K. Q. Yunqun analiTİk psixologiyasinda ciNSİn təYİNİ


Anima və Animus arxetipləri



Yüklə 23,37 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü23,37 Kb.
#50864
1   2   3
K.G.Yung

Anima və Animus arxetipləridir. Bu arxetiplərdə insanın Yunqun etiraf etdiyi anadangəlmə androgin təbiəti öz əksini tapır. “Mən”in dərin bütövlüyünü, müxtəlif mifoloji ənənələrdə kişi və qadın başlanğıclarının bir şəxsdə mövcudluğunu yaxud cinsə görə və mənəvi istiqamətlərə görə ziddiyyətli olan başlanğıcların mənşə birliyi kimi qəbul edilən genişliyini, özlazımlığını əsas götürən Yunq insan düşüncəsinin dərinliklərində onların mövcudluğunu aşkar etdi. Yunq kişilərdə Animu’nu, qadınlarda isə Animus’u müəyyənləşdirdi. Anima (latınca qəlb) - kişidə daxili qadın obrazı, onun qeyri-şüuri qadın tərəfi: Animus (latinca ruh) isə qadında daxili kişi obrazı, onun qeyri-suuri kişi tarafidir.Yunqun fikrincə, kişinin təhtəlşüurunda zahiri həyatda sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın əlaməti, qadının təhtəlşüurunda isə kişi əlaməti vardır. Özünün qeyri – şüuri tamamlayıcısını kişi qadın obrazə vasitəsi ilə, qadın isə - kişi obrazə vasitəsi ilə qabul edir. Yunq yazırdı: «Kişinin şüurunda kollektiv qadın obrazı mövcuddur ki, onun köməyi ilə kişi qadın təbiətini dərk edir, hər bir ana və hər bir sevgili insanın ən dərin reallığına müvafiq gələn bu əbədi və yaşı olmayan obrazın təcəssümünə çevrilir. Bu obrazlar insan şüuri və qeyri – şüuri təbiəti arasında araçı rolunda çıxış edir. Yung burada müəyyən dərəcədə müəllimi Freud’un ardınca gedir: insan üçün daha əlçatan olan (buna görə psixi terapiya da) qəlbin qeyri – şüuri ideyaları çox vaxt əks cinsin obrazı ilə bağlı olur. Psixologiya ilə heç bir tanışlığı olmayanlar adətən Anima obrazını tamamilə real qadına keçirir və onu sırf zahirən qəbul edirlər. Psixoloji baxımdan isə Anima – yalnız kişiyə təsir göstərən xarici amil yox, onun içində olan bir şeydir. Anima mənəvi yüksəlişə aparan hansısa ideal şəklində təsəvvür olunan daxili qadın obrazı yaxud qadın başlanğıcıdır. Bu kişi şəxsiyyətinin qeyri-şüuri qadın tərəfidir.

Bütövlükdə Anima anlayışına üç müxtəlif səviyyəli komponent daxildir:

• kollektiv qadın obrazı;

• insanın qadın keyfiyyətləri barədə fərdi təsəvvürləri;

• kişinin daxilində gizlənmiş qadın prinsipi.



Animanı bilavasitə əllə duymaq mümkün deyil; o, yuxularında kişini yolundan azdirandan ta mənəvi müşayətçiyə (Müdriklik) kimi ayrı-ayrı qadın obrazları ilə şəxsləndirilir. Anima Eros prinsipidir, çünki kişidə animanin inkişafi qadınlara olan münasibətində öz əksini tapır. Anima ilə eyniləşmə ovqatda dəyişmələr kimi, kişiliyin itirilməsi və dərin həssaslıq kimi aşkar olunur. Əgər patoloji deyil, bütün insanlar üçün eyni olan proses kimi nəzərdən keçirilsə, animanın insan üzərində hökmranlığı anaya qeyri- şüuri bağlılıq və ilk vurğunluğa, sonra isə məhəbbetə uyğun gəlir. Anaya bağliliq özünümüdafie instinktini aşkar edir. Lakin özünümüdafiə ilkin şəkildə özünüdərkdir və deməli, qeyri- şüuridən təfəkkürə ilk addımdır. Bu manada Anima şüur və qeyri – şüuri arasında ilk körpüyə çevrilir. Qadın obrazı kollektiv qeyri – şüuri arxetipi olduğu üçün müsxtəlif dövrlərdə dəyişə bilir, amma zamandankənar olaraq öz dəyişməz xasiyyətnaməsini saxlayır: Adətən anima cavan görünür. O müdrikdir, amma çox da yox, belə demək olar ki, o gizli müdriklik sirrinə malikdir. Anima cox zaman torpaqla və su ilə bağlıdır və özündə xaotik hayat tələbi gəzdirir, yuksak hakimiyyeto malik ola bilir. Onun iki aspekti vardır -
Yüklə 23,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin