Binaların qaz xəttində qaz cihazlarında qəza-bərpa



Yüklə 139 Kb.
səhifə1/7
tarix28.11.2023
ölçüsü139 Kb.
#166711
  1   2   3   4   5   6   7
Binalarin qaz xettinde qaz cihazlarinda ve qaz kemerlerinde qeza berpa isləri qeza


Qəzaların ləğvi və, ilkin tədbirlər-(həmdəQAZ TƏSƏRUFATINDA QDX-haqqında,təmir zamanı istifadə olunan alət və cihazlar haqqında ,magistral qaz kəmərnin dispetcer xidməti ,xətti nəzarət xidməti,yeni tikilən qaz kəmərnin möhkəmliyə və kipliyə sınanması ,qaz kəmərnin koroziyadan mühavizəsi, qaz kəmərində qaz təhlükəli təmir quraşdırma –qəza bərpa işləri,təmir işlərnin aparılması zaman qama, qəza işləri ,qaz kəsmə və qaynaq işləri –qaz təsərufatı təhlükəsizliyi bölməsində ,magistral qaz kəmərində qəza bərpa işləri)


QAITC-26 Bina- mənzil daxili qaz xəttində və qaz cihazlarında qəza-bərpa işləri.
Zədələnmiş qaz kəmərinin (təyinatından asılı olmayaraq) ,istismarda olan qaz
kəmərindən açılması
-təbii qazla qazlaşmış otaqların havasının dəyişdirilməsi və qaz toplanmış otaqların partlayış təhlükəsi olmayan üsulla havalandırılması - ventilyasiyası.
-siqaret çəkilməsi ,kibrit yandırılması, əl lampasının və elektrik cihazlarının qoşulması və açılması , açıq oddan istilik cihazlarından , peçlərdən , ağ neft plitələrindən istifadə edilməsi və s. bu kimi halların qadağan edilməsi.
-otağa , binaya açıq odla daxil olmamaq haqda binanın girişinə xəbərdarlıq plakatı asılmalıdır.
-lazım gəldikdə qaz dolmuş otağın(binanin) sakinlərini köçürmək lazımdır
-QDX-nin və qaz təsərrüfdatı müəssisələrinin digər bölmələri qəzaların , qaz sızmaları , qaz kəmərləri və avadanlıqların zədələnməsi haqqında bütün qaz istehlakçılarından (abonentlərdən) tabeçiliyindən asılı olmayaraq daxil olan məlumatları qəbul etməlidir və bu məlumatlar xüsusi tərtib olunmuş (şunurlanmış.,möhürlənmiş) jurnalda qeydə alınmalıdır. Qaz təsərrüfatında baş verən qəzalar , qaz sızmaları və qaz kəmərinin armaturların , qaz cihazlarının nasazlığı haqqinda məlumatları xəbər vermək üçün QDX-nin telefon nömrələri əhaliyə və digər istehlakçılara çatdırılmalıdır.
-qəza vəziyyətinin məhdudlaşdırılması və ləğvi üzrə QDX-nin- işi qəzanın aradan qaldırılması və məhdudlaşdırılması ilə müəyyənləşdirilməli və əlaqəli idarələrin (yanğın mühafizəsi,təcili yardım, polis, elektrik şəbəkəsi,istilik şəbəkəsi ,su,kanalizasiya xidmətləri) qarşılıqlı köməyi ilə yerli şəraitdən asılı oilaraq QDX-nin işçiləri tərəfindən yerinə yetirilir.
Qəza vəziyyətinin qarşısının alınması və onun məhdudlaşdırılmasına –qəza vəziyyətinin xəbərdarlığı və onun məhdudlaşdırılması planı , qiymətli əşyaların və insanların çıxarılması tədbirlərin yerinə yetirilməsi planlı ardıcıllığı təmir-bərpa işləri qaz təchizatı işçiləri tərəfindən yerinə yetirilməsi üçün həmin işlərin yerinə yetirilməsi planı QDX ilə razılaşdırılmalıdır.QDX-nin növbətci məlumati qəbul etdikdə o məlumati verən şəxsi ,təhlukəsizliyi təmin etmək məqsədi ilə onu təlimatlandirmalidir.
İnsanlara və qiymətli materiallara birbaşa təhlükə yarada bilən qəzalar tez bir zamanda aradan qaldırılmalıdır.
Qaz kəmərlərinin və qaz avadanlıqlarının texniki saz vəziyyətə gətirilməsi üçün qəza-bərpa işləri icazə tapşırıq –(naryadla )üzrə yerinə yetirilməlidir.
Mənzildə və ya pilləkan qəfəsində qaz iyi gəlir çağırışına gələn qəza briqadası məlumati verənin göstərdiyi yerdə,eləcə də ona qonşu erlərdə, zirzəmıdə havanın tərkibində qazın yoxlanılması , aşkar olunmuş çatışmamazlıqları ləğv etməlidir.
Otaqlardakı qaz sızması ləğv edildikdən sonra , otağın havası dəyişdirilməlidir , təkrarən ətrafda,zirzəmidə qazın mövcudluğu yoxlanılmalıdır.
