K.Q.YUNQUN ANALİTİK PSİXOLOGİYASINDA CİNSİN TƏYİNİ
Freud'un hərəkət etdiyi istiqamətdə irəliləyən və onun özünüdərkin çoxölçülük ideyasını yaradıcı şəkildə inkişaf etdirən K.Q.Yunq belə bir nəticəyə gəlmişdir ki, insanın «mən»i mürəkkəb kompleks olaraq “Ego”dan ibarətdir. Ego – özü barəsində şüurlu təsəvvürlərdən, şəxsi qeyri – şüur məzmun elementlərindən və ümumi xarakter daşıyan qeyri – şüuri elementlərindən – kollektiv qeyri – şüuri arxetiplərindən ibarətdir. Bu, gender nəzəriyyəsi baxımından müəyyən maraq doğurur. Ruh (Yunq nəzəriyyəsində şəxsiyyətlə analoji termindir) üç ayrı, lakin bir-biri ilə qarşılıqlı təsirdə olan strukturdan ibarətdir: Ego. Yunqun göstərdiyi kimi, «məni dərk edənin tamlığını, onun dəyişməzliyini, özü ilə eyniliyini və beləliklə də onun mahiyyətini, nisbi ayrılığını təmin edən bir məzmunlu şüur mərkəzidir. Ego düşüncə, duyğular, sosial qəbul edilmiş anadangəlmə meyillər, simpatiya və antipatiyalar, mədəni stereotiplər, xatirələr, hisslərdir ki, onların vasitəsi ilə biz öz tamlığımızı, dəyişməzliyimizi hiss edir özümüzü insan olaraq qəbul edirik. Yunq yazırdı: «Ego deyərkən mən şüurumun sahə mərkəzini təşkil edən ideyalar, təsəvvürlər kompleksini başa düşürəm və mənə elə gəlir ki, o yüksək dərəcədə aramsızlığı və öz-özü ilə oxşarlığı (eyniliyi) ilə seçilir. Şəxsi qeyri – şüuri özündə nə vaxtsa dərk olunan, indi isə susdurulmuş, yaxud unudulmuş münaqişə və xatirələri birləşdirir. Şəxsi qeyri – şüuriyə fərdin öz keçmişi, şəxsi təcrübəsi yaxud nəslinin irsi təcrübəsindən götürdüyü emosionallıqla dolu fikirləri, hissləri və xatirələrinin kompleksi yaxud yığımı daxildir. Yunq iddia edirdi ki, şəxsi qeyri – şüuri hər birimizdə təkrarolunmazdır. Bir sıra şəxsi meyil və niyyətlər ailədəki tərbiyə və həmin cəmiyyətə xas olan mədəni əxlaq normalarının təsiri nəticəsində qeyri - şüuriyə aid edilə bilər. Yunq şəxsiyyətin strukturunda özünün kollektiv qeyri – şüuri adlandırdığı daha dərin qatın olması haqda fikir irəli sürürdü. Kollektiv qeyri – şüuri bütün insan övladları üçün ümumi və bizim emosional keçmişimizin nəticəsi olan yaddaş və hisslərin latent izlərinin saxlanıldığı yerdir. Yunq kollektiv qeyri – şüurinin arxetip (hərfi mənası «ilkin modellər») adlandırılan güclü psixi obrazlardan ibarət olması haqda hipotez irəli sürmüşdü. Arxetiplər – insanları hadisələri müəyyən bir tərzdə qəbul etməyə, duymağa və onlara reaksiya verməyə yönəldən anadangəlmə ideya yaxud xatirələrdir. Həqiqətən bu özü-özlüyündəki xatirə yaxud obraz deyil, daha dəqiq desək bu yönəldici amillərdir ki, onların təsiri altında insan hansısa bir obyektə yaxud hadisəyə cavab olaraq öz davranışında universal dərketmə modelini reallaşdırır. Burada, anadangəlmə olan konkret vəziyyətdə məhz emosional, koqnitiv və davranış olaraq reaksiya vermək meylidir. Arxetip öz - özlüyündə təsvir oluna bilməz, o - şüurda özünün nəticəsi olaraq, arxetipik obraz və ideya şəklində aşkarlanır. Analogiyaya əsasən, rentgen şüaları (arxetiplər) obyektlə (kollektiv psixika) və fotolent (fərdi psixika) ilə təmasda olaraq təsvir (arxetipik obraz) şəklində özünü biruzə verir; təsviri öyrənərək yalnız müəyyən qədər R – şüalarının təbiətini anlamaq mümkündür. Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt yaxud vəziyyətlə əlaqədar ifadə olunma meyli ilə bağlıdır. Sonra Yunq arxetipik obraz və ideyaların çox zaman yuxularda əks olunduğundan, həmçinin onlara rəssamlıqda, ədbiyyatda, dində, mədəniyyatdə rast gəlinməsindən danışırdı. O cümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas olan rəmzlər arasında çox vaxt inanılmayacaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi olan arxetiplərə köklənmişdir.
Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik insan və s. vardır. Lakin gender aspekti baxımından maraq doğuran
Dostları ilə paylaş: |