Giriş
Biologiya – canlı sistemlər haqqında elmdir. Canlıların qeyri-adi müxtəliflik-lərinə görə 3000-dən artıq prokariotlara (bakteriya, göy-yaşıl yosun), 450000-dan artıq bitkilərə və 1.2 milyondan çox heyvan növü məlumdur. Biologiya dəqiq elm-lər sırasına aid olub (riyaziyyat, fizika və kimya kimi), tədqiqat obyekti təbiətdir.
Biologiya antik dövrdən yaranıb, lakin 1802-ci ildən etibarən bu cür adlandı-rılıb. Bu termini müasir lüğətə fransız alimi J.B.Lamark və alman alimi G.R.Trevi-ranus gətirmişdir. Amma hələ iki il əvvəl, 1800-cü ildə alman professoru Burdax insan haqqında elmi – biologiya adlandırmışdı. K.Linney ise XVIII əsrin ortaların-da “həyat və ölümü təsvir” edənləri bioloqlar adlandırmışdı.
Biologiya (yun. bios – həyat və loqos – elm) – həyat haqqında kompleks biliklərlə, canlıları öyrənənlərin elmi nizamı arasında əlaqədir.
Biologiyanın inki-şafında hüceyrə nəzəriyyəsinin kəşf olunması həlledici mərhələ olmuşdur. Bu nəzəriyyəyə görə bütün canlı orqanizmlər hüceyrədən təşkil olunub, bu üzvi aləmin eyni mənşəli olduğunu sübut etdi.
XIX əsrin ikinci yarısında Ç.Darvin canlı təbiətin tarixi inkişaf qanunlarını kəşf etdi, təkamül təlimini yaratdı və materialist nöqteyi nəzərdən təkamülün hərə-kətverici qüvvələrini kəşf etdi. Ç.Darvinin təlimi biologiya elminin inkişafına, dia-lektik dünyagörüşünün formalaşmasına təkan verdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində irsiyyətin əsas qanunları kəşf olundu (Q.Mendel, T.Morqan və s.). Müəyyən olundu ki, bütün orqanizmlərdə irsiyyət eyni qanunlara tabedir. Keçən əsrin ortalarında molekulyar biologiya elmi yaran-mağa başladı. Bu elm irsiyyətin, dəyişkənliyin və əlamətlərin əmələ gəlməsinin molekulyar əsasını öyrənir. Müəyyən olunub ki, bütün canlı orqanizmlərdə irsi mə-lumatın saxlanılması, qorunması və ötürülməsi DNT və zülal sintezi ilə əlaqədar-dır.
Biologiya sahəsindəki nailiyyətlər səhiyyə sahəsindəki uğurlara damüəyyən qədər təsir edir. Hələ alman alimi R.Virxov biologiyanı tibbin nəzəri bazası kimi vurğulayırdı. O, Hüceyrə nəzəriyyəsini orqanizmdə patoloji pozğunluqlarla əlaqə-ləndirirdi, beləki orqanizmdə baş verən patoloji dəyişikliklər hüceyrədə baş verən dəyişikliklərə görədir.
İmmunitet haqqında elmin yaranmasına isə İ.İ.Meçnikovun işləri səbəb oldu. O, onurğasız heyvanlarda hüceyrədaxili həzmi tədqiq edərkən faqositoz hadisəsini kəşf etdi. Müasir immunologiya sahəsindəki nailiyyətlər müəyyən qədər infeksion xəstəliklərlə mübarizəyə imkan yaradır. Orqan və toxuma köçürmələri zamanı uyuşmamazlıqların mexanizmini açmağa və bunları aradan qaldırmağa kömək edir.
D.İ.İvanovski tərəfindən tütün mozaikası virusunun kəşf olunması insanda bir sıra virus xəstəliklərinin aşkar edilməsinə səbəb oldu (qrip, qızılça, quduzluq və s.).
Mikrobiologiya və parazitologiya sahəsindəki nailiyyətlər, bakteriyalar və parazitlər tərəfindən törədilən xəstəliklərin profilaktikası və müalicəsi tədbirlərinin işlənilməsinə səbəb oldu.
Biokimyanın tibbdə böyük rolu var. Müxtəlif xəstəliklər zamanı orqanizmdə maddələr mübadiləsində müəyyən dəyişikliklər baş verir ki, bu özünü qanda, si-dikdə, öddə, mədə şirəsində göstərir. Bu tərkiblərin tədqiqi xəstəlikərin diaqnosti-kası və düzgün müalicə metodunun tapılması üçün vacibdir.
Biologiyada tədqiqat obyektlərindən biri də insandır. Təbiət qanunlarının ək-səriyyəti heyvanlar aid olduğu kimi, insanlara da eyni cür öz təsirini göstərir. Ümu-mi bioloji qanunauyğunluqlar insanın irsiyyəti və embrioloji inkişafı üçün xarakte-rikdir. İnsan təkamülü heyvanların təkamülü ilə sıx əlaqəlidir.
Bir bioloji növ kimi insan əsas ekoloji qanunların nəzarəti altındadır və ame-rika ekoloqu R.Rifleksə görə bu qanunların şərtlərini qəbul etməlidir. F.Ramad “Tətbiqi ekologiyanın əsasları”nda yazır: “İnsanı xilas etmək – ilk növbədə təbiəti qorumaqdır. Burda yalnız bioloqlar söylənilən tezisin doğruluğunu sübut edən düz-gün arqumentlər göstərə bilərlər”. İlk növbədə təbiətin yaşadığı və inkişaf etdiyi qanunların öyrənilməsindən başlamaq lazımdır.
Müasir biologiya 4 əsas fenomeni öyrənir: həyat, orqanizm, biosfer və bio-müxtəliflik.
Müasir təsəvvürlərə görə: “Həyat – Yer üzərində mövcud olan canlı vücud-lar biopolimerdən – zülal və nuklein turşularından qurulmuş öz-özünü törədən can-lı sistemlərdən ibarətdir”. Canlı sistemlərin əlaməti kimi onlara xas kimyəvi tərkib, yəni mürəkkəb quruluşlu makromolekulyar üzvi birləşmələr – biopolimerlər və nuklein turşuları nəzərdə tutulur.