Şəkil 49. Raunkierə görə həyat formalarının sxematik təsviri. Şəkildə rənglənmə-miş hissələr əlverişsiz şəraitdə məhv olur. Rənglənmiş hissələr isə bu şəraiti keçirə-rək gələn il inkişafa başlanğıc verir. Solda çəkilmiş bitkilərin qeyri-əlverişsiz şə-raitə dözümlülüyü daha azdır. Sağa doğru getdikcə artır.
Fanerofitlər (yun. faneros – görünən) – bu bitkilərdə tumurcuqlar budaqların təpə nöqtələrində yerləşir. Əksər ağac və kol bitkiləri burada yerləşir. Əsasən, rütu-bətli və isti yerlərdə yaşamağa uyğunlaşmışlar. Çünki bu mühitdə tumurcuqların müdafiəyə o qədər də ehtiyacı yoxdur.
Xamefitlər (yun. xame – yerə yaxın, cırtdan) – kiçik kollar, bəzi otlar buraya aiddir. Torpağa yaxın olma tumurcuqları əlverişsiz şəraitdən mühafizə edir. Qar çox olan ərazilərdə qar örtüyü temperaturdan mühafizə edir. Əsasən, soyuq və quru iqlimdə bu bitkilərə təsadüf olunur.
Hemikriptofitlər (yun. kriptos – gizli) – bu bitkilər qeyri-əlverişli hava şərai-tində yerüstü hissə torpağa qədər məhv olur. Yeraltı hissədə tumurcuqlar qışı keçi-rərək, ikinci il bitkinin inkişafına səbəb olur. Bu həyat forması soyuq, rütubətli yer-lər üçün uyğundur.
Kriptofitlər bu bitkilərin tumurcuqları torpağın nisbətən dərinliyində donvur-madan qorunur. Əsasən, nərgizkimilər və süsənkimilər buna misaldır.
Terofitlər ( yun. teros – yay) – sadəcə olaraq əlverişsiz mühitdə məhv olur-lar və onların qışı keçirəcək tumurcuqları və zoğları olmur. Yalnız toxumla çoxala bilirlər. Toxum isə donvurmadan və quraqlıqdan mühafizə olunur. Buraya birillik bitkilər aiddir. Səhra və çöllərə uyğunlaşmış bitkilərdir.
Raunkierə görə, müxtəlif həyat formalarının iqlimin dəyişkənliyinə görə yer-ləşmə nisbəti 50-ci şəkil göstərilmişdir. Bitkilərin həyat formaları ilə iqlim arasında bir uyğunlaşma var. Fanerofitlər digər formalara nisbətən isti və rütubətli yerlərdə dominantlıq təşkil edir. Soyuq ərazilərdə onları xamefitlər, hemikriptofitlər, kripto-fitlər əvəz edir. Səhralarda terofitlər dominantlıq təşkil edir (şək. 50).