“Qaz iyi gəlir” çağırışı göstərilən otaqlardan qaz olması (sızması) aşkar olunmadıqda , pilləkan qəfəsində və binanın zirzəmisində qazın mövcudluğu yoxlanılmalıdır. Yoxlamaq üçün hava nümunəsi təbii qaz üçün ən yuxarı zonadan maye qaz üçün ən aşağı nöqtədən götürülür. Qaz otağa yeraltı qaz kəmərindən (qazpaylayıcı kəmərdən və ya qaz girişindən ) keçdikdə , qazın sızmasını aşkar etmək üçün qəza briqadası , sızma yerindən 50m radiusunda yerləşən bütün qonşu yeraltı qurğular və binalar müayinədən keçırılməlidir. Qaz kəmərinin zədələnən yerini müəyyənləşdirmə , məhdudlaşdırma üsulu ilə aparılmalıdır. 50m məsafədə (radiusda) qazın yoxlanılması qəza ləğv ediləcək müddətdə vaxtaşırı yoxlanilmalıdiq. Qəza yerinə gələn rəhbər işçi qəzanın ləğvinə görə göstərici ancaq qəza rəhbərinə verməlidir , əgər onun işində rəhbər işçi çatışmamazlıq görürsə , qəzaya rəhbərliyi ya öz üzərinə götürməlidir , yaxud başqa bir təcrübəli işçiyə tapşırmalıdır.
Qəza vəziyətini ləğv etmək üçün qəza yerinə gələn QDX-nin növbətçi heyətin rəhbəri , növbəyə gələn heyəti təlimatlandırmalıdır.Qəza vəziyyətinin ləğvi üzrə işlər o zaman başa çatmış hesab olunur ki,qaz sızmaları aşkar edilib aradan qaldırılır və qazın otaqlara , qurğulara keçmə ehtimalı istisna olunur. Qaz təchizatı müəssisəsinin rəhbərinin sərəncsmı ilə yeraltı qaz kəmərində qəzaların ləğvi üzrə işlərə ,istismar xidmətinin işçiləri cəlb olua bilərlər.Qəza vəziyyəti aradan qaldırıldıqdan sonra qaz kəmərlərinin bərpa işlərinin aparılması istismar xidmətinə verilə bilər. Qəza briqadası tərəfindən qaz kəmərindəki və qaz cihazlarındakı nasazlıqlar aradan qaldırılması üçün qaz kəməri qaz şəbəkəsindən ayrılır və qəza aradan qaldırıldıqdan sonra həmin sahənin istismarda olan qaz şəbəkəsinə qoşulur. QDX-nin işçiləri qəzanı aradan qaldırmaq üçün çıxanda xüsusi blank doldurulmalıdır və onların əsasında briqada işə başlayır və qəza başa çatdıqdan sonra , ləğv haqqında blank doldururlar və xüsusi jurnalda qeydlər aparılır.Qəzanın baş verməsi və ləğvi haqda geniş akt tərtib olunur . QDX-nin işçiləri qəza qeydə alınandan 5 dəqiqə sonra çıxmalıdırlar, və baş vermiş qəza haqqında operativ olaraq rəhbərliyə məlumat verilməlidir.Köhnə yaşayış yerlərində qəza işləri Yerli qəza QDX-nin qüvvəsi ilə yerinə yetirilir və lazım olduqda mərkəzi QDX-nin işçiləri cəlb edilir .Müəssisələrin qaz təchizatı sistemində qəzalar , onların öz
hesabına yerinə yetirilir və QDX onlara texniki kömək göstərməklə onlara
nəzarət də etməlidir. QDX-nində tədris-təlim məşğələləri keçirilməlidir. Buna rəhbərlik nəzarət etməlidir.
QDX-nin heyətinin faliyətini qiymətlədirmək ucun göstərlən qəza məşqləri kecirilməlidir 1)qəzalarin məhtutlaşdirilmasi və ləğvi uzurə 6- ayda bir
2)muxtəlif təyinatli xidmətlərin təyinati uzurə ildə bir dəfə
3)təlim məsqləri ( reyal vəziyətə yaxin),qaza birqadasi ,telefon. Səs və işiq sacan fənarla tam komplətrilmiş alətlərlə ,materiallarla ,nəzarət cihazlari .muhafiza vaistələri ,qəza vəziuətini məhtutlaşdirmaq ucun tərtibatlarla təhciz edilmiş maşinla hərəkət etməlidir .
Qaz dolmuş ,zirzəmilərdə və başqa yerlərdə havanin tərkibində qazin miqdari 1% dən artiq olmamalidir
Qaz sizmasinin bərpası zaman qaz kəmərində bənd-cəpər quraşdirilmalidir bəndin quraşdirlan hissədə qaz kəmərnin təmiri bir iş novbəsində başa catmalidir. Zədələnmiş qaynaq brləşməlri uzunluğu 200mm dən az olmayan halqalarla təmir olunmalidir və ətraf qaunaq birləşmələri yoxlanilmalidid QDX nin işciləri qəza vəziyətini ləğvi uzurə işləri ,istismarci heyət butun təhlukəsizlik tədbirlərni yerinə yetirildikdən sonra başlaya bilər .



Yüklə 139 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin