Biologiya yun



Yüklə 168,12 Kb.
səhifə2/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   2   3   4   5   6   7   8   9   ...   56
biologiya kitab 1

Şəkil 1. Biologiyanın “Təbəqəli piroqu”
Bunu da qeyd etmək lazımdır ki, bioloji sistemlər öz-özünü tənzimləyir (bər-pa edir, nizamda saxlayır).
Sistemlər mürəkkəb və sadə olurlar. Sadə sistemlərə az sayda sərbəst dəyi-şən daxildir. Məsələn, Qravitasiya sistemi, kütlə və cazibə kimi belə iki sərbəst də-yişənə malikdir. Bu dəyişənlər arasında əlaqələr riyazi öyrənilir və universal qa-nunlara tabedir.
Mürəkkəb sistemlər çoxlu sayda sərbəst dəyişənlərdən ibarətdir və bunlar arasında bir çox əlaqələr var. Ona görə belə obyektləri öyrənmək çətinlik törədir. Sistem nə qədər mürəkkəbdirsə, bu sistemde bir o qədər də emercent xüsusiyyət-lər1 var. Belə mürəkkəb sistemləri, məsələn, meteorologiya kimi - iqlim dəyişkən-liklərini öyrənən elm sahələri öyrənir. Elə meteorologiya mürəkkəb sistemləri öyrəndi-yi üçün qravitasiya proseslərinə nisbətən havanın əmələgəlmə prosesi daha az öy-rənilmişdir. Bu ilk baxışdan parodoks kimi görünür. Doğurdan da, əgər hər hansı bir göy cisminin və Yerin milyon il sonra hansı nöqtədə və ya vəziyyətdə olmasını söyləmək mümkündürsə, bəs nə üçün sabahkı havanın necə olacağını həmişə düz-gün söyləmək olmur? Çünki iqlim prosesləri çox mürəkkəb sistemlərə aid olub, çoxlu sayda dəyişənlərə və bunlar arasında qarşılıqlı münasibətlərə malikdir.
Şəkil2.
Bu makromolekullar orqanizmdə parçalanmaya məruz qalır və yenidən sin-tez prosesi başlayır. Bir sözlə maddələr mübadiləsi gedir. Sintez prosesləri enerji mənbəyi tələb edir. Bu mənbə qida və işıq ola bilər. Bu enerji orqanizmdə xaricdən daxil olur. Ona görə də canlı sistemlər açıq sistemlərdir.
Canlı üçün fərdilik xarakterikdir və bu öz başlanğıcını hüceyrə səviyəsindən götürür. Canlı sistemlər hüceyrədən başqa digər strukturlara malikdirlər ki, bütün bunlar sistemin tamlığını təmin edir.
Canlı sistemlər matrisaya uyğun öz-özünü törətməyə, inkişaf etdirməyə (tə-kamül), ətraf mühitə uyğunlaşmağa (adaptasiya), hərəkətə (yerdəyişməyə), enerji və məlumat ötürməsinə, qıcıqlanmaya ayrı-ayrı fərdlər üçün fiziki və funksional diskretliyə qabildir və bu matrisa nuklein turşularından ibarətdir. Canlı sistemlər ətraf mühit dəyişkənliyi zamanı müəyyən qədər öz sabitliyini saxlaya bilir. Orqa-nizmin daxili mühitinin nisbi sabitliyi haqqında məlumat XIX əsrin ikinci yarısın-da fransız fizioloqu K.Bernar tərəfindən verilmişdir. 1929-cu ildə amerikalı alim U.Kennon bu xüsusiyyəti “homoestaz” adlandırmışdır. 1866-cı ildə E.Hekkel ilk dəfə ekologiyanı bioloji elm kimi müəyyən etdi. Bioloji tsiklin bir hissəsi olan eko-logiya – canlıların yaşama yerini və onları əhatə edən mühitlə əlaqəsini öyrənir.
Ekologiyanın diqqət mərkəzində təkcə bioloji obyektlər deyil, həm də bu ob-yektlərin yaşaması üçün vacib olan şərait də durur. Beləliklə, ekologiya – ətraf mühit biologiyasıdır”.
Şəkil 2. Ekologiyanın “Təbəqəli piroqu”
Belə qədim zamanlardan belə fikirlər yaranardı ki, canlılar ətraf mühit dəyiş-kənliklərinə cavab verməklə yanaşı, həm də bu mühitlə qarşılıqlı əlaqədə olurlar. “Bizim bədənimiz bir çay kimi axır və su öz axarında təmizləndiyi kimi, o da daim yenilənir” – qədim yunan filosofu Heraklit belə yazırdı.



  1. FƏSİL

Yerdə həyatın əmələ gəlməsi.
Təşkil səviyyələrinin ierarxiyası haqqında məlumat. Enerji.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin