Biologiya yun


Toxumun əsas xüsusiyyətləri



Yüklə 168,12 Kb.
səhifə50/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   46   47   48   49   50   51   52   53   ...   56
biologiya kitab 1

Toxumun əsas xüsusiyyətləri. Toxum rüşeymə malikdir. Həm də, burada ehtiyat qida maddələri var ki, bu da ziqotun inkişafına sərf olunur.
Toxum yayılmaq üçün müxtəlif uyğunlaşmalara malikdir. Toxumda əlveriş-siz şərait, dözümlülük xüsusiyyəti var. Toxum inkişafı üçün şərait yaranana qədər sükunət dövründə qala bilir. Cinsi çoxalma nəticəsində əmələ gəldiyi üçün toxum genetik müxtəlifliyə malikdir.
Lakin, bəzi çatışmayan xüsusiyyətlərə da təsaüf olunur. Bol ehtiyyat qida maddəsinə malik toxumların yayılması çətinləşir. Hər bir toxumun yaşama (inkişa-fı) ehtimalı çox azdır. Çox zaman tərkiblərindəki qida maddələrinə görə heyvanlar tərəfindən yeyilirlər.
Tozlanma xarici faktorlardan asılıdır (külək, heyvanlar, su). Çox vaxt toz-lanma tam baş vermir, xüsusilə küləklə tozlanma olduqda. Belə hesab olunur ki, əvvəl tozlanma yalnız külək vasitəsilə baş vermişdir. Cücülər yarandıqdan sonra (300 milyon il bundan əvvəl daş kömür dövründə) həşəratlarla tozlanm yarandı.
Toxumlu bitkilərin sistematik xülasəsi
Toxumlu bitkilər iki şöbəyə ayrılır: çılpaqtoxumlular və örtülütoxumlular.
Çılpaqtoxumlular: Çılpaqtoxumlularda toxumlar açıqdır, yəni dişicik yox-dur. Qozalar olur və qozalarda toxum açıqda əmələ gəlir. Meyvələri yoxdur. Kse-lemada borulara təsadüf olunur. Planetdəki meşələrin üçdə iki hissəsini çılpaqto-xumlular təşkil edir. Buraya həmişəyaşıl ağaclar, kollar aiddir. Ən geniş yayılanı iynəyarpaqlılardır. Bunlara küknar, şam, sidr ağacları aiddir. Yarpağın quruluşu su-yun buxarlanmasını təmin etmək üçün uyğunlaşmışdır. İynəşəkilli yarpaqda yar-paq sahəsi azalıb. Həmçinin yarpaq kutikula ilə örtülmüşdür ki, bu da bir uyğunlaş-madır. Şaxtadan və istidən bitkini qoruyur. Ağac üzərində dişi və erkək qozalar əmələ gəlir ki, bunlar da cinsi çoxalmanı təmin edir. Erkək qozalar cavan zoğların dibində yaranır. Dişi qozalar isə cavan zoğların ucunda əmələ gəlir. Qozaların əmələ gəldiyi il tozlanma baş verir. Mayalanmadan sonra qanadcığa malik toxum əmələ gəlir.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin