Biologiya yun


Azərbaycanın bitki örtüyü



Yüklə 168,12 Kb.
səhifə56/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   48   49   50   51   52   53   54   55   56
biologiya kitab 1

Azərbaycanın bitki örtüyü
Çox da böyük olmayan Azərbaycan ərazisi üçün demək olar ki, Yer kürəsin-də olan bitkilər xarakterikdir. L.İ.Prilipkoya (1966) görə, respublika ərazisinə görə 3 tip bitki qruplaşdırılır: 1) Lənkəran tipi – Lənkəran ərazisi bitkiləri üçün xarakte-rik olan; 2) Şərqi Qafqaz tipi – böyük və kiçik Qafqaz dağları üçün xarakterik olan; 3) Cənubi Zaqafqaziya tipi – Naxçıvan Muxtar Respublikası və Cənubi Qarabağ üçün xarakterik bitkilər. Hər bir tip müxtəlif bitkilərdən təşkil olunur. Respublika-nın bitki örtüyü 4500 növə malikdir. Qafqazda və digər ölkələrdə yayılan bitkilər-lə yanaşı Azərbaycan florasında müəyyən qədər növ (270-ə qədər) yalnız Azərbay-can Respublikasına xarakterikdir. Yəni endemdirlər.
Endem bitkilərlə daha çox Talış dağları, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazisi və Kiçik Qafqazın cənub kserofit ərazisi zəngindir.
Xüsusi (Hirkan tipli) Talış meşələrindəki Hirkan tipinə aid relikt bitkilər daha böyük maraq doğurur. Bunlar 70 mln. il bundan əvvəl yaranmışlar. Bu ərazi-lərdə aləm üçün çox əhəmiyyətli və çox qiymətli növlər mövcuddur. Dəmirağac, şabalıd ya palıd, Qafqaz xurması, Hirkan ənciri, ipək akasiya və s.
Botaniklərin fikrinə görə, Azərbaycanın əksər ağac və kol reliktəri bugünki gün öz arealını qoruyub, saxlayır.
Azərbaycanın yabanı florasında çoxlu yem bitkiləri mövcuddur. Bunlar mal-qaranın əsas qidasını təşkil edir. Həmçinin, qiymətli oduncağa malik bitkilər, mey-və ağacları, vitaminlə zəngin ağaclar, dərman ilə bitkilər Azərbaycan floranasında mühüm yer tutur.
Meşələrdə, düzənlərdə, yarımsəhralarda, səhiyyədə və xalq təbabətində mü-hüm yer tutan dərman bitkilərinə təsadüf olunur.
Hələ qədim zamanlardan dərman bitkisi kimi zəfəran, xardal, cirə, razyana, nar, badam, sumaq, darçın, zəncəfil, hil və başqaları istifadə olunur.
Respublikamızın florasına aid olan 400 növ itirilməkdə olan növlərdir. Azər-baycanın Qırmızı Kitabına (1989) 140 növ, 2013-cü ildə nəşr olunmuş Azərbaycan Respublikasının Qırmızı Kitabına isə 300-ə qədər nadir növ daxil edilib.



1 Emercent xüsusiyyəti – tam orqanizmin xüsusiyyəti iki hissənin ikisinin xüsusiyyətlərindən for-malaşır. Məsələn: şibyələr = yosun + göbələk

11 Ierarxiya1 – (yunanca xieros – müqəddəs + yunanca arxee – hakimiyyət) Burada, tam orqanizm elementlərinin və ya hissələrinin ibtidaidən aliyə doğru və ya əksinə ardıcıllığıdır.

11 Spredinq (ingilis dilindən spread) - dartınma

11 Holozoo - (yunanca holo – tam, zoo – heyvan) hazır üzvi qidalarla qidalanır.

1 Koadaptasiya (lat. – ko – birlikdə + adaptasiya – uyğunlaşma) – təkamül nəticəsində qarşılıqlı qidalanan canlı varlıqların genetik məlumat mübadiləsi olmadan birgə uyğunlaçması



1 İmaqo (lat. imaqo – görünüş, növ) buğumayaqlıların yetkin formasıdır, fərdidir.



2 Mutalizm (lat. mutuus – qarşılıqlı) simbioz forma olub, qarşılıqlı münasibətdə hər iki fərd üçün əhəmiyyətlidir.

1 Somatik (diploid=2n) çoxhüceyrələr orqanizmdə cüt xromosom sayına malik hüceyrələrdir.


Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin