Məntiqi təfəkkürün yoxlanılması
üzrə test imtahanı
PROQRAMI
MÖVZULAR
1. VERBAL TEST TAPŞIRIQLARI
Analogiya ilə bağlı tapşırıqlar (analogiyaya görə sözün və ya sözlərin seçilməsi)
Söz
ehtiyatının
zənginliyinə,
müxtəlif
sözlərin
müqayisəsi,
ümumiləşdirilməsi,
mücərrədləşdirilməsinə əsaslanan tapşırıqlar (digərlərindən fərqlənən sözün (sözlərin) tapılması,
verilmiş sözlərə mənaca ən yaxın olan və ya zidd olan, verilənlərlə heç bir əlaqəsi olmayan sözün
tapılması, söz sırasındakı məntiqi ardıcıllığın tapılması və s.)
Anaqramların həllinə əsaslanan tapşırıqlar (anaqramları həll
etməklə fərqli sözün seçilməsi,
uyğunluğun
müəyyənləşdirilməsi, yarımçıq yazılmış sözlərin tamamlanması və s.)
Mətn və ya cümlə formasında verilənlərlə bağlı tapşırıqlar (cümlənin məntiqi tamamlanması, mətnin
(cümlənin) məntiqi təhlili, qoyulan şərtə əsasən məntiqi nəticənin tapılması, mətnin məzmunu ilə
bağlı sualın cavablandırılması və s.)
2. FİQURLARLA BAĞLI TEST TAPŞIRIQLARI
Analogiyaya görə şəklin seçilməsi tələb olunan tapşırıqlar
Şəklin məntiqi tamamlanması, sıranın davam etdirilməsi tələb olunan tapşırıqlar
Fiqurun (şəklin) hissələrinin xəyalən birləşdirilməsi və ya ayrılması ilə bağlı tapşırıqlar
Fiqurun hissələri arasında fəza münasibətlərinin müəyyən edilməsinə (verilmiş
fəza fiqurunun
açılışının tapılması, verilmiş açılışa görə fiqurun fəza görünüşünün tapılması, verilmiş bir və ya bir
neçə görünüşə görə mümkün olan digər görünüşün tapılması və s.) əsaslanan tapşırıqlar
Simmetriyanın müəyyən edilməsi ilə bağlı tapşırıqlar (qatlanaraq kəsilmiş kağızın açılışının
tapılması və s.)
Şifrlənmiş məlumatın açılmasını tələb edən tapşırıqlar
Digərlərindən fərqlənən şəklin tapılması tələb olunan tapşırıqlar
Verilmiş təlimata uyğun həll edilməsi tələb olunan digər tapşırıqlar
3. MƏNTİQİ-RİYAZİ TEST TAPŞIRIQLARI
Verilmiş nümunələrə (müxtəlif şəkildə təqdim oluna bilər) əsasən
riyazi qanunauyğunluğun
tapılması və (və ya) tətbiq edilməsini tələb edən tapşırıqlar
Riyazı əməl(lər)ə görə (toplama, çıxma, vurma və bölmə) dəyişən(lər)in tapılmasını
tələb edən
tapşırıqlar (verilmiş riyazi əməldə hərflərlə ifadə olunmuş rəqəmlərin tapılması, tərəzidə tarazlığın
təmin edilməsi, ədədi matrislərin təhlili, tənliklərin qurulması və həllini tələb edən digər tapşırıqlar)
Verilmiş fiqurun perimetr və ya sahəsinin tapılması tələb olunan tapşırıqlar
Məntiqi-riyazi
məsələlər
Müxtəlif formada verilənlərin təhlilinə əsaslanan tapşırıqlar
Qeyd: Namizədlər dövlət qulluğuna qəbul imtahanına hazırlaşarkən məntiqi təfəkkürü yoxlayan müxtəlif
məzmunlu test tapşırığı nümunələri ilə tanış olmaq üçün verilmiş ədəbiyyat siyahsında adı olmayan
vəsaitlərdən və müxtəlif internet resurslarından da istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1.
Əsədov R.İ. Məntiqi təfəkkürü yoxlayan testlər. DİM, Bakı, 2021
2.
Məntiq testləri. Təkmilləşdirilmiş V nəşr. “Abituriyent” jurnalının xüsusi buraxılışı. Bakı, 2015
3.
“Abituriyent” jurnalının xüsusi buraxılışı – Magistr №2. Bakı, 2017.
4.
Boqomolova O. B. Məntiq məsələləri. Bakı: Çıraq, 2007.
5.
Doğan S. Şekil yetenek. Ankara, 2010.
6.
ALES. Ankara: Kapadokya Yayınevi, 2010.
7.
Рассел К. , Картер Ф. Большая книга IQ тестов. 1600 заданий. М. , 2007.
8.
Айзенк Г. Классические IQ тесты. М. , 2003.
9.
Баррет Д. Проверь себя. Тесты. СПб. , 2007.
10.
SAT Verbal Workbook by Justin Kestler.
New York, 2010.
11.
GRE General Test. Practice Book (https://www.ets.org/gre/revised_general/prepare/).
12.
GRE Revised General Test (
https://www.ets.org/s/gre/pdf/practice_book_GRE_pb_revised_
general_test. pdf).
13
. Magistr jurnalı №1 və №2. DİM – “Abituriyent” – 2018 (
https://eservices.dim.gov.az/ejurnal/
)
14.
“Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat.” Metodik vəsait. DİM –
“Abituriyent” – 2018
15.
Dövlət qulluğu jurnalı №1(9). DİM – “Abituriyent” – 2020
16.
Dövlət qulluğu “1000 test tapşırığı”. DİM – “Abituriyent” – 2020