açıq və tünd: o paklığı və xoşxasiyyəti ilə seçilə bilər, amma füsunkar va xain də ola bilər. Bəzən Anima kişinin fikrini işdən və evdən yayındıran elf yaxud pəriyə bənzəyir, yaxud özünü ona əbədi sevdirmək yaxud batırmaq ıçün onu öz sularina çəkən su pərisi yaxud nimfani xatırladır. Anima - obrazına girmiş olduğu qadın kimi dönükdür və onu təsvir etmək üçün Yung adətən həyatı qəlb prosesini abstrakt elmi formuldan daha dürüst izləyən mifoloji yanaşmaya müraciət edir. Kişidə qadın keyfiyyetlərini əks etdirərək Anima həm də insanın əhvalını, onun qabaqcadan duyma bacarığını və emosional partlayışlarını ifadə edir. Bunun analogiyasını biz qədim çin mətnlərində tapa bilərik ki, onlar da insan əhvalının pis olduğu zaman onu qadın qəlbinin idarə etməsindən danişilir. In onun diqqetini camlamak cahdini pozur, qararsizliq və həraketlərinin düzgünlüyünə inamsızlıq hissi aşılayır. Anima idarə etdiyi insanda nazarətə tabe olmayan emosional enmə - düşmələr yaradır. Beləliklə, Animanın mahiyyətini izah edərək və Animusun mahiyyətini işıqlandıraraq, Yunq yazır: «Elə bir kişi yoxdur ki, özündə qadınlıqdan əsər - əlamət tapmayacaq qədər ər olsun. Əslində elə ən ər kişilərə (gizlincə maskalanmış olsa da) olduqca incə hissiyyat aləmi (çox zaman düzgün olmayaraq «qadına xas» adlandırılan) xasdır. Qadınlıq əlamatlərinin və meyillərinin sıxışdırılıb çıxarılması əlbəttə ki, qeyri- şüuridə bu iddiaların cəmlənməsinə aparır. Beləliklə, Anima - kişi «məninin strukturundaki «daxili qadınlıq müvafiq, olaraq da Animus - qadın «məninin strukturundaki «daxili kişilikdir; və bu əlamətlər dərin qeyri-şüuri xarakter dayışır. Yuxarıda qeyd etdiyimiz kimi, Animus qadın şaxsiyyətinin qeyri-şüuri, kişi tərəfidir. Yunqun fikrincə, animusla eynilik qadını sərt, özünəinamli və mübahisəsever edir. Müsbet mənada animus qeyri- şüurida qadın Eqosu ilə onun şəxsi yaradıcılıq mənbeləri arasında körpü kimi hərəket edən daxili kişidir. Qadının Animusu onda hər şeydən əvvəl kişi xüsusiyyətləri aşkar edir. Bütövlükdə kişinin Animası kimi, bu anlayışa üç müxtəlif səviyyəli komponent daxildir:
• kollektiv kişi obrazı:
• insanın kisi keyfiyyətləri barədə fərdi təsəvvürləri:
• qadının daxilində gizlənmiş kişi prinsipi.
Kişi ağlının xarici tətbiq sahəsi - kommersiya, siyasət, elm və təxnikaya qadın çox zaman kişinin öz hisslərinə yanaşdiği kimi yarım – şüurlu yanaşır. Beləliklə, qadının təfəkkürü və kişinin hissiyati şüuraltı sahəyə məxsusdur. Əgər Anima darkədilməyən əhval, həyəcanlar yaradırsa, Animus - qeyri-şüuri inam yaradrı və onların Həqiqətən dərki əvəzinə qəbul edilmiş etiqad və fikirlərə təkid edir.Ana Anima obrazının ilk daşıyıcısı olduğu kimi, ata da bir çox kişi fiqurlarının formalaşmasına təsir göstərir. Ağlın inkişafından asılı olaraq, ən primitivdən başlayaraq dərin mənəviyyatliya qədər hər bir kişi fiquru Animusu təcəssüm etdirə bilər: yuxuda o, həm oğlan kimi və həm də eləca səs kimi gözqarşısına gələ bilar. O həmçinin bir qrup kişi kimi də şəxsləndirilir ki, bu çox vaxt bir fiqurla