misal üçün Rus platformasının avlakogenləri ilə Rifey vılkanizmi əlaqədardər.

Anteklizlər – qalxımlar olub, bünövrənin nisbətən az dərinlikdə yerləşən sahələrinə uyğun gəlir. Anteklizlərin hüdudunda çökmə örtüyün qalınlığı çox azdır (Rus plitəsində Voronej anteklizi, Volqa –Ural anteklizi və s.). Bəzi plitələrdə çox qəribə görünən antiklizlər ayrılır. Bunlar yəhər adlanır. Yəhərlər adətən eninə bəndlər şəklində sineklizlər arasında yerləşir (Kustanay yəhəri buna misal ola bilər).

Sineklizlərçüxürlar olub, bünövrənin dərinliyə düşmüş sahələrinə müvafiq olur. Sineklizlər 3-4 km qalınlıqlı çökmə süxurlarla dolmuş olur (Rus plitəsində Moskva sineklizi).

Anteklizləri və sineklizləri bəzən ikinci dərəcəli formalar adlandırırlar. Onların yamacları, adətən, ikinci dərəcəli formalarla – vallar və fleksuralarla mürəkkəbləşirlər.




Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin